24.05.2023, 11:27 - Baxış sayı: 184

Fəlsəfə və Sosiologiya İnstitutunda təcrübə keçən tələbələrlə görüş keçirilib


Fəlsəfə və Sosiologiya İnstitutunda təcrübə keçən tələbələrlə görüş keçirilibMayın 24-də AMEA Fəlsəfə və Sosiologiya İnstitutunun “Siyasətin fəlsəfəsi və Sosiologiya” şöbəsində elmi təcrübə keçən Slavyan Universitetinin Humanitar və Sosial Elmlər fakültəsinin IV kurs tələbələri ilə Fəlsəfə və Sosiologiya İnstitutunun baş direktoru, f.e.d., professor İlham Məmmədzadənin görüşü oldu.
Professor İlham Məmmədzadə tələbələrə İnstitutda aparılan elmi tədqiqat işlərindən, alimlərimizin fəaliyyətindən, İnstitutda fəaliyyət göstərmiş və hazırda çalışan filosof alimləri haqqında ətraflı çıxış edərək gənclərə müasir elmi biliklər, süni intellekt, fəlsəfə, fəlsəfə və siyasət, fəlsəfə və etika, tarixi yaddaş və s. mövzular haqqında məlumat vermişdir.
Görüşdə Fəlsəfə və Sosiologiya İnstitutunun icraçı direktoru, tarix elmləri doktoru, Eynulla Mədətli, “Siyasətin fəlsəfəsi və Sosiologiya” şöbəsinin müdiri, f.e.d., professor Rəna Mirzəzadə, İnstitutun elmi katibi f.ü.f.d. dos., Sevinc Həsənova, universitetin müəlliməsi Elza Vəliyeva və tarix elmləri üzrə fəlsəfə doktoru,dosent Şəhla Nuruzadə və “Siyasətin fəlsəfəsi və Sosiologiya” şöbəsinin əməkdaşları iştirak edirdilər.
Tələbələr onları maraqlandıran suallarla professor İlham Məmmədzadəyə müraciət etmişlər.
Təcrübə müddətini başa vurduqları üçün İnstitutun baş direktoru f.e.d. prof., İlham Məmmədzadə tələbələri təbrik edərək onlara gələcək fəaliyyətlərində müvəffəqiyyətlər arzuladı.
Fəlsəfə və Sosiologiya İnstitutunda təcrübə keçən tələbələrlə görüş keçirilib
Fəlsəfə və Sosiologiya İnstitutunda təcrübə keçən tələbələrlə görüş keçirilib