Fəlsəfə İnstitutunda “1918-ci il azərəbaycanlıların soyqırımı və Xocalı faciəsi: müasir ideyalar və siyasət” mövzusunda dəyrimi masa keçirilib
Fevralın 26-da AMEA Fəlsəfə İnstititunda “1918-ci il azərəbaycanlıların soyqırımı və Xocalı faciəsi: müasir ideyalar və siyasət” mövzusunda dəyrimi masa keçirilib.
Tədbiri Fəlsəfə İnstitutunun direktoru, fəlsəfə üzrə elmlər doktoru, professor İlham Məmmədzadə açaraq Azərbaycan xalqının başına gətirilən faciələrdən danışıb. Bu faciələr içərisində 1918-ci il və 1992-ci ildə törədilən qırğınlara diqqər çəkən İlham Məmmədzadə Xocalı faicəsinin 1918-ci il soyqırımlarının birbaşa davamı olduğunu qeyd etdi. Onun sözlərinə görə, bu faciələr müxtəlif tarixlərdə olsa da, ancaq eyni düşmən tərəfindən törədildiyini bildirdi. 31 mart və Xocalı qırğınları zamanı qocalara, qadınlara, körpə uşaqlara belə rəhm edilmədiyini deyən İ.Məmmədzadə bunun düşmənlərin azərbaycanlılara qarşı bir qəddar siyasəti olduğunu vurğulayıb.
İ.Məmmədzadə soyqırım ilə bağlı həqiqətlərin dünya ictimaiyyətinə çatdırılmasında Heydər Əliyev Fondunun vitse-prezidenti, Fondun Rusiya nümayəndəliyinin rəhbəri Leyla Əliyevanın təşəbbüsü ilə həyata keçirilən “Xocalıya ədalət!” beynəlxalq təbliğat-təşviqat kampaniyasının böyük rolu olduğunu tədbir iştirakçılarının diqqətinə çatdırıb.
Sonra Fəlsəfə İnstitutunun “Müasir siyasətin fəlsəfəsi” şöbəsinin aparıcı elmi işçisi, siyasi elmlər doktoru, Habil Həmidov “31 Mart Azərbaycanlıların soyqırıma aparan yola tarixi-siyasi nəzər”, “Heydər Əliyevin siyasi irsi və azərbaycançılıq fəlsəfəsi” şöbəsinin kiçik elmi işçisi Sevil Əliyeva “Xocalı faciəsi beynəlxalq hüquqi müstəvidə” və “Multikulturalizm və tolerantlılq fəlsəfəsi” şöbəsinin aparıcı elmi işçisi, fəlsəfə üzrə fəlsəfə doktoru Hüseyn İbrahimov “Xocalı soyqırımına siyasi-fəlsəfi baxış” mövzusunda məruzə ilə çıxış etmişlər.
Sonda İnstitut əməkdaşları çıxış edərək erməni silahlı qüvvələrinin qəddar əməllərindən, Dağlıq Qarabağda törətdikləri vəhşiliklərdən söz açıblar.