30.03.2023, 11:43 - Baxış sayı: 293

“Süni intellekt və etikanın nəzəri-metodoloji problemləri” mövzusunda seminar keçirildi


“Süni intellekt və etikanın nəzəri-metodoloji problemləri” mövzusunda seminar keçirildiMartın 30-da AMEA Fəlsəfə və Sosiologiya İnstitutunun seminarı keçirilib. Seminarda Fəlsəfə və Sosiologiya İnstitutunun baş direktoru, “Etika” şöbəsinin müdiri f.e.d., professor İlham Məmmədzadənin “Süni intellekt və Etikanın nəzəri-metodoloji problemləri” mövzusunda seminarı keçirildi.
İ.Məmmədzadə Süni intellektin bir problem kimi bir çox elmi araşdırmaların aktual mövzusu olduğunu qeyd edib: “Filosofları süni intellektin mahiyyəti, onun şüur və təfəkkürlə münasibəti, intellekt və süni intellekt arasındakı fərq məsələləri maraqlandırır. İndiki halda ondan istifadənin fəlsəfəni necə dəyişdirdiyi, hansı problemləri aktuallaşdırdığı və nəticədə fəlsəfənin necə dəyişdiyi əhəmiyyət kəsb edir”.
Etikada məsuliyyətlə bağlı olan hər bir şeyə diqqət yetirmək lazım olduğunu güman edərkən bu iş əxlaqi əhəmiyyətə malik qərarlar qəbul etmək məntiqi ilə birlikdə həyata keçirilməlidir. Yalnız bu zaman biz ehtimali mühakiməyə, bu cür mühakimələrin dəyərləndirilməsi və onlara münasibət xüsusunda əvvəlcədən yaranmış yanlış fikirləri aradan qaldırmağa qadir şüur tipinin təşəkkül tapmasına kömək edə bilərik. Buna görə də, süni intellekt qavranılması lazım olan material təchiz etməklə kifayətlənməyərək, eyni zamanda, insan şüurunun mahiyyəti, onun formalaşmasında əxlaqi şüur və zəkanın hansı rol oynadığı, rasionallıq və fədakarlığın nə olduğu, nəhayət, xeyir və şərin necə meydana çıxdığı barədə düşüncələrimizi dərinləşdirmək üçün imkan yaradır – deyə İlham Məmmədzadə bildirib.
Seminarda Etika şöbəsinin əməkdaşları baş elmi işçi f.e.d.,dosent Dilarə Müslümzadə, baş elmi işçi f.e.d., dosent Afaq Əsədova, aparıcı elmi işçi f.ü.f.d.,dosent Şəhla Musayeva, aparıcı elmi işçi f.ü.f.d.,dosent İrada Zərqanayeva, böyük elmi işçi f.ü.f.d. Samira Dadadoşa, böyük elmi işçi h.ü.f.d. Lala Mehdiyeva, elmi işçi Fəxriyyə Məmmədzadə, elmi işçi Qoşqar Bağırov, kiçik elmi işçi Yusifzadə Aygün, böyük laborant Səbinə Məmmədova onları maraqlandıran suallarla mövzu ətrafında müzakirələr aparıblar.
“Süni intellekt və etikanın nəzəri-metodoloji problemləri” mövzusunda seminar keçirildi