14.02.2023, 10:55 - Baxış sayı: 229

“Qadınların elmə töhfə verməsi cəmiyyətin davamlı və ədalətli inkişafının təminatıdır” mövzusunda tədbir keçirilib

“Qadınların elmə töhfə verməsi cəmiyyətin davamlı və ədalətli inkişafının təminatıdır” mövzusunda tədbir keçirilibBu gün AMEA Fəlsəfə və Sosiologiya İnstitutu Qadınlar Şurasının “11 fevral Qadınlar və qızlar elmdə” Beynəlxalq günü münasibəti ilə “Qadınların elmə töhfə verməsi cəmiyyətin davamlı və ədalətli inkişafının təminatıdır” mövzusunda tədbir keçirilib.
Tədbiri giriş sözü ilə Fəlsəfə və Sosiologiya İnstitutunun baş direktoru, f.e.d., professor İlham Məmmədzadə açaraq bu münasibətlə institutun xanım əməkdaşlarını təbrik etdi. Professor institutda onların fəaliyyətindən, qadınların cəmiyyət həyatında oynadığı roldan, tutduqları yüksək mövqeyə diqqət çəkdi. İ.Məmmədzadə qadınların elm və təhsildə qazandıqları elmi nailiyyətlərdən bəhs edərək, onlara gələcək elmi işlərində uğurlar arzuladı.
AMEA Qadınlar Şurasının sədri, f.e.d., professor Rəna Mirzəzadə çıxış edərək bildirib ki, elmdə qadınların iştirakı elmin daha çox inkişafına, müxtəlif sahədə mütəxəssislərin artmasına zəmin yaradır. Bu günün əsas məqsədlərindən biri qadınların elmə cəlb olunması, dünyada gedən gender bərabərliyinin səbəblərini araşdıraraq yaranan problemləri aradan qaldırmaqdır. Azərbaycan qadınının hər zaman öz ağlı, qəhrəmanlığı, sədaqəti ilə xalqının adının uca tutduğunu qeyd edib. Azərbaycan qadını eyni zamanda peşəkar elm xadimi olmaqla yanaşı, çalışdıqları sahələrdə öz işlərinin mütəxəssisləridir – deyə, R.Mirzəzadə bildirib.
“Qadınların elmə töhfə verməsi cəmiyyətin davamlı və ədalətli inkişafının təminatıdır” mövzusunda tədbir keçirilibFəlsəfə və Sosiologiya İnstitutu Qadınlar Şurasının sədri, f.e.d. Lalə Mövsumova öz çıxışında bu gün ölkəmizi dünyada tanıdan qadın alimlərin sayının kifayət qədər olduğunu dedi. Qızların təhsilli olmasına diqqət çəkərək bildirib ki, qızlarımız təhsilli olarsa o zaman erkən nigahların sayının azalmış olar.
Sonra böyük elmi işçi Mahrux Nəcəfli “Gender bərabərliyi üçün innovasiya və texnologiyalar Azərbaycan təcrübəsi”, elmi işçi Vüsalə Gülmalıyeva “Azərbaycan qadını ictimai həyatın aparıcısı qüvvəsi kimi”, İnstitutun Gənc Alim və Mütəxəssislər şurasının sədri, kiçik elmi işçi Ceyran Hüseynli “Azərbaycan elmində qadın” mövzusunda çıxış edərək bu sahədə mövcud boşluqların aradan qaldırılması, bu istiqamətdə görüləcək işlərin vacibliyini qeyd etdilər.Sonda institutun icraçı direktoru, t.e.d. Eynulla Mədətli, fəlsəfə elmləri doktoru Füzuli Qurbanov instititun qadın əməkdaşlarına gələcək elmi fəaliyyətlərində uğurlar arzuladı.
Müzakirələr zamanı bildirildi ki, gənc xanımların elmlə məşğul olmalarını, onların elm sahəsindəki karyeralarını düzgün qurmalarını təmin etmək və bu istiqamətdə onlara dəstək olmaq mühüm məsələdir.