25.05.2023, 09:36 - Baxış sayı: 272

28 May Müstəqillik Gününə həsr olunmuş Dəyirmi masa keçirilib


28 May Müstəqillik Gününə həsr olunmuş Dəyirmi masa keçirilib25 May 2023-cü il tarixində AMEA Fəlsəfə və Sosiologiya İnstitutunda 28 May Müstəqillik Gününə həsr olunmuş Dəyirmi masa keçirilib. Dövlət Himni səsləndirildikdən sonra tədbiri İnstitutun baş direktoru, f.e.d., professor İlham Məmmədzadə açaraq bayram münasibəti ilə hər kəsi təbrik etdi. O, giriş sözü ilə çıxış edərək Azərbaycan Xalq Cümhuriyyətinin tariximizdəki yeri və rolundan, dövlət quruculuğu, təhsil və mədəniyyətin inkişafı sahəsində həyata keçirilən tədbirlərdən danışdı. Keçirilən tədbirlərdə Cümhuriyyət dövrünə hər dəfə nəzər salındığı bu mühüm ictimai-siyasi hadisənin ətraflı təhlil edildiyini, hərtərəfli öyrənildiyini vurğulayıb. Fəaliyyət dövründə həyata keçirilən tədbirlərin dövlətçilik əsaslarının yaradılması və gələcək inkişaf yolunun müəyyənləşdirilməsi, onun beynəlxalq səviyyədə tanınması, müstəqil dövlət kimi fəaliyyət göstərməsi baxımından böyük əhəmiyyət kəsb etdiyini bildirib.
Sonra İnstitutun icraçı direktoru, tarix elmləri doktoru, Eynulla Mədətli Şərqdə ilk demokratik respublikanın Azərbaycanda yaranmasının tarixi əhəmiyyətindən danışdı: “Bu müddət ərzində dövlət quruculuğu sahəsində ciddi tədbirlər həyata keçirildi.
Ümummilli Lider Heydər Əliyevin hər zaman Azərbaycan Xalq Cümhuriyyəti qurucularına yüksək önəm verərək, tarixi dövrün tədqiq edilməsinə, tarixi hadisələrin yaşadılmasına, ənənələrin qorunub saxlanılmasına və daha çox inkişaf etdirilməsinə böyük səy göstərdiyini vurğulayıb.
Sonda siyasi elmlər üzrə fəlsəfə doktorları, dosent Günel Məlikli, siyasi elmlər üzrə fəlsəfə doktoru Ruşan Ruşanzadə, f.e.d. Füzuli Qurbanov, f.ü.f.d. Hüseyn İbrahimov, f.ü.f.d. Şölət Zeynalov və digər çıxışçılar Müstəqillik Gününün əhəmiyyətindən danışdılar.
28 May Müstəqillik Gününə həsr olunmuş Dəyirmi masa keçirilib
28 May Müstəqillik Gününə həsr olunmuş Dəyirmi masa keçirilib
28 May Müstəqillik Gününə həsr olunmuş Dəyirmi masa keçirilib
28 May Müstəqillik Gününə həsr olunmuş Dəyirmi masa keçirilib