24.05.2023, 07:23 - Baxış sayı: 161

“Heydər Əliyev və müasir Şərq” mövzusunda Beynəlxalq elmi konfrans keçirilib


“Heydər Əliyev və müasir Şərq” mövzusunda Beynəlxalq elmi konfrans keçirilibAMEA Şərqşünaslıq İnstitutunda İraq Respublikası Strateji Araşdırmalar Mərkəzi ilə birgə ümummilli lider Heydər Əliyevin 100 illik yubileyinə həsr olunmuş “Heydər Əliyev və müasir Şərq” mövzusunda Beynəlxalq elmi konfrans keçirilmişdir. Konfransda müxtəlif ölkələri təmsil edən 81 iştirakçının maraqlı məruzələri dinlənilmişdir. Panel müzakilərdə AMEA Fəlsəfə və Sosiologiya İnstitutunun a.e.i., f.ü.f.d., dosent Zeynəddin Şabanov “Heydər Əliyevin həmkarlar ittifaqlarına qayğısı” mövzusundakı məruzəsi ilə çıxış etmişdir. O məruzəsində bildirmişdir ki, müasir Azərbaycan dövlətinin qurucusu Heydər Əliyevin unikal idarəetməsinin əsasında Azərbaycan əhalisinin rifahının yaxşılaşması, iqtisadi və sosial sahədə inkişafın təmin edilməsinə böyük diqqətin yetirilməsi durmuşdur: “Təcrübəli dövlət başçısı həmkarlar ittifaqlarının vətəndaşların ictimai fəallığının artırılmasındakı rolunu çox gözəl bilirdi. Heydər Əliyev istər sovet rejimində, istərsə də müstəqillik illərdə bütün istedadı və bacarığı ilə xalqına xidmət etmiş, cəmiyyətin ümumi inkişafını özünün “islahatçılıq layihəsinin” başlıca prinsipi saymışdır. Tanınmış siyasətçi Azərbaycan dövlətçiliyinin ən mühüm sosial institutlardan biri kimi Həmkarlar İttifaqlarının cəmiyyətin ictimai-siyasi həyatında, zəhmətkeşlərin əmək hüquqlarının qorunmasında müstəsna rolunu həmişə qeyd etmişdir.”
Məruzə ətrafında maraqlı diskussiya olmuşdur. Sonda xatirə şəkilləri çəkilmiş, belə elmi tədbirlərin əhəmiyyəti vurğulanmışdır.