Martın 7-də AMEA-nın İctimai Elmlər Bölməsinin Elmi şurasının növbəti iclası keçirilib.
Daha sonra AMEA-nın Fəlsəfə və Sosiologiya İnstitutunun aparıcı elmi işçisi, siyasi elmlər üzrə fəlsəfə doktoru, dosent Sənan Həsənovun “Ulu Öndər Heydər Əliyevin ideyalarını reallığa çevirən Böyük Qayıdış” mövzusunda məruzəsi dinlənilib.
O, Prezident İlham Əliyevin 29 sentyabr 2022-ci il tarixli Sərəncamı ilə 2023-cü ilin “Heydər Əliyev İli” elan edilməsinə və 16 noyabr 2022-ci il tarixli “Azərbaycan Respublikasının işğaldan azad edilmiş ərazilərinə Böyük Qayıdışa dair I Dövlət Proqramı”nın təsdiq edilməsinə dair verdiyi Sərəncam çərçivəsində qarşıya qoyulan vəzifələrdən, hədəflərdən söz açıb.
Böyük Qayıdışın tarixi, siyasi mərhələlərinin şərhinə dair dərin elmi təhlillər aparan məruzəçi güclü dövlət konsepsiyasının siyasi varislikdə təzahürü, istiqamətlər və hədəflər, mütərəqqi ideologiya, iqtisadi inkişafın və sabitliyin qarantı kimi, Qələbənin fəlsəfəsində lider amili, Böyük Qayıdışın və yeni reallıqların beynəlxalq siyasi məkanda diplomatik hədəflərini şərh edib.
S.Həsənov güclü dövlət ideyasının reallığa çevrilməsi prosesində ideologiyanın rolundan, eləcə də Heydər Əliyev irsində yeni çağırışların təkamülündə nəzəri biliklər sisteminin praktikada tətbiq istiqamətlərinin dövriyyəyə gətirilməsinin vacibliyini bildirib.
Bu mərhələlər arasındakı mövcud siyasi şəraitdən aslı olmayaraq, Heydər Əliyevin iradəsində xilaskarlıqla Böyük Qayıdışa zəmin yaradan tarix və zaman kontekstindəki vəhdətin müddəaları sistemləşdirdiyini vurğulayıb. Alim müstəqilliyin təməl prinsiplərində ideoloji və siyasi təfəkkürün formalaşması və dahi siyasi xadimin Böyük Qayıdış konsepsiyasında şəxsiyyət və ideologiyanın vəhdəti məsələləri güclü dövlətin formalaşdırılmasına yönələn islahatlar əsasında təhlil edib. Məruzədə bütün bu sistemli strategiyanın nəticəsi kimi güclü dövlət konsepsiyasının siyasi varislikdə təzahürü, istiqamətləri və hədəflərinin Prezident İlham Əliyevin liderlik fəaliyyəti ilə növbəti həlledici mərhələdə davam etdiyini izah edib, mütərəqqi ideologiyanın, iqtisadi inkişafın və sabitliyin Qələbənin fəlsəfəsindəki roluna dair təhlillər aparıb.
“Azərbaycanın yaratdığı reallıqların Böyük Qayıdışla nəticələndiyini və beynəlxalq siyasi məkanda Azərbaycanın qələbəsinin diplomatik hədəfləri Ulu Öndər Heydər Əliyevin ideyalarını reallığa çevirən siyasi praktiki fəaliyyətin istiqamətləri kimi şərh edilə bilər”, - deyə o, diqqətə çatdırıb.
Məruzəçi Prezident İlham Əliyevin beynəlxalq aləmdə hazırkı fəaliyyətinin informasiya məkanındakı qərəzli sədləri sındırdığını və Böyük Qayıdışın bu fəaliyyət kontekstində təmin edilməsinə yönəlmiş addımların Qələbə konsepsiyasındakı yerinə nəzər salıb. Həmçinin Böyük Qayıdış konsepsiyasının baza prinsiplərinin mərhələlərlə həyata keçirilməsi prosesini sistemləşdirməsi, güclü dövlət ideyasının reallığa çevrilməsi prosesində ideologiyanın rolunu müəyyən edən amilləri diqqətə çatdırıb. Ulu Öndər Heydər Əliyevin siyasi irsində yeni çağırışların nəzəri biliklər sistemindən praktikada tətbiq istiqamətlərinə dair qarşıda duran vəzifələrin dövriyyəyə gətirilməsi iclas iştirakçıları tərəfindən maraqla qarşılanıb.
Alim çıxışının sonunda mövzu istiqamətində öz konkret təkliflərini irəli sürüb.
Məruzə dinlənildikdən sonra mövzu ətrafında müzakirələr aparılıb, suallar cavablandırılıb.
Məruzəylə bağlı çıxış edən AMEA-nın müxbir üzvü Şahbaz Muradov mövzunun aktuallığını diqqətə çatdıraraq, məruzənin mətbuatda çap edilməsinə dair təklif irəli sürüb. Fəlsəfə və Sosiologiya İnstitutunun baş direktoru, fəlsəfə elmləri doktoru İlham Məmmədzadə mövzunun hər zaman aktual olduğunu bildirib, məruzəçinin həm siyasi, həm də elmi fəaliyyətini yülsək qiymətləndirib.