29.03.2023, 06:28 - Baxış sayı: 215

Beynəlxalq Elmi Konfransın materiallarından ibarət toplu nəşr olunub


Beynəlxalq Elmi Konfransın materiallarından ibarət toplu nəşr olunubAMEA Fəlsəfə və Sosiologiya İnstitutunda YUNESKO-nun elan etdiyi Ümümdünya Fəlsəfə gününə həsr olunmuş “Azərbaycan fəlsəfəsi və universal dəyərlər” mövzusunda 17 noyabr 2022-ci ildə keçirilmiş Beynəlxalq Elmi Konfransın materiallarından ibarət toplu işıq üzü görmüşdür (Bakı, “Elm və təhsil”, 2022, səh. 200).
Toplunun elmi redaktoru fəlsəfə elmləri doktoru, professor İlham Məmmədzadə, redaktorları Qabil Camalov, Rahilə Həsənova, Elnarə Əliyeva və Hafizə İmanovadır.