09.12.2022, 06:24 - Baxış sayı: 186

Professor İlham Məmmədzadə beynəlxalq elmi konfransda iştirak edib


Professor İlham Məmmədzadə beynəlxalq elmi konfransda  iştirak edibDekabrın 8-də UNESCO üzrə Azərbaycan Respublikasının Milli Komissiyası, Dövlət Turizm Agentliyi, ICOMOS Azərbaycan Milli Komitəsi, ICOM Azərbaycan Milli Komitəsi və ADA Universitetinin İnkişaf və Diplomatiya İnstitutunun birgə təşkilatçılığı ilə “Mədəni sərvətlərin qorunmasında UNESCO konvensiyalarının rolu və onların tətbiqinin təkmilləşdirilməsinin aspektləri” mövzusunda beynəlxalq elmi konfrans keçirilib.
Açılış mərasimindən sonra elmi konfrans panel sessiyalarla davam edib.
Konfransda digər qonaqlarla yanaşı AMEA Fəlsəfə və Sosiologiya İnstitutunun baş direktoru f.e.d., professor İlham Məmmədzadə də iştirak edib. “Azərbaycanda mədəniyyətin qorunub saxlanılması probleminin fəlsəfəsi” mövzusunda məruzə ilə çıxış edib.
Konfransın yekununda mədəni irsin mühafizəsi sahəsində mövcud beynəlxalq sənədlərin tətbiqinin təkmilləşdirilməsi istiqamətində müvafiq tövsiyə və təkliflər paketinin hazırlanaraq UNESCO-ya təqdim olunması nəzərdə tutulur.
Professor İlham Məmmədzadə beynəlxalq elmi konfransda  iştirak edib