16.05.2023, 10:58 - Baxış sayı: 131

“Heydər Əliyev və Azərbaycan xalq mədəniyyəti” mövzusunda respublika elmi konfransı keçirilib


“Heydər Əliyev və Azərbaycan xalq mədəniyyəti” mövzusunda respublika elmi konfransı keçirilib15 may 2023-cü il tarixində AMEA Folklor İnstitutunun təşkilatçılığı ilə Ümummilli Lider Heydər Əliyevin anadan olmasının 100 illiyinə həsr olunmuş “Heydər Əliyev və Azərbaycan xalq mədəniyyəti” mövzusunda respublika elmi konfransı keçirilib. Konfransı AMEA-nın prezidenti, akademik İsa Həbibbəyli giriş sözü ilə açaraq, Ümummilli Lider Heydər Əliyevin 100 illik yubileyi münasibətilə AMEA-da keçirilən silsilə tədbirlərdən, Ulu Öndərin Azərbaycan dövlətçilik tarixində xüsusi rolundan, onun dövlət quruculuğu ilə yanaşı, elm, təhsil və mədəniyyətin inkişafı istiqamətində gördüyü işlərdən danışıb. Akademik vurğulayıb ki, müstəqil Azərbaycan dövlətinin qurucusu, görkəmli dövlət xadimi Heydər Əliyevin çoxşaxəli fəaliyyətində milli-mənəvi dəyərlərə, xalqın mədəni irsinə diqqət və qayğı hər zaman ön planda olub.
Sonra AMEA Folklor İnstitutunun baş direktoru, akademik Muxtar İmanov çıxış edərək, Ulu Öndər Heydər Əliyevin dövlətçilik tariximizdə müstəsna xidmətlərindən bəhs edib.
Tədbirdə iştkirak edən AMEA Fəlsəfə və Sosiologiya İnstitutunun icraçı direktoru tarix elmləri doktoru Eynulla Mədətli “Heydər Əliyev irsində xalq mədəniyyətinə münasibətin fəlsəfəsi” mövzusunda məruzə ilə çıxış edib.
“Heydər Əliyev və Azərbaycan xalq mədəniyyəti” mövzusunda respublika elmi konfransı keçirilib
“Heydər Əliyev və Azərbaycan xalq mədəniyyəti” mövzusunda respublika elmi konfransı keçirilib