22.02.2023, 16:51 - Baxış sayı: 280

Fəlsəfə və Sosiologiya İnstitutu və YAP Qaradağ rayon təşkilatı ilə birgə “Heydər Əliyevin azərbaycançılıq ideyası və multikulturalizm” mövzusunda elmi-praktik konfrans keçirilib


Fəlsəfə və Sosiologiya İnstitutu və YAP Qaradağ rayon təşkilatı ilə birgə “Heydər Əliyevin azərbaycançılıq ideyası və multikulturalizm” mövzusunda elmi-praktik konfrans keçirilib22 fevral 2023-cü il tarixində Qaradağ Rayonunun Lökbatan qəsəbəsindəki Heydər Əliyev Mərkəzinin böyük akt zalında rayon icra hakimiyyətinin təşəbbüsü ilə AMEA Fəlsəfə və Sosiologiya İnstitutu ilə YAP Qaradağ rayon təşkilatı birgə “Heydər Əliyevin azərbaycançılıq ideyası və multikulturalizm” mövzusunda elmi-praktik konfrans keçirib.
Konfransda Qaradağ Rayon İcra Hakimiyyətinin başçısı Süleyman Mikayılov, rayon icra hakimiyyəti başçısı yanında şura üzvləri, YAP Qaradağ Rayon Təşkilatının sədri Qafar Əliyev, başçının müavinləri və şöbə müdirləri, hüquq-mühafizə orqanlarının rəhbərləri, Fəlsəfə və Sosiologiya İnstitutunun baş direktoru, fəlsəfə elmləri doktoru, professor İlham Məmmədzadə, İnstitutun icraçı direktoru, tarix elmləri doktoru Eynulla Mədətli, İnstitutun “Heydər Əliyevin siyasi irsi və azərbaycançılıq fəlsəfəsi” şöbəsinin baş elmi işçisi, fəlsəfə elmləri doktoru Ziba Ağayeva, İnstitutun “İdrak nəzəriyyəsi” şöbəsinin müdiri, fəlsəfə elmləri doktoru Füzuli Qurbanov, İnstitutun “Məntiq” şöbəsinin elmi işçisi Vüsalə Gülmalıyeva və rayon gəncləri, şəhid ailələri, qazilər, ictimaiyyət nümayəndələri iştirak ediblər.
Fəlsəfə və Sosiologiya İnstitutu və YAP Qaradağ rayon təşkilatı ilə birgə “Heydər Əliyevin azərbaycançılıq ideyası və multikulturalizm” mövzusunda elmi-praktik konfrans keçirilibİlk olaraq Qaradağ rayonunda Heydər Əliyev Mərkəzinin binası önündə Ulu Öndərin abidəsi ziyarət olunub və gül dəstələri qoyularaq əziz xatirəsi ehtiramla yad edilib.
Daha sonra tədbir iştirakçıları Ulu Öndərin, Şəhidlərimizin və Türkiyədə zəlzələ nəticəsində dünyasını dəyişmiş qardaş və bacılarımızın xatirəsini bir dəqiqəlik sükutla yad etdilər.
Qaradağ Rayon İcra Hakimiyyətinin başçısı Süleyman Mikayılov konfransı açaraq gələn qonaqları salamlayıb. O öz çıxışında bildirdi ki, cari ilin mayın 10-da Azərbaycan xalqının Ümummilli Lideri, müstəqil Azərbaycan dövlətinin qurucusu, görkəmli siyasi və dövlət xadimi Heydər Əliyevin anadan olmasının 100 ili tamam olur. Bu münasibətlə Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyev 29 sentyabr 2022-ci il tarixdə 2023-cü ilin ölkəmizdə “Heydər Əliyev İli” elan edilməsi haqqında sərəncam imzalayıb. Bu sərəncam Heydər Əliyev şəxsiyyətinə, onun tarixi xidmətlərinə dövlət səviyyəsində verilən qiymətdir.
Fəlsəfə və Sosiologiya İnstitunun Baş direktoru, fəlsəfə elmləri doktoru, professor İlham Məmmədzadə “Heydər Əliyevin azərbaycançılıq ideologiyasının əsasları və multikulturallıq” mövzusunda çıxış edib. Professor bildirib ki, XX 90-cı illərində dövlət müstəqilliyini nəldə etmiş Azərbaycan məhz ulu öndər Heydər Əliyevin rəhbərliyi altında üzləşdiyi faciələri aradan qaldırmış, milli varlıq və idrakının, özünüdərkinin ali təzahür forması olan suveren, azad dövlət ideyasını uğurla gerçəkləşdirmişdir. Ümummilli lider Heydər Əliyevin dövründə və həmin siyasi kursunun davamçısı olan Azərbaycan prezidenti İlham Əliyevin hakimiyyəti dəvründə, xüsusilə 44 günlük qələbədən sonra multikulturalizm Azərbaycanda real məzmun kəsb edir. Azərbaycançılığın bütün dünya azərbaycanlılarını birləşdirən ideologiya halına gəlməsi, müstəqil Azərbaycan dövlətinin ideya əsasına çevrilməsi ümummilli lider Heydər Əliyevin tarixi xidmətidir. Ümummilli lider Heydər Əliyev 2001-ci il noyabrın 9-da Dünya azərbaycanlılarının I qurultayında dövlətin siyasətini səciyyələndirərkən onun prioritet istiqamətini nəzərə çatdırmışdır: “Müstəqil Azərbaycan dövlətinin əsas ideyası azərbaycançılıqdır. Hər bir azərbaycanlı öz milli mənsubiyyətinə görə qürur hissi keçirməlidir və biz azərbaycançılığı - Azərbaycanın dilini, mədəniyyətini, milli-mənəvi dəyərlərini, adət-ənənələrini yaşatmalıyıq”.
Fəlsəfə və Sosiologiya İnstitutu və YAP Qaradağ rayon təşkilatı ilə birgə “Heydər Əliyevin azərbaycançılıq ideyası və multikulturalizm” mövzusunda elmi-praktik konfrans keçirilibMəhz bütün bunlara görə də bu böyük lider təkcə öz ömrünün, insan həyatının deyil, həm də bütöv bir xalqın tarixinin yüksək zirvəsində özünə əbədi yer qazanmış şəxsiyyətdir - deyə İlham Məmmədzadə bildirib.
Elmi-nəzəri konfransda AMEA Fəlsəfə və Sosiologiya İnstitunun icraçı direktoru, tarix elmləri doktoru Eynulla Mədətli “Heydər Əliyevin “Bir millət – iki dövlət” düsturu və Azərbaycan-Türkiyə birliyi” mövzusundakı məruzədə bildirib ki, multikulturalizmin Azərbaycan modeli ölkəmizdəki çoxsaylı etnik qrupların sülh şəraitində yaşamasına və bərabərhüquqlu fəaliyyətinə zəmin yaradır. Multikulturalizmin ənənəvi yolunun qorunması və daha da inkişaf etdirilməsi cənab prezidentimiz İlham Əliyevin daima diqqət mərkəzindədir. Daha sonra fəlsəfə elmləri doktoru Ziba Ağayeva “Azərbaycanda multikulturalizm və milli-mənəvi dəyərlər”, fəlsəfə elmləri doktoru Füzuli Qurbanov “Heydər Əliyevin dövlətçilik kursunda siyasi varislik və yeni liderlik”, elmi işçi Vüsalə Gülmalıyeva isə “Heydər Əliyev və Azərbaycan gəncliyi” mövzularında ətraflı çıxış etdilər.
Fəlsəfə və Sosiologiya İnstitutu və YAP Qaradağ rayon təşkilatı ilə birgə “Heydər Əliyevin azərbaycançılıq ideyası və multikulturalizm” mövzusunda elmi-praktik konfrans keçirilibFəlsəfə və Sosiologiya İnstitutu və YAP Qaradağ rayon təşkilatı ilə birgə “Heydər Əliyevin azərbaycançılıq ideyası və multikulturalizm” mövzusunda elmi-praktik konfrans keçirilib
Fəlsəfə və Sosiologiya İnstitutu və YAP Qaradağ rayon təşkilatı ilə birgə “Heydər Əliyevin azərbaycançılıq ideyası və multikulturalizm” mövzusunda elmi-praktik konfrans keçirilib
Fəlsəfə və Sosiologiya İnstitutu və YAP Qaradağ rayon təşkilatı ilə birgə “Heydər Əliyevin azərbaycançılıq ideyası və multikulturalizm” mövzusunda elmi-praktik konfrans keçirilib
Fəlsəfə və Sosiologiya İnstitutu və YAP Qaradağ rayon təşkilatı ilə birgə “Heydər Əliyevin azərbaycançılıq ideyası və multikulturalizm” mövzusunda elmi-praktik konfrans keçirilib