16.05.2023, 09:41 - Baxış sayı: 256

Dosent Radif Mustafayev “İkinci Qarabağ – Vətən müharibəsi qənimət ədəbiyyatında Ümummilli lider Heydər Əliyevin fəaliyyətinə münasibətin tədqiqi” mövzusunda məruzə ilə çıxış edib


Dosent Radif Mustafayev “İkinci Qarabağ – Vətən müharibəsi qənimət ədəbiyyatında Ümummilli lider Heydər Əliyevin fəaliyyətinə münasibətin tədqiqi” mövzusunda məruzə ilə çıxış edibQərbi Kaspi Universitetində Tarix və Fəlsəfə kafedrası və Elmi Kitabxananın birgə təşkilatçılığı ilə Ümummilli Lider Heydər Əliyevin 100 illik yubileyi münasibətilə “Ulu Öndər Heydər Əliyevin Azərbaycan dövlətçilik tarixində yeri və rolu” adlı dəyirmi masa və kitab sərgisi keçirilib. Kitab sərgisində Heydər Əliyevin həyat və fəaliyyəti, zəngin idarəçilik təcrübəsi, elm, təhsil və mədəniyyət sahəsindəki xidmətlərini əks etdirən nəşrlər nümayiş olunub.
Tədbiri giriş sözü ilə Yeni Azərbaycan Partiyası Səbail Rayon Təşkilatının sədri Muxtar Nağıyev açıb. Daha sonra Milli Məclisin deputatı Aydın Mirzəzadə, Arif Əlizadə və Zahid Vəliyev çıxış ediblər.
Tədbirdə Tarix və Fəlsəfə kafedrasının müəllimi, AMEA Fəlsəfə və Sosiologiya İnstitutunun əməkdaşı, ikinci Vətən müharibəsi iştirakçısı fəlsəfə doktoru, dosent Radif Mustafayev “İkinci Qarabağ – Vətən müharibəsi qənimət ədəbiyyatında Ümummilli lider Heydər Əliyevin fəaliyyətinə münasibətin tədqiqi” mövzusunda məruzə ilə çıxış edib.
Tədbirin sonunda Yeni Azərbaycan Partiyasının Səbail Rayon Təşkilatına üzvlük ilə bağlı müraciət edən Qərbi Kaspi Universitetinin əməkdaşları və tələbələrinə partiya vəsiqələri təqdim edilib.
Dosent Radif Mustafayev “İkinci Qarabağ – Vətən müharibəsi qənimət ədəbiyyatında Ümummilli lider Heydər Əliyevin fəaliyyətinə münasibətin tədqiqi” mövzusunda məruzə ilə çıxış edib