22.05.2023, 09:55 - Baxış sayı: 180

Akademik Heydər Hüseynovun 115 illiyinə həsr olunmuş Dəyirmi masa keçirilib


Akademik Heydər Hüseynovun 115 illiyinə həsr olunmuş Dəyirmi masa keçirilibBu gün AMEA Fəlsəfə və Sosiologiya İnstitutunda görkəmli filosof, akademik Heydər Hüseynovun 115 illiyinə həsr olunmuş “Dövr, Cəmiyyət, Filosof: Akademik Heydər Hüseynov” mövzusunda Dəyirmi masa keçirilib.
Fəlsəfə və Sosiologiya İnstitutunun baş direktoru, f.e.d., professor İlham Məmmədzadə çıxışında Heydər Hüseynovun mənalı ömür yolundan, geniş elmi yaradıcılığı haqda ətraflı məlumat verib. Bildirib ki, Heydər Hüseynov Azərbaycan fəlsəfəsini yaradanlar sırasındadır, həmçinin onun Azərbaycanda Akademiyanın qurulmasında böyük əməyi var. 300-dək monoqrafiya, kitab və məqalələrin müəllifi olan Heydər Hüseynov ölkəmizdə elmin, təhsilin inkişafına dəyərli töhfələr verib – deyə, professor vurğulayıb.
Dəyirmi masada çıxış edən f.e.d. Arzu Hacıyeva, f.e.d., professor Rafael Əhmədov, f.ü.f.d., dosent Faiq Ələkbərli, siyasi elmlər üzrə fəlsəfə doktoru, dosent Günel Məlikli, f.ü.f.d. Rəşad Əsgərov çıxış edərək akademik Heydər Hüseynovun elmi və ictimai fəaliyyəti ilə bağlı fikirlərini bölüşdülər.
Sonda Heydər Hüseynovun nəvəsi fəlsəfə üzrə fəlsəfə doktoru Heydər Aslanov çıxış edərək babasına göstərilən diqqət və qayğıya görə tədbirin təşkilatçılarına və iştirakçılarına minnətdarlığını bildirdi.
Akademik Heydər Hüseynovun 115 illiyinə həsr olunmuş Dəyirmi masa keçirilib
Akademik Heydər Hüseynovun 115 illiyinə həsr olunmuş Dəyirmi masa keçirilib