“Maarifçilik və Cümhuriyyət” mövzusunda elmi seminar keçirilib
Mart ayının 9-da AMEA Fəlsəfə İnstitutunda “Maarifçilik və Cümhuriyyət” mövzusunda İnstitutunun əməkdaşlarının və Bakı Dövlət Universitetinin tələbələrinin də iştirakı ilə növbəti elmi seminar keçirilib.
Seminarda İnstitutun direktoru fəlsəfə üzrə elmlər doktoru, professor İlham Məmmədzadə məruzə ilə çıxış edərək, Şərqdə qurulan ilk respublika olan Azərbaycan Xalq Cümhuriyyətinin qısa müddət yaşamasına baxmayaraq, həmin dövrdə maarifçilik sahəsində gördüyü işlərdən söhbət açıb. İ.Məmmədzadənin sözlərinə görə, Cümhuriyyət dövründə müasir tipli dünyəvi məktəblərin açılması, universitetin fəaliyyətə başlaması Cümhuriyyətin maarifçiliyə və təhsilə verdiyi ən böyük dəyərlərdən biridir. Azərbaycan ziyalılarının məhsuldar dövrlərinin də Cümhuriyyət zamanında olduğunu qeyd edərək həmin illərdə maarifçilik sahəsində görülən işlərdən danışıb.
Həmçinin maarifçiliyin daha da geniş inkişaf etdirilməsi baxımından azərbaycanlı gənclərin dünyanın inkişaf etmiş ölkələrinə təhsil almaları üçün göndərilməsi Azərbaycan Xalq Cümhuriyyətinin maarifçiliyə verdiyi dəyərin bariz nümunəsi olduğunu diqqətlərə çatdıran İ.Məmmədzadə, Cümhuriyyətin az bir müddətdə olduqca böyük işlər gördüyünü qeyd edib.
Seminar iştirakçıların sual-cavab və qarşılıqlı müzakirələri ilə başa çatmışdır.