Azərbaycan və Türkiyənin Türkmənistanla olan əlaqələri strateji müttəfiqlik səviyyəsindədir
Azərbaycanın Türkmənistanla siyasi iqtisadi və mədəni münasibətləri son 30 ildə bir çox mərhələlərdən keçib. Biz bu fikri gündəmə gətirərkən hər iki ölkənin strateji partnyorluğunun təmin edilməsində Azərbaycan dövlətinin siyasi iradəsini düşünürük. Məsələ burasındadır ki, Azərbaycan Respublikası Türkmənistan Respublikası ilə əməkdaşlığı həmişə xalqlarımızın tarixi ənənələri, faydalı əməkdaşlığın təmin edilməsi və milli maraqlara cavab verən istiqamətdə qurub. Azərbaycan Prezidenti İlham Əliyevin bu ölkəyə davamlı səfərləri və hər iki ölkənin regional proseslərdə roluna dair qəbul edilmiş qərarlar göstərdi ki, bu istiqamət Azərbaycanın sülh və inkişafa xidmət edən dövlət siyasətinin tərkib hissəsidir. Biz 1994-cü ildən sonra Xəzərin statusunda yaranmış qruplaşmaların Türkmənistan tərəfinə etdiyi təsirlər zamanı hətta Azərbaycanın sülh və əməkdaşlıq üçün səmərəli addımlarını xatırlamalıyıq. Həmin zaman Ulu Öndər Heydər Əliyev tarixi ədalətin və hüquq normalarının Xəzəryanı bölgədə tətbiqini bu ölkəyə bəyan etməsi xarici təsirlərin əməkdaşlığa etdiyi maneələri aradan qaldırmağa yönəlmiş müdrik siyasət idi. Yaxın tariximizə nəzər salsaq bu müdrik siyasətin starteji əməkdaşlıqda, türkmən Azərbaycan xalqlarının tarixi köklərlə bir birinə bağlılığında, geosiyasi tranzit partnyorluğunda dövlət siyasətinin uğurlu nəticələri kimi çox yüksək qiymətə layiq olduğunun təsdiqini və uğurlu nəticələrini görürük. Bütün bu hədəflərə nail olmaq üçün Azərbaycan tərəfinin təşəbbüsü ilə Türkmənistana edilən çoxsaylı səfərlər, dövlət başçıları səviyyəsində aparılan görüşlər həmişə mühüm əhəmiyyət daşıyıb. Mərhələlərlə reallaşan enerji layihələri, Xəzərin statusunun həllinə dair Zirvə görüşlərinin məhz bu ölkədə keçirilməsi isə hər iki dövlətin strateji əməkdaşlğı üçün çox mühüm təcrübənin, siyasi baxımdan anlaşılmaz və açıq qalan məsələlərin həllini şərtləndirdi. Azərbaycan Respublikasının dövlət siyasətinin hər iki xalq üçün çox mühüm əhəmiyyətini açdı. Biz düşünürük ki, bu tarixi zaman Türkmənistan tərəfinə qəbul edilməli həqiqətləri də açıqca göstərdi.
Bu baxımdan 2021-ci ilin yanvar ayının 21-də Azərbaycan və Türkmənistan arasında əldə olunmuş razılığa əsasən uzun illər ərzində mübahisəli yataq kimi qiymətləndirilən "Kəpəz" yatağının adı dəyişdirilərək "Dostluq" yatağı kimi birgə istiamara cəlb olunması haqda razılıq əldə olunmuş daha sonra Türkmənistan və Azərbaycan arasında əlaqələr, eləcə də Türkmənistan təbii sərvətlərinin dünya bazarlarına məhz ölkəmiz tərəfindən çıxarılması ilə bağlı prespektivlər ortaya qoyulmuşdur. 2021-ci ilin noyabr ayında isə iki ölkənin ilkin razılaşmasına əsasən İran vasitəsi ilə Türkmənistan qazının Azərbaycana ötürülməsi və bununda dünya bazarına çıxarılması razılaşdırılmışdır. Bunlar yeni reallıqlarda böyük strateji tərəfdaşlığın və təhlükəsizliyin mühüm əhəmiyyətli tərəfləridir. Ona görə də 2022-ci il 14 dekabrda Azərbaycan Prezidenti cənab İlham Əliyevin Türkmənistana növbəti səfəri çox böyük tarixi əhəmiyyət daşıyır və bu səfər çərçivəsində mühüm məqamlara toxunulması yeni reallıqlar üçün bir yol xəritəsidir. Çünki, bu gün Azərbaycan-Türkiyə münasibətləri xarakter baxımından əslində bütün regionun siyasi və iqtisadi potensialının səmərəli səfərbərliyinə yol açıb. Burada xüsusi vurğulandı ki, Azərbaycan-Türkiyə-Türkmənistan bütövlükdə regionun nəqliyyat xəritəsinin formalaşmasında çox mühüm rol oynamaqdadır. Nəqliyyat logistika sahəsində üç ölkənin əməkdaşlığı hər üçünün maraqlarına cavab verəcək vacib nəticələri ilə şərtlənir. Əgər nəzərə alsaq ki, Azərbaycan Şərq-Qərb, Şimal-Cənub nəqliyyat dəhlizlərinin önəmli iştirakçısıdır, eyni zamanda, Zəngəzur dəhlizinin açılması ilə bağlı artıq dəmir yolu üzrə işlərin 40 faizi, avtomobil yolu üzrə isə 70 faizi gerçəkləşdirilib bu Azərbaycanın təkcə siyasi yox, həm də iqtisadi gücünün qlobal layihələrdəki rolunu bir daha gündəmə gətirir. Cənab İlham Əliyev bununla Azərbaycan, Türkiyə və Türkmənistan arasında önəmli əməkdaşlığa dair sənədləri imzalamaqla bir daha əməkdaşlıq platformasını uzaq hədəflərə tuşlamışdır ki, bu da regionun inkişafına xidmət edən mühüm amildir. Hesab edirik ki, səfər çərçivəsində müxtəlif sahələri əhatə edən 20-dən çox sənədin imzalanması türk dünyasının ciddi şəkildə inteqrasiya olunmasında üç dövlətin iradəsini ortaya qoyan uzagörən siyasətin nəticəsidir.
Sənan Həsənov
YAP Yasamal rayon AMEA Fəlsəfə və Sosiologiya İnstitutu üzrə
ərazi partiya təşkilatının sədri
"Sia.az"