02.05.2023, 09:46 - Baxış sayı: 329

Ümummilli lider Heydər Əliyevin 100 illik yubileyinə həsr olunmuş elmi seminar keçirilib


Ümummilli lider Heydər Əliyevin 100 illik yubileyinə həsr olunmuş elmi seminar keçirilibAMEA Fəlsəfə və Sosiologiya İnstitutunun “Azərbaycan fəlsəfə tarixi” şöbəsində Ümummilli lider Heydər Əliyevin 100 illik yubileyinə həsr olunmuş elmi seminar keçirilib. Tədbiri giriş sözü ilə açan İnstitutun baş direktoru f.e.d. prof., İlham Məmmədzadə yubileylə əlaqədar institutda keçiriləcək tədbirlər - elmi konfrans, dəyirmi masa, seminarlar haqqında məlumat verərək, onların Ulu Öndərin həyat və fəaliyyətinin, xüsusilə siyasi-fəlsəfi irsinin öyrənilməsində əhəmiyyətini qeyd edib.
Ümummilli lider Heydər Əliyevin 100 illik yubileyinə həsr olunmuş elmi seminar keçirilibSonra “Azərbaycan fəlsəfə tarixi” şöbəsinin müdiri, fəlsəfə elmləri doktoru Arzu Hacıyeva “Heydər Əliyev müdrikliyi işığında: fəlsəfi-tarixi irsimiz” mövzusunda məruzə ilə çıxış edib. Məruzəçi Ulu Öndərin müdrikliyinin, böyük dühasının xalq hikmətindən qidalandığını, xalqın varlığından güc aldığını qeyd edib. Ulu Öndər müsahibələrinin birində: “Xalqa xidmət elə, xalqın yolunda özünü fəda elə. Bax budur ideya, budur fəlsəfə” dediyi sözlərində ifadə edilmiş həqiqəti onun amalı, həyat devizi kimi dəyərləndirmişdir. Heydər Əliyevin prezidentliyi dövründə cəmiyyət həyatının iqtisadiyyat, siyasətdən tutmuş elm, mədəniyyət və təhsilə qədər bütün sahələrində gördüyü böyük işlər, islahatlar milli ideyanın gerçəkləşməsinə xidmət etmişdir. Heydər Əliyev Azərbaycan xalqının tarixi boyu yetişdirdiyi nadir və bənzərsiz şəxiyyətlərdən biri olaraq milyonlarla insanın qəlbində bu gün də yaşayır. Həyatının mənasını xalqa, dövlətə xidmətdə görən Ulu Öndər bu yolda qarşıya çıxan manelərə, problemlərə sinə gərərək millətin yaddaşında böyük ehtiramla, rəğbətlə xatırlanır.
Ümummilli lider Heydər Əliyevin 100 illik yubileyinə həsr olunmuş elmi seminar keçirilibMəruzədə Heydər Əliyevin tarixi həqiqətlərin gənc nəslə düzgün çatdırılması, tarixdə şəxsiyyətin rolu, ona münasibətdə konkret tarixi yanaşmanın vacibliyi, mədəni-tarixi irsimizə həssas münasibət, Azərbaycan ədiblərinin, mədəniyyət xadimlərinin yaradıcılığının dərindən araşdırılıb, fəlsəfi məna qatının üzə çıxarılması, dünyaya tanıdılması, varislik haqqındakı fikir və mülahizələrinin bu gün də aktual olduğu vurğulanıb. Bu dəyərli fikirlər kontekstində fəlsəfi-tarixi irsimizin tədqiqi və təbliği qarşısında duran vəzifələrdən danışılıb.
Sonda İnstitutunun icraçı direktoru tarix elmləri doktoru, Eynulla Mədətli, f.ü.f.d., dos. Radif Mustafayev, f.ü.f.d., dos. İradə Zərqanayeva, şöbənin elmi işçisi Xanımağa İsmayılova, şöbənin əməkdaşı Nuray Əliəskərova öz fikir və mülahizələrini bölüşüblər. Seminarda İnstitutun elmi katibi f.ü.f.d. dos., Sevinc Həsənova, Azərbaycan fəlsəfə tarixi şöbəsinin əməkdaşları fəlsəfə elmləri doktoru Rafail Əhmədli, fəlsəfə üzrə fəlsəfə doktorları Nicat Məmmədov, Müstəqil Ağayev, Zaur Rəşidov və həmçinin İnstitutun digər şöbələrinin əməkdaşları mövzu ətrafında müzakirələrdə iştirak ediblər.