27.04.2023, 06:07 - Baxış sayı: 252

“Heydər Əliyev İli” çərçivəsində “Müstəqilliyimiz əbədidir, daimidir, dönməzdir” mövzusunda konfrans keçirilmişdir

“Heydər Əliyev İli” çərçivəsində “Müstəqilliyimiz əbədidir, daimidir, dönməzdir” mövzusunda konfrans keçirilmişdir26 aprel 2023-cü il tarixdə Quba Rayon İcra Hakimiyyətinin, Azərbaycan Milli Elmlər Akademiyasının Fəlsəfə və Sosiologiya İnstitutunun və Azərbaycan Dövlət Pedaqoji Universitetinin Quba filialının birgə təşkilatçılığı ilə ADPU-nun Quba filialının akt zalında “Heydər Əliyev İli” çərçivəsində “Müstəqilliyimiz əbədidir, daimidir, dönməzdir” mövzusunda elmi-praktik konfrans keçirilmişdir.
Konfrans iştirakçıları öncə Quba şəhərində Ulu Öndər Heydər Əliyevin adını daşıdığı parkda Ümummilli Liderin abidəsi ziyarət etmişdir.
AMEA Fəlsəfə və Sosiologiya İnstitutunun baş direktoru, fəlsəfə elmləri doktoru, professor.İlham Məmmədzadənin moderatorluğu ilə baş tutan konfrans Azərbaycan Respublikasının Dövlət Himninin səsləndirilməsi və ulu öndər Heydər Əliyevin, şəhidlərimizin xatirəsinin 1 dəqiqəlik sükutla yad edilməsi ilə öz işinə başlayıb. Sonra çıxış üçün söz Quba Rayon İcra Hakimiyyətinin başçısının I müavini Tarıyel İbrahimov və daha sonra ADPU-nun Quba filialının direktoru, fizika elmləri doktoru, dosent Yusif Alıyevə təqdim olundu. Natiqlər ulu öndər Heydər Əliyevin həyat və faəliyyəti haqqında önəmli ştrixlərə toxunaraq Azərbaycanda “Heydər Əliyev İli” çərçivəsində belə konfransların keçirilməsinin gənc nəslin təlim-tərbiyəsi işində və ideoloji proseslərin təşviqi baxımından əhəmiyyətli oluduğunu bildirdilər.
Sonra Konfransın proqramına uyğun olaraq məruzələr dinlənildi.

Öncə AMEA Fəlsəfə və Sosiologiya İnstitutunun baş direktoru, fəlsəfə elmləri doktoru, professor İlham Məmmədzadənin “Heydər Əliyevin güclü dövlət ideyası və müasir Azərbaycan”, Fəlsəfə və Sosiologiya İnstitutunun “Siyasətin fəlsəfəsi və sosiologiyası” şöbəsinin müdiri, fəlsəfə elmləri doktoru, professor Rəna Mirzəzadənin “Ulu öndər Heydər Əliyev Prezident İlham Əliyevin dəyərləndirməsində”, Falsəfə və Sosiologiya Institutunun icraçı direktoru, tarix elmləri doktoru, fövqəladə və səlahiyyətli səfir Eynulla Mədətlinin “Heydər Əliyevin “Bir millət-iki dövlət” düsturu Azərbaycan-Türkiyə birliyinin strategiyasıdır”, Fəlsəfə və Sosiologiya İnstitutunun “İdrak nəzəriyyəsi” şöbəsinin müdiri, fəlsəfə elmləri doktoru Füzuli Qurbanovun “Azərbaycanda milli dövlətçilik şüurunun formalaşmasında Heydər Əliyevin rolu”, Fəlsəfə və Sosiologiya İnstitutunun “Estetika” şöbəsinin müdiri, fəlsəfə elmləri doktoru, professor Adil Əsədovun “Tarixdə şəxsiyyətin rolu – Ulu öndər Heydər Əliyevin timsalında”, Fəlsəfə və Sosiologiya İnstitutunun “Heydər Əliyev və Azərbaycançılıq Fəlsəfəsi” şöbəsinin aparıcı elmi işçisi, siyasi elmlər üzrə fəlsəfə doktoru, dosent Sənan Həsənovun “Heydər Əliyev Yeni Azərbaycan Partiyasının qurucusudur”, Fəlsəfə və Sosiologiya İnstitutunun “Estetika” şöbəsinin elmi işçisi Vüsalə Gülmalıyevanın “Heydər Əliyevin gənclər siyasəti: insanpərvərlik və humanizm”, Tanınmış şair, Azərbaycan Yazıçılar Birliyinin üzvü, Azərbaycan Yazıçılar Birliyinin Quba bölməsinin sədri Ramiz Qusarçaylının “Azərbaycan ədəbiyyatının inkişafında Heydər Əliyev şəxsiyyətinin rolu” mövzularında məruzələri dinlənilmişdir.
Konfransda Quba Rayon İcra Hakimiyyətinin məsul şəxsləri, YAP Quba rayon təşkilatının sədri, Azərbaycan Milli Elmlər Akademiyasının Fəlsəfə və Sosiologiya İnstitutunun alimləri, rayonun hüquq-mühafizə orqanlarının rəhbərləri, rayon Ağsaqqallar Şurasının sədri, Rayon İcra Hakimiyyəti yanında İctimai Şuranın sədri, şəhid ailələri, qazilər, rayonun bir sıra idarə, müəssisə və təşkilatlarının rəhbərləri, həmçinin ADPU-nun Quba filialının pedaqoji və tələbə heyəti iştirak etmişdir.
Məruzələrdən sonra tələbə və müəllimlərin sualları cavablandırılmışdır.