11.12.2022, 07:56 - Baxış sayı: 195

Heydər Əliyev xarizması xalqının tarixi taleyi ilə əbədi vəhdət təşkil edir...


Xalqının xilaskarı

Heydər Əliyev xarizması xalqının tarixi taleyi ilə əbədi vəhdət təşkil edir...Ulu Öndər Heydər Əliyevin siyasi fəaliyyətinin II mərhələsi müstəqilliyimizin itirilməsi təhlükəsi zamanı xalqın təkidli tələbi ilə yeni dövrə qədəm qoydu. Bu dövr çox böyük taleyüklü məsələnin həllini dahi siyasi liderin üzərinə qoymuşdur. Çünki Azərbaycan xalqının tarixində xilaskarlıq missiyası Ümummilli lider daha sonra isə Ulu Öndər anlayışını Heydər Əliyevin xarizmasında elmi əsaslarla tamamlamışdır. Bu xarizma müstəqilliyin təməl prinsiplərində, həm ideoloji həm də siyasi təfəkkürün formalaşması mərhələsini özündə birləşdirib onu yeni mərhələyə çatdırıb. Onun ümummilli miqyası azərbaycançılıq ideologiyası ilə güclü dövlətçilik prinsipinin qarşılıqlı vəhdətində Heydər Əliyev şəxsiyyətinin nəyə qadir olduğunun qısa zamanda reallaşan nəticələrindədir. Tarixdə ideologiyanın siyasi hakimiyyətlə vəhdətinin qısa zamanda effektli olması nadir hadisədir. Bütün bunların öyrənilməsi, tarixi reallığın düzgün dərki, cəmiyyətimizin sosial və siyasi sferasında şəxsiyyətin və ideologiyanın fəaliyyətinin əsaslı şəkildə təbliği bir zərurət olaraq ictimai tələbata çevrilməsi kimi tam əsaslıdır. Bu baxımdan yaxın tariximiz onu göstərdi ki, zəmanəmizin canlı əfsanəsi Ulu Öndər Heydər Əliyevin zəngin irsinin öyrənilməsi ölkəmizin hər yerində xalqımız və xüsusilə gənclərimiz tərəfindən əxz edilməlidir. Bu əslində həm də yeni reallıqların tələbi kimi qiymətləndirilməlidir.
Daha bir vacib məqam odur ki, bu prosesin perspektivi bir tərəfdən Ulu Öndər Heydər Əliyevin Azərbaycan xalqı qarşısında xidmətləridirsə, o biri tərəfdən Azərbaycan xalqının yaşadığı XX və XXI əsrin ən cətin siyasi proseslərinin mahiyyətini açır, obyektiv tarixi şərh etməyə imkan verir.
Bu günkü reallıqlar bir daha sübut edib ki, Heydər Əliyevin dövlətçilik strategiyası bütün istiqamətlərdə öz praktiki nəticələrini təsdiq etdi, Vətən müharibəsinin siyasi-ideoloji nəticələri xalqımızın tarixində Heydər Əliyev mərhələsinin xalqın iradəsi ilə tamlığına yeni reallıqlarla aydınlıq gətirdi. Ona görə də bu həqiqətlərin şüurlarımıza hökm etməsi ilə güclü Azərbaycan dövləti modelinin mahiyyətini açmaq mümkündür.
Vətənpərvərlik məktəbinin banisi və sarsılmaz iradə sahibi
Daha bir istiqamət bizdən tələb edir ki, Ulu Öndər Heydər Əliyevin dövlətçilik fəaliyyətini düşünərkən bu gün bir çox mühüm reallıqları dilə gətirmək vacibidir. Bu reallıqlar onun ideyalarını nəticələri əsasında təhlil etməkdir. Bir məqama toxunmaq yerinə düşür. O çox cəsarətlə deyirdi: Biz doğma torpaqlarınmıza qayıdacağıq. Biz bütün torpaqlarımızı, Kəlbəcərimizi, Şuşamızı işğaldan azad edib inkişaf etdirəcəyik. Bu o zaman idi ki, xalq siyasi aqonioyanın təsirində tam ümidini itirmişdir. Heydər Əliyev dühasının gücü onda idi ki, həmin zaman daxilində xalqın itmiş ümidini özünə qaytardı. Qaldı ki, onun xilaskarlıq missiyasi və bu ümidi doğrultmaq məharəti. Bu ayrıca xarizmanın mövzusudur. Bu ümidi qaytarmaq üçün onun toxunduğu məqama diqqət edək. O dedi ki, “hər bir insan öz ailəsinin, el obasının təəssübkeşi olmalı, onun qayğıları və probemlərinin həlli ilə yaşamalıdır”. Özünün timsalında isə bunu çox mükəmməl izah etdi: “Məni heç bir qüvvə yolumdan döndərə bilməz. Mənə silahla edilən təxribatlar, həyatıma son qoya biləcək hər hansı təhdidlər belə müstəqil Azərbaycan uğrunda mübarizəmdən döndərə bilməz”. Bu Heydər Əliyev dühasının gücü idi ki, xalqın iradəsi ilə liderin iradəsinin vəhdətini ortaya qoydu. Bu gündən baxarkən nədir burada elmilik. Heydər Əliyev siyasi iradəsi ideologiyanın milli gücə necə sahib olmasının çox mükəmməl nümunəsini yaradıb və onun alternativi olmadığını sübut edib. Bu siyasi varisliyin İlham Əliyev dövrü sübut etdi ki, bütün qələbələrin kökü buradadır. Bu mühakimələr dahi siyasi xadimin əbədiyaşarlığını elmi əsaslarla bizə təsdiq edən və bizdən bu irsin əhəmiyyətini gələcək nəsillərə çatdırılmasının məsuliyyətini dərk etməyimizi qarşıya qoyub.

Sənan Həsənov
Siyasi elmlər üzrə fəlsəfə doktoru, dosent
YAP Yasamal rayon Təşkilatı, AMEA Fəlsəfə və
Sosiologiya İnstitutu Ərazi Təşkilatının sədri