23.12.2022, 17:39 - Baxış sayı: 236

Şəhid Murad Nağıyevin xatirəsinə həsr edilmiş tədbir keçirilib


Şəhid Murad Nağıyevin xatirəsinə həsr edilmiş tədbir keçirilib23 dekabr 2022-ci il tarixdə YAP Yasamal rayon Təşkilatının AMEA Fəlsəfə və Sosiologiya İnstitutu və AMEA Mərkəzi Elmi Kitabxanası üzrə Ərazi Partiya Təşkilatlarının birgə təşkilatçılığı ilə Vətən Müharibəsi Şəhidi leytenant, tank komandiri Murad Nağıyevin döyüş yoluna həsr edilmiş “Qayıtsaydım, gedib qayıtmayanlara, yarımçıq qalanlara...” adlı sənədli filmin və “Murad” adlı kitabın təqdimatına həsr edilmiş tədbir keçirilib.
Tədbirin əvvəlində Azərbaycan Respublikasının Dövlət Himni səsləndirilmiş, ulu öndər Heydər Əliyevin və Azərbaycanın müstəqilliyi və azadlığı uğrunda canından keçən şəhidlərimizin xatirəsi bir dəqiqəlik sükutla yad edilib.
Tədbiri giriş sözü ilə AMEA Mərkəzi Elmi Kitabxanasının baş direktoru fəlsəfə elmləri doktoru, professor Məmməd Əliyev açaraq Vətən müharibəsinin tarixi əhəmiyyətindən, şəhidlərimizin qəhrəmanlığının Zəfər tariximizdəki müstəsna rolundan danışdı.
Şəhid Murad Nağıyevin xatirəsinə həsr edilmiş tədbir keçirilibSonra YAP Yasamal rayonu Fəlsəfə və Sosiologiya İnstitutu üzrə ərazi təşkilatının sədri, siyasi elmlər üzrə fəlsəfə doktoru, dosent Sənan Həsənov şəhid Murad Nağıyevin şanlı həyat yoluna həsr edilmiş tədbirə qatılmış şəhid ailələrini və qonaqları tədbir iştirakçılarına təqdim etdi. Zəfər tariximizin qəhrəmanları ilə alimlərin müntəzəm görüşlərini, onların hər zaman dövlətimizin diqqət və qayğıları ilə əhatə olunduğunu diqqətə çatdırdı. Şəhid Murad Nağıyevin qəhrəmanlığının gənc nəslə örnək olduğunu bildirdi.
AMEA Fəlsəfə və Sosiologiya İnstitutunun elmi işcisi, Tünzalə Musayeva şəhid Murad Nağıyevin həyat yoluna dair mətni iştirakçıların diqqətinə çatdırdıqdan sonra onun döyüş yoluna həsr edilmiş “Qayıtsaydım, gedib qayıtmayanlara, yarımçıq qalanlara...” adlı sənədli film numayiş etdirildi.
Şəhid Murad Nağıyevin xatirəsinə həsr edilmiş tədbir keçirilibDaha sonra tədbirə qatılmış bir sira elm və ictimaiyyat nümayəndələrinin çıxışları dinlənildi.
Tədbirə AMEA Fəlsəfə və Sosiologiya İnstitutunun və AMEA Mərkəzi Elmi Kitabxanasının kollektivi ilə yanaşı şəhid anaları və onların yaxınları, tanınmiş kino aktyoru, dramaturq, Murad Nağıyev haqqında sənədli filmin rejissoru Kamran Ağabalayev, “SƏS” media qrupu, “Azərbaycan Qarabağ Müharibəsi Əlilləri, Veteranları və Şəhid Ailələri” İctimai Birliyinin Yasamal rayon şöbəsinin sədri Bəhram Şeydayev, şəhid Murad Nağıyevin əziz xatirəsinə həsr olunmuş kitabın redaktoru, Ə.Kərim adına Poeziya Evinin direktoru, şair, AYB-nin üzvü, Türk Ədəbiyyatı Vakfının fəxri üzvü İbrahim İlyaslı, görkəmli jurnalist, uzun muddət Aztv-nin Orta Asiya üzrə müxbiri, Aprel şəhidləri ilə bağlı iki cildlik kitabların müəllifi, Saxa Yakutiya Respublikasının “Xalqlar arasında Sülh və Dostluq əlaqələrinin möhkəmləndirilməsinə görə” medalına layiq görülmüş Aida Eyvazlı, şəhid Murad Nağıyevin oxuduğu 271 saylı məktəbin direktor müavini Ruxsarə Əlizadə, Odlar Yurdu qrupu, AMEA A.A.Bakıxanov adına Tarix İnstitutunun aparıcı elmi işçisi tarix üzrə fəlsəfə doktoru İlham Həsənov və digər iştirkçılar çıxış edərək nümayiş olunan sənədli filmin və “Murad” adlı kitabın ictimaiyyata təqdim olunmasının əhəmiyyətindən, Şəhidlik zirvəsinin uca məqamından danışmışlar. Çıxış edənlər Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə əldə onumuş Zəfər səlnaməmizin əbədi olduğunu, xalq-lider birliyinin sarsılmazlığını önə çəkdilər.
Şəhid Murad Nağıyevin xatirəsinə həsr edilmiş tədbir keçirilibVətən müharibəsi iştirakçısı, fəlsəfə üzrə fəlsəfə doktoru, dosent Radif Mustafayev, şəhid ailələri adından şəhid Fəxrin Qəribzadənin anası Mehparə xanım Qəribzadə çıxış edərək şəhidlik zirvəsinə ucalmış bütün qəhrəmanlarımızın Vətənimizin başını uca etdiklərini və bununla bütün xalqmızın fəxr etdiyini bildirdilər.
AMEA Fəlsəfə və Sosiologiya İnstitutunun icracı direktoru, tarix elmləri doktoru Eynulla Mədətli AMEA-nın rəhbərliyinin şəhid ailələrinə olan diqqətinin ayrıca bir istiqamət kimi həyata keçirildiyini bildirdi, qəhrəmanlıq tariximizin elmi əsalarla öyrənilməsində alimlərin rolunun diqqətə çatdırdı.
Şəhid Murad Nağıyevin xatirəsinə həsr edilmiş tədbir keçirilib
Şəhid Murad Nağıyevin xatirəsinə həsr edilmiş tədbir keçirilib
Şəhid Murad Nağıyevin xatirəsinə həsr edilmiş tədbir keçirilib