10.03.2023, 08:17 - Baxış sayı: 158

AMEA-da akademik Zərifə Əliyevanın 100 illik yubileyinə həsr edilmiş beynəlxalq konfrans keçirilib


AMEA-da akademik Zərifə Əliyevanın 100 illik yubileyinə həsr edilmiş beynəlxalq konfrans keçirilibAMEA Şərqşünaslıq İnstitutunda akademik Zərifə Əliyevanın 100 illik yubileyinə həsr olunmuş “Dəyişən dünyada qadın: Şərq və Qərb baxışı” mövzusunda beynəlxalq elmi konfrans keçirilmişdir. AMEA Fəlsəfə və Sosiologiya İnstitutunun əməkdaşları - f.e.d, prof. Rəna Mirzəzadə “Birinci vitse-prezidentliyə gedən yol və gender siyasəti”, AMEA-nın müxbir üzvü, f.e.d. Könül Bünyadzadə “Qadına fəlsəfi baxış”, f.ü.f.d. Ələddin Məlikov “Qadın: Şərq və Qərb qovşağında”, s.e.ü.f.d., dos. Günel Məlikli "Azərbaycan Respublikasında qadın siyasəti", f.ü.f.d., dos. Əli İbrahimov “Müasir Azərbaycan cəmiyyətində qadın fenomeni”, f.ü.f.d., dos. Zeynəddin Şabanov “Qadın matriarxatdan biarxata doğru”, Fəridə Bağırova “Maddi dünyanın parçası kimi qadınlar cəmiyyəti”, Xalidə Nəzərova “Orta məktəblərdə gender sosiallaşması” mövzusunda məruzələrlə çıxışlar etmişlər. Konfransda məruzələr ətrafında maraqlı müzakirələr olmuş, yeni fikir və təkliflər irəli sürülmüşdür.
AMEA-da akademik Zərifə Əliyevanın 100 illik yubileyinə həsr edilmiş beynəlxalq konfrans keçirilib