02.05.2023, 08:00 - Baxış sayı: 523

Professor Adil Əsədovun “Teatr və proto-teatr” adlı kitabı nəşr olunub


Professor Adil Əsədovun “Teatr və proto-teatr” adlı kitabı nəşr olunubAMEA Fəlsəfə və Sosiologiya İnstitutunun “Estetika” şöbəsinin müdiri, f.e.d., Professor Adil Əsədovun “Teatr və proto-teatr” (Bakı: “Elm və təhsil” nəşriyyatı, 2023, səh. 440) adlı kitabı nəşr olunub.
Professor Adil Əsədov yeni kitabında teatrın mahiyyəti və təşəkkül xüsusiyyətləri ilə bağlı irəli sürdüyü yeni konsepsiyasını oxucuların müzakirəsinə təqdim edir. Teatrın yeni fəlsəfəsi məzmununu daşıyan bu konsepsiyanın əsas terminləri olaraq proto-teatr, proto-dramaturq, proto-aktyor, proto-tamaşaçı, post-tamaşaçı və post-teatr terminləri irəli sürülmüşdür. Əsər fəlsəfə elmləri üzrə mütəxəssislər, sənətşünaslar, ali məktəb tələbələri, həmçinin teatr və fəlsəfə mövzuları ilə maraqlanan geniş oxucu kütləsi üçün nəzərdə tutulmuşdur.
Kitabın ön sözünü müəllifi AMEA-nın prezidenti, akademik İsa Həbibbəyli, rəyçiləri f.e.d., professor Rahid Ulusel, AMEA Memarlıq və İncəsənət İnstitutunun Teatr, kino və televiziya şöbəsinin müdiri Vidadi Qafarov, Fəlsəfə və Sosiologiya İnstitutunun “Estetika” şöbəsinin aparıcı elmi işçisi Təhminə Ağakişiyevadır.
Kitab AMEA Fəlsəfə və Sosiologiya İnstitutunun Elmi Şurasının 04 iyun 2021-ci il tarixli, 3 saylı qərarı ilə çap olunub.
Professor-Adil-Asadov-Teatr-ve-proto-teatr.pdf [5,23 Mb] (Yüklənib: 16)