Siyasi iradə siyasi peşəkarlığın elmi əsaslarını yaradıb

Daha vacib məsələ bütün təhlükəli tendensiyaları zərərsizləşdirmək ücün aparılan daxili siyasətin legitimliyi, onun ideoloji və milli hədəflərinin düzgün dərkidir. Azərbaycanın sülh strategiyasından irəli gələn Vətən müharibəsi bir tərəfdən xalqın qəhrəmanlıq əzmini, onun mübarizliyini göstərdisə o biri tərəfdən milli maraqlarımızın ifadəsini həyata keçirən siyasətin xalq tərəfindən layiqli qiymətini aldığunu sübut etdi. Azərbaycan tarixinin bu mərhələsi ardıcıl islahatlarda hədəflərə tam nail olma dövrü kimi ona görə şərtlənməlidir ki, daxili siyasət sosial sferanın bütün tələblərini effektli şəkildə təmin edə bilmişdir. Bu vətənçilik anlayışında vahid milli ideologiyadan doğan milli özünündərk prosesinin şüurlu şəkildə tam dərkinə nail olmağın nəticəsidir. Bu isə cəmiyyətin sabitliyinə hədəflənmiş uğurlu islahatların ideoloji baxımdan milli effektliliyinin nəticəsində mümkün ola bilən prosesdir. Təcrübə göstərir ki, milli özünüdərkin ən mühüm elementi kimi yaradılan milli ideologiyanın xalqın milli potensialı ilə vəhdətini daxili siyasətin legitimliyindən kənarda təsəvvür etmək mümkün deyildir. Vətən müharibəsi xalqımızın milli ideologiyaya əsaslanan milli gücünün ifadəsini ümumxalq iradəsinin ayrılmaz hissəsi olduğunda göstərdi. Bu yalnız daxili siyasətin möhkəm sosial bazasının göstəricisi idi. Dünyaya nəzərən mövcud siyasi situasiyanın təhlili göstərir ki, Prezident İlham Əliyevin ölkədə çevik idarəetmə və praqmatik siyasi sistemin qurulmasındakı fəaliyyəti öz legitimliyini artıq təsdiq edib. Cəmiyyətdə proseslərə yanaşmalar müxtəlif ola bilər, lakin milli maraqlarımızın hədəflərində reallığa çevrilən nəticənin nəinki ölkəmiz üçün, region və dünya üçün əhəmiyyəti artıq elmi əsaslarla təsdiqini tapmasıdır. Prezident İlham Əliyevin siyasi iradəsi, bilik və bacarığı Azərbaycanı bu prosesdə cahaşümül inkişafın avanqardına çevirmişdir.
Sənan Həsənov
YAP Yasamal rayon AMEA Fəlsəfə və Sosiologiya İnstitutu üzrə ərazi partiya təşkilatının sədri
sia.az