Belçikalı professor Fəlsəfə və Sosiologiya İnstitutunda olub
AMEA Fəlsəfə və Sosiologiya İnstitutunda Belçikanın Azad Universitetinin professoru Sebestiyan Busua ilə görüş keçirilib. Görüş zamanı Fəlsəfə və Sosiologiya İnstitutunun baş direktoru, f.e.d., professor İlham Məmmədzadə qonağı salamlayaraq, onu burada görməkdən məmnunluğunu bildirib.
İlham Məmmədzadə öncə İnstitutun elmi fəaliyyəti ilə bağlı qonağa ətraflı məlumat verərək, rəhbərlik etdiyi müəssisənin beynəlxalq əlaqələr sahəsindəki fəaliyyətinə toxunub.
Qonaqpərvərlik üçün minnətdarlığını bildirən qonaq qeyd edib ki, o, Azərbaycana həsr olunmuş kitab hazırlayır və onunla bağlı Azərbaycana səfər edib.
Sebestiyan Busua kitabın hazırlanması üçün onu maraqlandıran sualların olduğunu bildirib; Azərbaycan, Qarabağ, Şuşa və qələbə; Şuşanın Azərbaycan mədəniyyətində yeri və rolu; Azərbaycan mədəniyyəti avropalıların gözü ilə; Azərbaycan-Fransa əlaqələri; Fransa fəlsəfəsi Azərbaycanda və Azərbaycan fəlsəfəsi Fransada; Azərbaycanın Fəlsəfə və Sosiologiya İnstitutunun Avropa Universitetləri ilə əlaqəsi və s.
Suallar ətrafında müzakirə aparılıb və qeyd edilib ki, bununla bağlı ətraflı olaraq Sebestiyan Busuaya materiallar təqdim ediləcək.