30.12.2022, 08:53 - Baxış sayı: 186

Fəlsəfə və Sosiologiya İnstitutunun rəhbərliyi əməkdaşlarını təbrik edib


Fəlsəfə və Sosiologiya İnstitutunun rəhbərliyi əməkdaşlarını təbrik edibAMEA Fəlsəfə və Sosiologiya İnstitutunun rəhbərliyi İnstitutun əməkdaşlarını 31 Dekabr - Dünya Azərbaycanlılarının Həmrəylik Günü və Yeni il münasibəti ilə təbrik edib. Təbrikdə deyilir:
Əziz həmkarlar!
Sizi 31 Dekabr - Dünya Azərbaycanlılarının Həmrəylik Günü və qarşıdan gələn Yeni il - 2023-cü il münasibətilə səmimi-qəlbdən təbrik edirik. Dünya Azərbaycanlılarının Həmrəylik Gününü ən yüksək səviyyədə bayram kimi qeyd etmək xalqımızın ictimai fikir tarixində əlamətdar bir hadisəyə çevrilmişdir. Hər birimiz üçün əziz və doğma olan bu bayram günündə sizlərə və ailələrinizə uzun ömür, can sağlığı, xoşbəxtlik, ruzi bərəkət, əmin-amanlıq, elmi fəaliyyətinizdə uğurlar arzulayır və 2023-cü ilin dünya Azərbaycanlılarının arzu və istəklərinin gerçəkləşdiyi bir il olmasını diləyirik.