Təcrübə keçən tələbələrlə professor İlham Məmmədzadənin görüşü keçirilib
Bu gün AMEA Fəlsəfə və Sosiologiya İnstitutunun “Siyasətin fəlsəfəsi və Sosiologiya” şöbəsində elmi təcrübə keçən Slavyan Universitetinin Humanitar və Sosial Elmlər fakültəsinin IV kurs tələbələri ilə Fəlsəfə və Sosiologiya İnstitutunun baş direktoru, f.e.d., professor İlham Məmmədzadənin görüşü oldu.
Görüşdə İlham Məmmədzadə İnstitutun fəaliyyəti, yaranma tarixi, elmi istiqamətləri, elmi tədqiqatlar, dissertasiyalar, dissertantları, doktorantları və institutda fəaliyyət göstərmiş və hazırda İnstitutda çalışan filosof alimləri haqqında ətraflı çıxış etdi. Həmçinin, gənclərə müasir elmi biliklər, süni intellekt, fəlsəfə, fəlsəfə və siyasət, fəlsəfə və etika, tarixi yaddaş və s. mövzular haqqında məlumat vermişdir.
Tələbələri maraqlandıran sualları professor İlham Məmmədzadə cavablandıraraq mövzu ətrafında müzakirələr aparıb.
Görüşdə “Siyasətin fəlsəfəsi və Sosiologiya” şöbəsinin əməkdaşları f.e.d. Lalə Mövsümova, f.e.d Adil Mirabdullayev, siyasi elmlər üzrə fəlsəfə doktorları Şahin Bağırov, Davud Həşimov, Zaur Əliyev, Etibar Məmmədov, f.ü.f.d., Təzəgül Qasımova, elmi işçi Sevinc Quliyeva, elmi işçi Nailə Əlicanova, Şəfa Əsgərova və Günay Cabarova iştirak ediblər.