23.12.2022, 07:30 - Baxış sayı: 202

Professor İlham Məmmədzadə İtaliyada keçirilən konfransda iştirak edib


Professor İlham Məmmədzadə İtaliyada keçirilən konfransda iştirak edibBu günlərdə İtaliyada bir neçə universitetin təşkilatçılığı ilə “Philosophy of Leadership and Education System” adlı silsilə konfranslar və tədbirlər keçirilib.
Konfrans və tədbirlərdə AMEA Fəlsəfə və Sosiologiya İnstitutunun baş direktoru, f.e.d., professor İlham Məmmədzadə də iştirak edib. Professor bir saatlıq “Müasir liderlik modelləri və yeni düzən problemi” adlı mühazirəsi zamanı Azərbaycanda yeni dövrün liderlik nümunələri və qələbənin Cənubi Qafqaza gətirdiyi yeni düzəni təhlil edib.
Həmçinin, konfransda İlham Məmmədzadə digər bir mövzuda - “The Model Lider ship partiotizm and Philisophy” adlı məruzə ilə də çıxış edib.
Professor İlham Məmmədzadə İtaliyada keçirilən konfransda iştirak edib