24.02.2023, 07:35 - Baxış sayı: 226

“Sosial psixologiya” şöbəsində elmi seminar keçirilmişdir


“Sosial psixologiya” şöbəsində elmi seminar keçirilmişdirAMEA Fəlsəfə və Sosiologiya İnstitutunun “Sosial psixologiya” şöbəsində elmi seminar keçirilmişdir. Seminarda dissertant Zeynəb Həcəmova “Şəxsiyyətlərarası münasibətlərin əsas xüsusiyyətlərinin sosial-psixoloji təhlili” mövzusunda çıxış edərək, şəxsiyyətlərarası münasibətlərin sosial-psixoloji harmoniyası, şəxsi münasibətlərin tənzimlənməsi, təşkilatda sağlam mənəvi-psixoloji mühitin yaradılması kimi fikirlərini qeyd etmişdir.
Şöbə müdiri, siyasi elmlər üzrə fəlsəfə doktoru, dosent Günel Məlikli insan amilinin psixoloji strukturu, şəxsiyyət yanaşması ona xas olan fərdi-psixoloji xüsusiyyətləri haqqında fikirlərini əlavə etmiş və mövzu ətrafında müzakirələr aparılmışdır.