28.02.2023, 07:04 - Baxış sayı: 173

“Azərbaycan fəlsəfə tarixi” şöbəsində “Ənvər Əhmədov fəlsəfə tarixçisi kimi” mövzusunda elmi seminar keçirilib


“Azərbaycan fəlsəfə tarixi” şöbəsində “Ənvər Əhmədov fəlsəfə tarixçisi kimi” mövzusunda elmi seminar keçirilib27 fevral 2023-cü il tarixində AMEA Fəlsəfə və Sosiologiya İnstitutunun “Azərbaycan fəlsəfə tarixi” şöbəsində “Ənvər Əhmədov fəlsəfə tarixçisi kimi” mövzusunda elmi seminar keçirilib. Seminarı giriş sözü ilə “Azərbaycan fəlsəfə tarixi” şöbəsinin müdiri fəlsəfə elmləri doktoru Arzu Hacıyeva açaraq, Azərbaycanın görkəmli filosof-alimi Ənvər Əhmədovun həyat və yaradıcılıq yoluna qısa nəzər salıb, sovet dövrü filosoflarının irsinin dövrün özəllikləri və bugünün reallıqları baxımından sərf-nəzər edilərək öyrənilməsinin əhəmiyyətini vurğulayıb.
Sonra məruzəçi şöbənin böyük e.i. f.ü.f.d. Zaur Rəşidov professor Ənvər Əhmədovun Azərbaycan fəlsəfəsə tarixinə həsr edilmiş əsərləri üzrə onun yaradıcılığına xas əsas məqamları təhlil edib və sualları cavablandırıb. Müzakirələr zamanı fəlsəfə elmləri doktorları Arzu Hacıyeva, Ziba Ağayeva, Rafail Əhmədov, fəlsəfə üzrə fəlsəfə doktorları Faiq Ələkbərli, Rəşad Əsgərov, Nicat Məmmədov, Əli İbrahimov mövzu ətrafında öz mülahizələrini bölüşüblər. Tədbirdə Bakı Slavyan Universitetinin tələbələri iştirak ediblər.
“Azərbaycan fəlsəfə tarixi” şöbəsində “Ənvər Əhmədov fəlsəfə tarixçisi kimi” mövzusunda elmi seminar keçirilib
“Azərbaycan fəlsəfə tarixi” şöbəsində “Ənvər Əhmədov fəlsəfə tarixçisi kimi” mövzusunda elmi seminar keçirilib