03.02.2023, 11:09 - Baxış sayı: 429

“İlham Əliyevin böyük qayıdış siyasətində gənclərin fəaliyyət formaları” mövzusunda tədbir keçirilib


“İlham Əliyevin böyük qayıdış siyasətində gənclərin fəaliyyət formaları” mövzusunda tədbir keçirilibBu gün AMEA Fəlsəfə və Sosiologiya İnstitutu, YAP Yasamal rayon Təşkilatı və AMEA Mərkəzi Elmi Kitabxanasının birgə təşkilatçılığı ilə Azərbaycan Respublikası Prezidentinin "Azərbaycan Respublikasında 2023-cü ilin “Heydər Əliyev İli” elan edilməsi haqqında" sərəncamından irəli gələrək 2 Fevral - Gənclər Gününə həsr olunmuş “İlham Əliyevin böyük qayıdış siyasətində gənclərin fəaliyyət formaları” mövzusunda konfrans keçirilib. Dövlət himnin səsləndirildi, Vətən uğrunda canlarından keçən şəhidlərin əziz xatirələri bir dəqiqəlik sükutla yad edildi.
Siyasi elmlər üzrə fəlsəfə doktoru, dosent Sənan Həsənov və İnstitutun Gənc Alim və Mütəxəssislər Şurasının sədri Ceyran Hüseynlinin moderatorluğu ilə davam edən tədbiri giriş söz ilə AMEA “İlham Əliyevin böyük qayıdış siyasətində gənclərin fəaliyyət formaları” mövzusunda tədbir keçirilibFəlsəfə və Sosiologiya İnstitutunun baş direktoru f.e.d., professor İlham Məmmədzadə açaraq gəncləri Gənclər Günü münasibətilə təbrik etdi. Prezident İlham Əliyevin böyük qayıdış siyasətindən, bu siyasətin mərkəzində gənclərin rolundan və gənc alimlərin fəaliyyətindən söz açaraq onlara gələcək işlərində uğurlar arzuladı.
Sonra Fəlsəfə və Sosiologiya İnstitutunun icraçı direktoru, t.e.d. Eynulla Mədətli çıxış edərək Heydər Əliyevin həyat yolundan, daima gənclərə xüsusi diqqət və qayğı ilə yanaşdığını, Azərbaycanda gənclərlə bağlı siyasətin Heydər Əliyevlə bağlı olduğunu və bu uğurlu siyasətin Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev tərəfindən uğurla inkişaf etdirildiyini, gənclərin hərtərəfli inkişafı üçün mühüm addımlar atıldığını bildirib.“İlham Əliyevin böyük qayıdış siyasətində gənclərin fəaliyyət formaları” mövzusunda tədbir keçirilib YAP Yasamal rayon təşkilatının sədri Bəxtiyar Nəbiyev çıxışında qeyd edib ki, bugünkü gənclik yalnız elm və təhsil sahəsində deyil, 44 günlük Vətən müharibəsində də göstərdiyi qəhrəmanlıqlarla özlərini layiqincə təsdiq etdilər. Natiq Prezident İlham Əliyevin gənclər siyasətinə dair verdiyi ardıcıl sərəncamların gənclərimizin inkişafındakı roluna diqqət çəkdi.
Daha sonra MEK-in baş direktoru, professor Məmməd Əliyevə söz verildi. O, İlham Əliyevin sayəsində bugünkü gənclərin milli düşüncəyə sahib olduğundan, dövlət tərəfindən gənclərin elmə cəlb olunması istiqamətində görülən tədbirlərdən, ölkə başçısının qəbul etdiyi sərəncamlardan danışdı. Bu gün Azərbaycan gəncliyi Vətənə sədaqət hissləri ilə tərbiyə edilir, tarix boyu üzləşdiyimiz reallıqlar, 44 günlük Vətən müharibəsində gənc Azərbaycan oğullarının qəhrəmanlıqlarının kökündə vətən, yurda sədaqət hissləri dayanır - deyə, bildirdi.
“İlham Əliyevin böyük qayıdış siyasətində gənclərin fəaliyyət formaları” mövzusunda tədbir keçirilibSonra f.e.d. Füzuli Qurbanov, f.e.d., professor Rəna Mirzəzadə, Fəlsəfə və Sosiologiya İnstitutunun əməkdaşı Gənc Alimlər Şurasını sədr müavini Humay İsayeva “Vətənpərvərlik ideyası böyük qayıdışa aparan yolun mühüm motivasiyası kimi”, f.ü.f.d., dosent Anar Qafarov “İctimai həmrəylik və milli-mənəvi dəyərlər mövcudluğumuzun qarantı kimi: Ulu öndərin dövlət siyasəti müstəvisində analitik təhlil”, Fəlsəfə və Sosiologiya İnstitutunun əməkdaşı, NDU-nun dissertantı Səkinə Əliyeva “Prezident İlham Əliyevin gənclər siyasətində milli-mənəvi dəyərlər”, f.ü.f.d. Zaur Rəşidov “Dünyanın yeni geosiyasi reallıqları fonunda Azərbaycan və Azərbaycan gəncliyi”, f.e.d. Hüseyn İbrahimov “Xankəndi-Laçın yolunda ekoloji aksiyanın mahiyyəti və gənclərin rolu”, Sosial Tədqiqatlar Mərkəzinin Daxili siyasətin təhlili departamentinin baş məsləhətçisi, politoloq İlyas Hüseynov “Böyük qayıdış konsepsiyası: gənclərimizin əsas vəzifələri”, siyasi elmlər üzrə fəlsəfə doktoru, dosent Günel Məlikli, Elm və Təhsil Nazirliyi Torpaqşünaslıq və Aqro-Kimya İnstitutu üzrə Ərazi Partiya Təşkilatının sədr müavini Fərid Mustafayev, Akademik M.Nağıyev adına Kataliz və qeyri-üzvü Kimya İnstutunun əməkdaşı Vilayət Məmmədov və digər natiqlər çıxış edərək mövzu ilə bağlı öz fikir və düşüncələrini tədbir iştirakçıları ilə bölüşdülər.

“İlham Əliyevin böyük qayıdış siyasətində gənclərin fəaliyyət formaları” mövzusunda tədbir keçirilib“İlham Əliyevin böyük qayıdış siyasətində gənclərin fəaliyyət formaları” mövzusunda tədbir keçirilib
“İlham Əliyevin böyük qayıdış siyasətində gənclərin fəaliyyət formaları” mövzusunda tədbir keçirilib“İlham Əliyevin böyük qayıdış siyasətində gənclərin fəaliyyət formaları” mövzusunda tədbir keçirilib
“İlham Əliyevin böyük qayıdış siyasətində gənclərin fəaliyyət formaları” mövzusunda tədbir keçirilib“İlham Əliyevin böyük qayıdış siyasətində gənclərin fəaliyyət formaları” mövzusunda tədbir keçirilib
“İlham Əliyevin böyük qayıdış siyasətində gənclərin fəaliyyət formaları” mövzusunda tədbir keçirilib“İlham Əliyevin böyük qayıdış siyasətində gənclərin fəaliyyət formaları” mövzusunda tədbir keçirilib
“İlham Əliyevin böyük qayıdış siyasətində gənclərin fəaliyyət formaları” mövzusunda tədbir keçirilib“İlham Əliyevin böyük qayıdış siyasətində gənclərin fəaliyyət formaları” mövzusunda tədbir keçirilib“İlham Əliyevin böyük qayıdış siyasətində gənclərin fəaliyyət formaları” mövzusunda tədbir keçirilib