İran dost ölkədirmi?
Eynulla MƏDƏTLİ
AMEA Fəlsəfə və Sosiologiya İnstitutunun
icraçı direktoru, tarix elmləri doktoru,
Fövqəladə və səlahiyyətli səfir
Son həftələrdə qonşu İran İslam Respublikasından ölkəmizə qarşı başladılan “soyuq müharibə” bir sıra gizlin mətləbləri üzə çıxardı. Əslində xalqımıza qarşı qeyri-səmimi münasibət təqribən 100 ildir ki, bu və ya digər şəkildə davam edirdi. Zəifləyib çökməkdə olan Qacarlar dövlətinin paniranist (panfarsist) siyasətçiləri və dövlət adamlarının ilk böyük narahatlığı 1918-ci mayın 28-də tarixi Azərbaycanın şimalında müstəqil Azərbaycan Cümhuriyyətinin yaranması zamanı baş vermişdi.
Burada bir faktı da xatırlatmaq yerinə düşər. 1918-ci ilin sentyabrında Məhəmməd Əmin Rəsulzadə İstanbulda Azərbaycan höküməti adından Azərbaycan Xalq Cümhuriyyətinin yaranması barəsində “İstiqlal Bəyannaməsi”ni İran Konsulluğuna göndərmişdi. Konsulluqda həmin sənədi geri qaytarıb yazmışdılar ki, İran “Azərbaycan adında dövlətin müstəqilliyini tanımır”. Yaxud, 1919-cu ildə Paris konfransında İran nümayəndə heyəti və heyətin rəhbəri, Xarici işlər naziri Əliqulu xan Azərbaycan Cümhuriyyətinə ərazi iddiaları qaldırmışdı, Xəzər dənizində İranın hüquqları barəsində tələblər irəli sürmüşdü. Yalnız bu iddialar rədd edildikdən sonra İran heyəti və onun rəhbəri Əlimərdan bəy Topçubaşovla əməkdaşlıq etməyə başlamış, müxtəlif iş birlikləri təklif etmişdi.
Hələ 1918-ci il mayın 28-də qurulan Azərbaycan Xalq Cümhuriyyətinin adına qarşı çıxan, tarixi Azərbaycanın şimalında müasir demokratik, müstəqil Azərbaycan dövlətinin meydana gəlməsini ağrı ilə qarşılayan İran Şahlıq dövləti yalnız 1919-cu ilin yayında, bir ildən sonra Azərbaycanla əlaqələr qurmağa başladı və 1920-ci il martın 20-də bizim ölkəni tanıdığını bildirdi. Halbuki, bir sıra ölkələr aylar öncə ölkəmizin müstəqilliyini tanımış, diplomatik missiyaların mübadiləsi edilmiş, 1920-ci ilin yanvarında isə Paris Sülh Konfransında müttəfiq dövlətlər Azərbaycanın müstəqilliyini tanımışdılar. Hələ o zaman bolşevik Rusiyası İrana tövsiyə etmişdi ki, Azərbaycanın müstəqilliyini rəsmən (de-yure) tanımasın.
Sonrakı illərdə də, İranda qondarma Pəhləvi sülaləsi zamanında bütün İran xalqı əslində farsların müstəmləkəsi vəziyyətinə salındı. Ölkə üçün saxta tarix yazılmağa başladı. Tarixdə heç vaxt olmayan, iki min il əvvəlin mifik ideyalarından çıxarılan pəhləvilik ingilislərin 1925-ci ildə İran şahlığına oturtduqları, əsli-nəcabəti olmayan Rza xanın hakimiyyətini legitimləşdirmək üçün vasitəyə çevrildi, min il İranı idarə etmiş türkləri “bir dil, bir millət” siyasəti ilə vahid “irani” mənsubiyyəti içərisində əritmək siyasətinə rəvac verildi. XX əsrin böyük milli demokratik hərəkatları olan Məşrutə hərəkatı, Şeyx Məhəmməd Xiyabaninin və Seyid Cəfər Pişəvərinin Cənubi Azərbaycanda qurduqları Milli Hökumətlər qanla boğuldu, repressiya maşını illərlə durmadan çalışdı. 1946-cı ilin dekabrında Azərbaycan Milli Hökuməti şah qoşunları tərəfindən ləğv edildi və on minlərlə azərbaycanlı edam edildi və İranın ucqarlarına sürgün edildi. Minlərlə demokrat bizim Azərbaycana pənah gətirdi. 1979-cu ildə islam inqilabı adı ilə baş verən hərəkat Şahlıq rejiminə son qoysa da, yaranan İslam Cümhuriyyəti elə ilk günlərdən xalqın ona olan ümidlərini puç etdi. İlk növbədə ölkənin bütün mütərəqqi simalarına, o cümlədən Cənubi Azərbaycanın mütərəqqi din xadimlərinə də divan tutuldu.
Eləcə də, 18 oktyabr 1991-ci il tarixində Azərbaycan öz dövlət müstəqilliyini elan edəndən təqribən 5 ay sonra, 1992-ci il martın 12-də Azərbaycan Respublikasını tanıdı və bu sırada 19-cu ölkə oldu. Göründüyü kimi, İranın Azərbaycan siyasəti bu illər boyunca o qədər də dəyişməyib. Dünyada baş verən geosiyasi reallıqlara baxmayaraq, İranda hələ də “Qafqazın 17 şəhərinin İranın mülkü” olduğunu iddia edənlər çoxdur.
2020-ci ilin 9 Noyabr tarixində Azərbaycan Respublikasının qələbə ilə başa çatan Vətən müharibəsindən sonra bu ölkənin Azərbaycana qarşı münasibəti isə əsassız olaraq kəskin dəyişdi. Qələbədən bir qədər sonra Azərbaycan Prezidenti İlham Əliyev Araz çayı üzərindəki qədim Xudafərin körpüsünün üstündən İrana dostluq mesajları göndərmişdi. Yəni İranın Ermənistana hərbi-siyasi dəstəyini dilə gətirməmiş, qonşu ölkəni əməkdaşlığa səsləmişdi. Sağlam məntiqə görə, Azərbaycanın qələbəsinə ən çox sevinən ölkələrdən biri məhz İran olmalıydı. Ən azı ona görə ki, yüzlərlə kilometr müştərək sərhədimiz var, sərhəd boyu bütün İran əhalisi məhz azərbaycanlılardan ibarətdir. Onların min illər boyu yaşadıqları, ölkənin bütün şimal-qərbini təşkil edən geniş bir coğrafiya tarixən də Azərbaycan adlanmış, indi də Azərbaycan adlanır. İranın, demək olar ki, bütün digər əyalətlərində də milyonlarla azərbaycan türkü yaşayır və İran rəsmilərinin də ifadə etdikləri kimi, onlar bu ölkə əhalisinin 40 faizindən çoxunu təşkil edirlər. Bu, Azərbaycan Respublikasının əhalisindən təqribən 3,5 ya 4 dəfə çox deməkdir. Tarixi hadisələrin gedişində, Rus-İran müharibələrinin nəticəsində XIX əsrin ilk rübündə bölünüb bir-birindən ayrılsa da, bu xalq vahid xalqdır. Dili, mənəviyyatı, mədəniyyəti, adət-ənənələri, dini inancı, tarixən formalaşmış coğrafiyası ilə bu bir bütöv xalqdır. Azərbaycan Respublikası ilə münasibətlərdə belə bir mühüm amili İran hakimiyyəti əsla nəzərə almırsa, deməli, oradakı rəsmi dairələrdə sağlam məntiqlə düşünmürlər.
Ölkəmizin vətəndaşlarında İranın siyasəti ilə əlaqədar haqlı suallar doğulur. Məgər Azərbaycanın təcavüzkar erməni ordusunu öz ərazilərindən, o cümlədən 30 il işğalda tutulan Azərbaycan-İran sərhəddindən qovaraq çıxartdığına bizlər qədər sevinən İran azərbaycanlılarının sevinc və coşqusunu, Arazın bu tayındakı soydaşlarına hüsn-rəğbət və mənəvi dəstək göstərdiklərini İran rəsmiləri görmədilərmi? Yaxud, təcavüzkar dövlətə yanacaq, silah-sürsat və başqa ləvazimatlar verərkən sərhəd boyu məntəqələrində sakin olan azərbaycanlıların necə kəskin etiraz hərəkətlərinə əl atdığını unutdularmı?
İranın rəhbərliyinin Zəngəzur dəhlizinin açılmasına çox kəskin reaksiya verməsi də anlaşılan deyil. Axı bu dəhlizin açılması İran-Ermənistan sərhəddini necə poza bilər, İran-Ermənistan əlaqələrinə necə mane ola bilər? Dəhlizlər ölkə ərazisinin tərkib hissələridir, onların mövcudluğu ölkənin suverenliyinin, həmçinin sərhədlərinin pozulması deyildir, bu sadəcə maneəsiz kommunikasiyadır. İranda bu sadə həqiqəti bilməmiş deyillər. Üstəlik, 1940-cı illərdən üzü bəri Bakıdan, Rusiyadan İrəvana qatarlar məhz həmin marşurut xəttindən keçirdi. Moskvadan Tehrana gedən qatarlar məhz bu yolla Culfaya gəlir və İran ərazisinə keçirdi. Bu xətt yalnız 1992-ci ildə, Ermənistanın işğalı nəticəsində bağlanmış və Naxçıvan MR bütün bu illər ərzində blokadada qalmışdı. Deməli, Zəngəzur dəhlizi İran üçün yalnız bəhanədir.
Azərbaycanın Vətən müharibəsində haqlı mübarizəsini geç də olsa, qəbul edən, lakin Ermənistan sərhəddinin İran üçün “qırmızı xətt” təşkil etdiyini bəyan edən İran dövləti rəhbərliyindən soruşmaq haqqımızdır ki, Azərbaycan-İran sərhəddinin 130 kilometri ermənilər tərəfindən işğal ediləndə nə üçün susurdu? Qonşu və böyük dövlət olaraq bircə dəfə sərhəd rayonları olan Füzuli, Qubadlı, Zəngilan işğal ediləndə təcavüzkara işğalı dayandırmaq üçün cağırış, ya xəbərdarlıq etdimi? Bu kimi yüzlərlə suallar yarana bilər. Cavab məlumdur. Ölkənin şimalında müstəqil, inkişaf edən, güclü Azərbaycan dövlətini İran heç zaman istəməmişdir.
Məlum olduğu kimi, 1993-cü ilin iyun ayında ulu öndər Heydər Əliyev Azərbaycan Respublikasının rəhbərliyinə gələndən ömrünün sonunadək qonşu İran İslam Respublikası ilə ancaq və ancaq mehriban qonşuluq və dostluq münasibətlərinin bərqərar olmasına çalışmışdı. Həmin siyasət, daha da əhatəli olmaqla, Prezident İlham Əliyev tərəfindən ardıcıl şəkildə davam etdirilməkdədir. Mehriban qonşuluq naminə bir sıra hallarda bu qonşu ölkə üçün güzəştlərə də gedilmişdir. Azərbaycan dövləti heç bir zaman İranın milli mənafeyinə zərər vuracaq bir addım atmamış, hətta İrana qarşı Qərbin sanksiyalarına baxmayaraq bu ölkə iləillər boyu fəal əməkdaşlıq etmiş, birgə iqtisadi layihələr reallaşdırmış, həm ikitərəfli, həm regional təşkilatlar çərçivəsində enerji, nəqliyyat və sair sahələrdə geniş tədbirlər həyata keçirmişdir.
Ulu öndər Heydər Əliyev hələ Naxçıvan MR Ali Məclisinin sədri olarkən İranla əlaqələrə xüsusi önəm verirdi və 1992-ci ilin avqustunda İrana səfər etmiş, ölkə rəhbəri və digər yüksək rəsmilərlə görüşmüş, o zaman Naxçıvan üçün çox gərəkli olan “Əməkdaşlıq protokolu” imzalanmışdı. Heydər Əliyev Azərbaycanın prezidenti seçiləndən sonra bir neçə dəfə İrana rəsmi və işgüzar səfər etmiş, qonşu ölkə ilə dostluq münasibətləri qurulması üçün səylər göstərmişdi. Həmçinin, İran prezidenti və rəsmi dövlət adamları dəfələrlə ölkəmizdə səfərdə olmuş, müxtəlif əməkdaşlıq məsələləri müzakirə edilmişdi. Gözləmək olardı ki, ölkələrimiz arasında 1992-1993 (iyun) illərdə yaranmış soyuqluq aradan qalxacaq, Azərbaycan Respublikasına İranın münasibətində müsbət dəyişikliklər baş verəcək. Lakin, İrandan ölkəmizin daxili və xarici siyasətinə təsir etmək cəhdləri heç dayanmadı. Azərbaycan dövlətinin İran səfirliyi üçün, həmin ölkənin müxtəlif nümayəndəlikləri və qurumları üçün hər cür şərait yaratmağına baxmayaraq, Azərbaycanın İrandakı səfirliyinə Tehranda indiyədək yer verilməmiş və Səfirlik dəfələrlə icarə etdiyi binaları dəyişməli olmuşdur. 1992-ci ildə imzalanmış razılaşmaya uyğun olaraq İran Naxçıvanda Baş Konsulluğunu açsa da, Azərbaycanın Təbrizdə Baş Konsulluğunun fəaliyyətinə illərlə icazə verməmişdir. Azərbaycan Respublikasının Təbrizə 1996-cı ilin fevralında təyin edilmiş Baş Konsulu (bu sətirləri yazan) beş il əməkdaşları ilə birlikdə Tehranda, Azərbaycan səfirliyində işləməli olmuşdu. Yadımdadır ki, İran tərəfi yüksək səviyyədə təklif edirdi ki, Azərbaycan öz Baş Konsulluğunu Məşhəddə açsın və İran tərəfi də ona hər çür yardım göstərməyə hazırdır. Təcrübə göstərdi ki, bu ölkənin məsul şəxslərinin nəinki bəyanatlarına, heç imzaladığı rəsmi razılaşmalara da bel bağlamaq olmaz.
Ermənistanın işğalçı siyasəti nəticəsində Azərbaycanın əsas hissəsindən təcrid edilən Naxçıvan MR-na iqtisadi yardımlar edən İran uzun müzakirələrdən sonra öz ərazisindən yol açılmasına izn versə də, hava məkanından Naxçıvana uçuşlara imkan verməmişdir. Yalnız son illərdə Azərbaycana bu imkan yaradılmışdı. Yaxud, keçən əsrin 90-cı illərində Azərbaycan dövlətinin Konstitusion quruluşuna müdaxilə etmək, qanunsuz yollarla İranın dini hövzələrinə Azərbaycan vətəndaşlarını “təhsilə” cəlb etmək, sonra onları görəvləndirərək ölkəmizə göndərmək, dini-siyasi partiyalar yaratmaq, xalqın birliyini pozmaq üçün təriqətçilik yaymaq, ölkəmizdə dini mühiti iranlılaşdırmaq, şirnikləndirmə yolu ilə ölkənin ziyalılarını, yaradıcı şəxsləri, dindarları ələ almaq, onları mütəmadi olaraq İranda keçirilən dini-siyasi tədbirlərə dəvət etmək, belə səfərləri və cürbəcür ziyarətləri (Məşhədə və başqa yerlərə) maliyələşdirmək, İran tərəfdən narkotik qaçaqmalçılığına göz yummaq kimi fəaliyyətlər davam etmişdir, indi də belə cəhdlər edilir.
Qeyd etmək lazımdır ki, Azərbaycanda dövlət çevrilişlərinə cəhd edənlərin və günahsız insanların ölümünə səbəb olanların, dövlət adamlarına sui-qəsdlərin təşkilatçı və iştirakçılarının İrana sığınması, orada himayə olunması və onların anti-Azərbaycan fəaliyyətlərinə imkan yaradılması halları Azərbaycan xalqına yaxşı məlumdur. 1990-cı illərdən rəvac tapan bu fəaliyyətlər bu gün də davam etməkdədir.
Azərbaycanın neft-qaz istismarı və ixracı ilə əlaqədar böyük beynəlxalq layihələrinə mane olmaq üçün “Xəzərin Statusu” məsələsini ortaya atan, müxtəlif iddialar qaldıran İranın əsas niyyəti Azərbaycanın inkişafı və güclü dövlətə çevrilməsinin qarşısını almaq, onun İran azərbaycanlıları üçün cəlbedici, nümunə olduğunu əngəlləmək idi. 2001-ci ilin iyulunda Xəzər dənizində geoloji kəşfiyyat işləri aparan “Geofizik-3”, “Əlif Hacıyev” gəmilərinin İranın hərbi təyyarələri tərəfindən təhdid edildi, bu isə oradakı işlərin dayandırılmasına səbəb oldu. Yalnız qardaş Türkiyənin döyüş təyyarələrinin Azərbaycana həmrəylik dəstəyinin səmada nümayişi İran rəsmilərinin coşan ritorikasını və bir qədər sakitləşdirdi.
Yaxud, həmin il Azərbaycan hökümətinin qərarı ilə Dünya azərbaycanlıların birinci qurultayının keçirilməsi, ümumiyyətlə Azərbaycan dövlətinin diaspor siyasəti İranın anlaşılmayan narahatlığını doğurdu. Bir iranlı siyasətşünas hətta yazmışdı ki, öz torpaqlarını işğaldan azad edə bilməyən Azərbaycan Respublikası bütün dünya azərbaycanlılarının necə Vətəni və himayəçisi ola bilər. Belə bir haqq İranın olmalıdır. Yəni, İranda müstəqil Azərbaycan Respublikasının bu tarixi missiyası da şübhə altına salınırdı.
Torpaqlarımızın Ermənistanın işğalı altında olduğu illərdə şəhərlərimizi, kəndlərimizi, bütün infrastrukturu, yerüstü, yeraltı metal konstruksiyaları, tikinti materiallarını, hazır avadanlıqları, bir sözlə istifadə edilə bilən nə varsa talayan ermənilərin ən yaxın bazarı elə İran idi. Azərbaycanlı evlərə, həyətlərə məxsus dəmir darvazaların İranın şəhər və qəsəbələrində satılmasını görməmək mümkün deyildi. Təbii ki, bütün bunlar və bir sıra digər belə faktlar Azərbaycanın müvafiq qurumlarına məlum idi. Lakin, Azərbaycan rəhbərliyi hər zaman təmkin, xoş münasibət sərgiləyir, əməkdaşlıq siyasətinə üstünlük verirdi. Çünki, biz hər zaman həm qonşuluq amilini, həm də bizim üçün çox dəyərli olan Cənubi Azərbaycan amilini nəzərə alaraq bu ölkə ilə münasibətlərimizi qururuq.
Məlum olduğu kimi, Azərbaycan öz yolu ilə gedir və müstəqilliyin 30 ilində böyük və uğurlu bir məsafə qət edilmişdir. Ulu öndər Heydər Əliyevin müdrik siyasəti ardıcıl davam etdirilir, prezident İlham Əliyevin rəhbərliyi ilə nəhəng yerli və beynəlxalq layihələr reallaşdırılır. Prezident İlham Əliyevin bəyan etdiyi kimi, ölkəmizi qarşıdurma deyil, əməkdaşlıq zonasına çevrilmişdir. İran şirkətlərinin işğaldan azad edilmiş bölgələrin yenidən qurulmasına dəvət edilməsi də bu siyasətin tərkib hissəsidir.
Lakin İranda Azərbaycan əleyhinə fəaliyyətlər üçün bəhanə axtarışı indi də davam edir. Prezident İlham Əliyevin Səmərqənddə, Türk Dövlətləri Şurasının sammitində dünyadakı azərbaycanlıların, xüsusilə də İranda, öz tarixi vətənlərində yaşayan Azərbaycan türklərinin təbii haqlarının təmin edilməsinin zəruriliyini və Azərbaycan Respublikasının bu sahədə dəstəyini ifadə etməsi də İranda xoş qarşılanmadı. Bu , əlbəttə gözlənilirdi.
Düşünürük ki, son iki il ərzində Azərbaycan sərhədində bir neçə dəfə irimiqyaslı, müxtəlif qoşun növlərinin qatıldığı döyüş təlimlərinin keçirilməsi, Araz çayının keçilməsinin məşq edilməsi heç də Azərbaycanla İran arasında bağlanmış dostluq və əməkdaşlıq sənədlərinə, xalqlarımızın çoxəsrlik müştərək dəyərlərinə uyğun olmayan fəaliyyətlərdir. Bu şəkildə əzələ nümayişi gərgin daxili qarşıdurmalar, etiraz nümayişləri və iştişaşlarla üzbəüz qalan İran İslam Respublikasına şərəf gətirmir, olkənin heç də xoş olmayan beynəlxalq imicinə də ciddi zərər vurur.
Belə görünür ki, İranda artıq üçüncü aydır ki, davam edən etiraz hərəkatı xalq üsyanına çevrilməkdədir və onun sıralarına əhalinin müxtəlif təbəqələrinin qoşulması İran rəhbərliyini “xarici düşmən ovuna” çıxmaqa vadar etmişdir. Halbuki, biz İranın düşməni deyilik, İranı da düşmən hesab etmirik. İran inqilabının keşikçiləri adlanan SEPAH-ın ölkəmizə ünvanlanan hədə-qorxularına da təmkinlə öz məntiqimizlə cavab veririk. “Qüdsə gedən yol Bakıdan keçir” deyən davakar SEPAH komandanlığı doğrudan da belə qlobal gücə sahibdirmi? Qəribədir ki, bu sözlər İranın Ali Rəhbərinin müşaviri, keçmiş xarici işlər naziri Ə.Vilayətinin , görünür aradakı gərginliyi yumşaltmaq məqsədi güdən bəyanatından (nə qədər qeyri-səmimi görünsə də) az sonra baş verir.
Əgər İran Azərbaycan Respublikasına heç bir səbəb olmadığı halda hücum edərsə, bunun İranda hansı proseslərin başlamasına səbəb olacağını heç düşünürlərmi? XX əsrin birinci yarısında İranda baş verən milli-demokratik hərəkatlardakından: yəni Səttar xanın öndərliyindəki Məşrutə, Xiyabaninin, sonra isə Pişəvərinin rəhbərliyi ilə qurulan Milli Hökumətlərdən fərqli olaraq İranın parçalanması dərhal gündəmə gələr və zəncirvari proses İranın ən azı 5 müstəqil dövlətə bölünməsi ilə bitər. Bütün hərəkatlarda İranın bütövlüyü mövqeyində dayanan və yalnız İran daxilində muxtariyyət əldə etməyə çalışan xalqların bu dəfəki tələbi də fərqli olar. İranda bunu düşünürlərmi? Məncə, zaman gələcək ölkəmizə qarşı bu çür nadancasına iftira atanlar və təzyiq göstərməyə çalışanlar xəcalət çəkəcəklər. Axı müstəqilliyin 30 ilində hər şey qara rəngdə olmayıb, iki ölkə arasında dostluq və əməkdaşlığa dair sənədlər imzalanıb, İran Ermənistanla daha sıx iş birliyində olsa da, hər zaman Azərbaycanın ərazi bütövlüyünü dəstəklədiyini bəyan edib,təqdirəlayiq, ümidverici birgə fəaliyyətlər olub, dövlət başçılarının dəfələrlə intensiv görüşləri olub, hər iki tərəfdən xalqlarımızın və dövlətlərimizin ünvanına xoş sözlər deyilib. Nə baş verdi bəs? İşğalçı Ermənistanın məğlubiyyəti İran üçün nədən bu qədər ağrılı oldu? Cavabı da məlumdur. Bu erməni təəssübkeşliyindən daha çox, Azərbaycanın bu müharibədən daha güclü çıxmasından doğan əndişədir. Düzdür, İranda ermənilərə həmişə hüsn-rəğbət olub, İran rəhbərləri hər zaman vurğulayırlar ki, iranlıları (farsları) ermənilərlə eyni “ ari irqinə”mənsubluq birləşdirir. Bu, əlbəttə cəfəng bir yanaşmadır, həm belə bir “irq” yoxdur, həm də gəlmə olan hər iki xalqı birləşdirən, daha çox onların şovinizmi və böyüklük, qədimlik iddialarıdır.
Azərbaycanın tarixi qələbəsindən sonra isə İran-Ermənistan əlaqələri yeni müstəviyə qaldı. Məsələn, cari ilin 8 ayında İranın Ermənistana ixracatı 37 faiz artmışdır, yəni təqribən 560 milyon dollar artım və bunun 1 mlrd. dollara çatdırılması hədəflənmişdir. Bunu İranın Ermənistandakı səfiri Abbas Bədəxsan Zohuri Zəncandan gələn ticarət nümayəndələri ilə görüşdə demiş və Ermənistanı Avrasiya İqtisadi Birliyi və Avropa Birliyi ilə əlaqələrdə təhlükəsiz və etibarlı körpü adlandırmışdı.
İranda erməni azlığı orta əsrlərdən mövcuddur. İki qədim Sent Stepanos Monastrı və Sent Thaddeus Monastrı Cənubi Azərbaycan ərazisində yerləşir, ölkədə onlarla kilsə, məktəb və digər erməni müəssisələri vardır. Bir sıra universitrtlərdə erməni dili fakültələri fəaliyyət göstərir. Tehrandakı “Ararat” klubu hər zaman bir təxribat mərkəzi olmuşdur. Erməni dilində onlarla mətbuat orqanı yayımlanır. Ermənilər tarix boyunca olduğu kimi, hazırda da ölkəni spirtli içkilərlə təmin edir, müəyyən dairələr üçün könül əyləncələri də təşkil edirlər. Buna görə də sevilirlər.
XVII əsrin əvvəllərində Şah Abbas Culfada yaşayan bir neçə min ermənini ölkənin paytaxtı olan İsfahana köçürəndən sonra digər ölkələrdəki ermənilərin İsfahana axını başladı və ölkədə erməni əhalisi çoxalmağa başladı. Lakin, 1979-cu il çevrilişindən sonra minlərlə erməni ailəsi İranı tərk etdi. Ölkədə təqribən 200 min erməni qaldı ki, onların da İran parlamentinə 2 deputat seçmək haqqı tanındı. İran-İraq müharibəsi illərində və sonralar da ermənilər İrandan çıxmağa başladılar. On ildən çoxdur ki, onların sayı azalıb yüz mindən də aşağı düşdüyünə baxmayaraq , erməni əhalisinin sayı saxtalıqla 100 mindən yuxarı göstərilir və onlar iki deputata sahib olmağa davam edirlər. Onlar əsasən Tehranda yaşasalar da, İsfahanda və Təbrizdə də öz erməni məhəllələrində yaşamaqdadırlar.
Qərbin bir sıra ekspertlərinin fikrincə İran Cənubi Qafqazda Rusiyanın təsirinin azalmasından istifadə edərək Ermənistanda, güc boşluğunu doldurmağa çalışır. 3 dekabr 2022-ci il tarixində İranın Xarici İşlər nazirinin müavini Əli Bağeri Xanı Moskvada rus rəsmiləri ilə görüşdə qeyd etdi ki, İran və Rusiya Qafqaz regionunda yaxşı əməkdaşlıq edirlər. İranla Rusiyanın əlaqələri son aylarda yeni müstəviyə keçmişdir və görünən odur ki, İranın Azərbaycana təzyiq cəhdlərinin də arxasında Rusiya durur. Iki ölkənin hərbi-siyasi əməkdaşlığı həm dərinləşir, həm də təhlükəli xarakter alır. Bu günlərdə İran mediasının məlumatına görə İran rəsmən kütləvi xalq üsyanını yatırmaq üçün Rusiyadan kömək istəyir: həm məsləhətçilər, həm də lazımi geyim, avadanlıq və etirazdağıdıcı vasitələr.
İran dünya ictimaiyyətinin “Öz xalqını öldürməyi və Rusiya tərəfindən Ukrayna xalqının öldürülməsinə kömək etməyi dayandırın!” çağırışına məhəl qoymur. Bu gün, göründüyü kimi öz xalqına amansız divan tutan İran rejiminin əli Ukrayna xalqının da qanına batmışdır.
Noyabrın əvvəllərində ABŞ Dövlət Departamentinin sözçüsü Ned Price “İranın bölgədə çox aşkar təhlükə mənbəyi olduğunu qeyd edərək vurğulamışdı ki, “bölgədə və ətrafında İranın sabitliyə zərər vuran təsirlərinə qarşı qəti mövqe sərgilənəcəkdir.
İran hakimiyyəti xalq üsyanında öldürülənlərin sayını az göstərməyə çalışır. Öldürülənləri terrorist, xarici casus, qiyamçı, əksinqilabçı element kimi qələmə verir. General Əli Hacızadə 300 nəfərin öldürüldüyünü iddia edir. Halbuki, beynəlxalq təşkilatların hesablamalarına görə 17 sentyabrdan bəri İranda 18 min nəfər həbs edilmişdir. Norveçdə yerləşən HRANA qurumunun məlumatına görə 2 dekabr 2022-ci il tarixinədək 2469 nəfər etirazçı və 61 təhlükəsizlik məmuru öldürülmüşdür (İran İnternational, 12 dekabr 2022). Nümayişçilərə divan tutmaq üçün SEPAH-ın təqaüddə olan 1000 nəfər sepahçını yenidən xidmətə çağırdığı, yalnız 300 nəfərin bu təklifi qəbul etdiyi İran mətbuatında yer almışdır.
İran hakimiyyəti ABŞ, İsrail, İngiltərə və Səudiyyə Ərəbistanını bu etiraz hərəkatının arxasında durduqlarını iddia edir, bu proseslərin ölkənin daxili siyasətindən deyil, xarici təsirlərdən qaynaqlandığını göstərməyə çalışırlar.
İndiki şəraitdə qonşu dövlətə tövsiyəmiz budur ki, nə qədər ki, gec deyil, xalqın tələbinə qulaq asıb əməl etsin. Belə olmasa, xalq onsuz da, haqqını əldə edəcəkdir, o zaman daha indiki rejimə İranda yer qalmayacaq. Bədnam əxlaq polisinin ləğv edildiyinin elan edilməsinin heç nəyi dəyişməyəcəyini hər kəs bilir. Əslində bu “əxlaqsızlıq polisi” kimi bədnam ad çıxarıb. 2006-cı ildə Mahmud Əhmədinejatın prezidentliyi zamanında yaradılandan bəri “hicaba düzgün əməl edilməsinə” nəzarət edən bu qurum üzvləri əsl əxlaqsızlıq nümayiş etdirirdilər...
Hələ ki, ölkədə hicab məcburiyyəti ləğv edilməyib, xalqların digər təməl hüquqları təmin edilməyib. Xalqın haqlı tələbləri, Konstitusion hüquqları təmin edilmədikcə proseslərin davam edəcəyi şübhəsizdir. Üstəlik, rejim tərəfindən 17 sentyabrdan bəri tökülən qanların cavabı verilə biləcəkmi? Xalqını gülləbaran edən hakimiyyətin hansı etibarından söhbət gedə bilər? 21 sentyabrda Kərəcdə 6 güllə ilə qətlə yetirilən 23 yaşlı Hədis Nəcəfinin, oktyabrın 14-də Ərdəbildə öldürülən Əsra Pənahinin, oktyabrın 26-da həkim Parisə Bəhməninin və onlarla digər azərbaycanlı qızlarının qanı yerdə qalmamalıdır.
Son günlərdə bildirilir ki, İran ordusunun 100 hərbçisi etirazlara qoşulduğuna görə həbs edilib. Fars news agentliyi bunların 115 nəfər olduğunu yazır. İran prezidenti, Parlament sədri, Məhkəmə hakimiyyətinin başçısı bu məlumatın “əsassız elan etsələr də, bu reallıqdır və get-gedə xalqın müxtəlif təbəqələrinin bu hərəkata qoşulması göz qabağındadır.
Rejimin ölkədə interneti məhdudlaşdırması da bəhrəsini vermir. İranın Baş prokuroru “interneti tamamilə kəsməyi” tələb edir. O, xarici qüvvələrin internet dəstəyini tənqid edir. İrana qarşı hibrid müharibə aparıldığını vurğulayır. Bir sözlə, ölkə qaynar qazana bənzəyir, bu daxili problemləri həll etmək üçün yollar axtarmaq əvəzinə, İranın ruhani rejimi xarici düşmən ovuna çıxıb. Axırı xeyirə calansın!
"baki-xeber.com"