28.04.2023, 08:19 - Baxış sayı: 249

Təxribata görə Ermənistan idmançıları 3 il ərzində öz ölkələrinin bayragı altında çıxış edə bilməzlər


2023-cü il aprelin 14-də Ermənistanın paytaxtı İrəvanda keçirilən ağır atletika üzrə Avropa çempionatının açılış mərasimində milli nifrət və düşmənçiliyin daha da artırılmasına istiqamətlənən hərəkətlərlə Azərbaycanın rəsmi Dövlət Bayrağı yandırılıb. Ermənistan vətəndaşının Azərbaycan bayrağını yandırması faktı həm də səlahiyyətli şəxslərin gözləri qarşısında baş vermiş, bununla əlaqədar isə sonrakı günlər həmin şəxsə qarşı cinayət işi açılmamışdır. Bu hadisə prosesin siyasi xarakterli olması ehtimallarını artırır. Ermənistanın qanunvericiliyində xarici ölkənin dövlət simvollarına qarşı hörmətsizliyin cinayət sayılmasına baxmayaraq, polis beynəlxalq ictimaiyyətin gözü qarşısında cinayət törətmiş bu şəxsi elə həmin gün azad edib. Ən ziddiyyətlisi isə budur ki, Azərbaycan bayrağının səhnədə yandırılması tamaşaçıların alqışları ilə müşayiət olunmuşdır. Təbidir ki, elmi ədəbiyyatda erməni xəstəliyi kimi məlum termin də təsadüfən yaranmayıb (армянская болезнь). Ancaq bütün hallarda belə xəstə təfəkkürlə beynəlxalq turnirlərdə təmsil olunmaq hüququ bəşəri idman dəyərlərinin kobud pozulması və beynəlxalq etiketin gələcəkdə tamamilə yararsız olması hallarını sürətləndirə bilər. Bu isə sabah fudbol yarışı kimi daha kütləvi bir yerdə baş verə və ciddi tamaşaçı qarşıdurması, idman faciəsi yarada bilər. Bu baxımdan hesab etmək olar ki hadisə bütövlükdə ciddi və beynəlxalq hüquqi nəzrətə götürülməsi vacib olan cinayətdir. İnsidentin arxasında müxtəlif maraqların gizli və aşkar artikulyasiyası zəmini də artır. Bu gün rəsmi İrəvan baş verən hadisə ilə bağlı üzr istəməli və həmin şəxsin həbs olunduğunu bəyan etməli idi. Lakin biz bunları görmədik. Bu isə o deməkdir ki, sabah orada keçiriləcək yarışlarda digər bir azərbaycanlı və türkiyəli idmançıya qarşı terror hadisəsi törədilməsi də istisna deyildir. Göründüyü kimi məsələ xeyli ciddidir. Həmçinin, Ağır Atletika Federasiyası və Beynəlxalq İdman Komissiyası Rəsmi Dövlət rəmzinə qarşı bu cür münasibətə görə Ermənistan tərəfini cəzalandıran addımlar atmalıdır. Məsələn:
1.Həmin növ yarışlar üzrə Ermənistanın iştirakı məsələsi 3-5 il müddətinə dayandırıla bilər.
2.Ümumiyyətlə, bütün növ yarışlar üzrə Ermənistandan olan idmançıların 3 il müddətinə öz ölkəsinin bayrağı altında çıxış etməsı məhdudlaşdırıla bilər. (Bu zaman erməni idmançılar digər neytral bir ölkənin bayrağı altında beynəlxalq yarışlarda çıxış edə bilərlər).
Zənnimizcə, 2-ci hal daha dürüst və məqbul olardı. Dünyada buna oxşar təcrübə vardır. Məsələn, vaxtilə rusiyalı idmançıların dopinq istifadəsi faktı bu ölkənin bayrağı altında idmançıların iştirakı neçə illər məhdudlaşdırıldı.
Sözügedən fakt isə həm mənəvi-fiziki, həm də siyasi xarakterlidir. Birbaşa beynəlxalq yarışların keçirilməsi prosedurunun ciddi pozulması və fiziki terrora yol açan motivdir. Beynəlxalq Konvensiya ilə ratifikasiya edilmişdir. Nəzərə alsaq ki, Azərbaycan bayrağı, gerbi ölkəmizin ali qanunu –Konstitusiyası ilə qorunur, o zaman məsələnin daha ciddi olması da Ermənistana aydın olmalıdır. Beynəlxalq Ağırlıqqaldırma Federasiyası, Beynəlxalq Olimpiya Komitəsi və digər aidiyyəti beynəlxalq qurumlar tərəfindən idman yarışları üzrə qəbul edilmiş davranış qaydalarının kobud pozuntusu olan bu hərəkəti qəti şəkildə pisləməyə, qaydalar çərçivəsində təşkilatçılara qarşı müvafiq cəza tədbirlərinin görülməsinə başlamalıdır. Bu istiqamətdə Azərbaycan Respublika Prokurorluğunda başlanan iş hüquqi cəhətdən rəsmi İrəvanın bu ölkənin idmançılarının gələcək karyerasına qırmızı işıq olmalıdır. Azərbaycanın rəsmi dövlət rəmzinə qarşı Ermənistanda baş vermiş hadisə həm də rəsmi Ermənistanın qorxaq, etibarsız simasını səciyyələndirir. Ancaq hadisəyə görə beynəlxalq hüquq normaları işə salınmalı və hadisənin ciddi nəzarətə götürülməsi Beynəlxalq Hüquq normalarına da uygundur. Həmçının, beynəlxalq yarışların rəsmi etiketi qaydalarının pozulması Ağırlıqqaldırma Federasiyasını da düşündürməlidir. Ermənistanda Azərbaycana qarşı etnik zəmində nifrət və düşmənçiliyin təcəssümü olan həmin faktla bağlı Baş Prokurorluğun İstintaq idarəsində Cinayət Məcəlləsinin 12.2, 283.2.1 (zor tətbiq edilməklə milli nifrət və düşmənçiliyin salınması), 12.2, 283.2.2 (qulluq mövqeyindən istifadə etməklə milli nifrət və düşmənçiliyin salınması) və 12.2, 324-cü (Azərbaycan Respublikasının Dövlət bayrağı barədə təhqiredici hərəkətlər) maddələri ilə cinayət işi başlanıb.
Milli nifrət və düşmənçiliyin salınmasına yönəlmiş bu cinayət əməlini törədən Aram Nikolyan və digərlərinin milli və beynəlxalq məhkəmə məsuliyyətinə cəlb edilmələri məqsədilə xarici ölkələrin müvafiq orqanlarına müraciətlərin göndərilməsi və onların cəzalandırılmaları üçün beynəlxalq təşkilatlarla əməkdaşlıq edilməsi təmin olunmalıdır. Azərbaycan Respublikası “İrqi ayrı-seçkiliyin bütün formalarının ləğv edilməsi haqqında” Birləşmiş Millətlər Təşkilatının Baş Assambleyası tərəfindən qəbul olunmuş Beynəlxalq konvensiyaya və bu qəbildən olan bütün əməllərin cəzalandırılmalı olması ilə bağlı prinsiplərə sadiqliyini bir daha nümayiş etdirir, eləcə də beynəlxalq ictimaiyyəti Ermənistanı kəskin qınamaga əsas verir. O cümlədən Ermənistan tərəfindən beynəlxalq hüquq və beynəlxalq humanitar hüquq öhdəliklərinə əməl olunması təmin edilmədiyinə bu ölkə idmanı yaxın 3 ildə ciddi sanksiya ilə əhatə olunmalıdır. Beləliklə;
-Beynəlxalq Konvensiyaya uygun olaraq bu istiqamətdə davamlı iş getməlidir,-Ermənistan idmançılarının minimum 3 il öz ölkələrinin bayrağı altında iştirak hüququnun əllərindən alınmasına nail olunmalıdır,3.Bu 3 il müddətində erməni idmançıları neytral ölkənin bayrağı altında yarışlarda təmsil olunmalıdır. Məsələ ilə əlaqədar İdman Arbitraj məhkəməsi (CAS) və Beynəlxalq idman Arbitraj Şurası (MCAC) ciddi ölçü götürməli, bu hadisənin idmançıların dopinqdən istifadəsindən də zərərli bir hadisə, qorxulu bir vəziyyət kimi təhlil edərək qərar çıxarmalıdır. Bunlar Beynəlxalq Olimpiya Komitəsinin Nizamnaməsi və MCAC-ın, CAS-ın fəaliyyət nizamnamələrinə uygundur. Ən əsası Beynəxalq İdman Arbitraj Şurası (MCAC) bütün idaman yarışlarında dörd təşkilatın rəhbər idarəetmə orqanı olaraq Ermənistanda baş verən hadısənın-Azərbaycan bayragının yandırılması faktının üzərində ciddi dayanaraq öz fəaliyyətinin prinsiplərini qorumalıdır.
4.Növbəti məsələ isə Azərbaycan bayragını ictimaiyyətin gözü qarşısında, beynəlxalq yarışda yandırmış şəxsin rəsmi İrəvanda cinayət prosesinə cəlb edilməsi və həbsidir. Nəhayət, Azərbaycan bayrağını yandıran şəxs həbs edildikdə belə Ermənistanın beynəlxalq yarışlarda öz bayrağı ilə təmsilçiliyi məhdudiyyəti MCAC –ın (Beynəlxalq İdman Arbitiraj Şurasının) qərarı ilə 3 il davam etməlidir. Beynəlxalq yarışlarda diğər ölkə idmançılarının rəmzlərinə belə münasibət mütləq layiqlı cəzalandırılmalıdır.

Hüseyn İbrahimov
AMEA Fəlsəfə və Sosiologiya İnstitutunun əməkdaşı


sesqazeti.az