“Azərbaycan mütəfəkkirləri zamanın kontekstində hermenevtik təcrübələr” adlı kitab nəşr edilib

AMEA Fəlsəfə İnstitutunun Elmi Şurasının qərarı ilə çap olunan kitabda dahi Azərbaycan mütəfəkkirləri – Nizami Gəncəvi, M.F.Azundzadə, M.Ə.Sabir, N.Nərimanov və Ü.Hacıbəyovun təkrarolunmaz özəlliklərə malik mürəkkəb, geniş vo çoxçalarlı fikir dünyasına müraciətlə fəlsəfənin bir sıra ənənəvi və müasir aktual nəzəri problemləri əbədi zaman, keçmişlə indinin görüşü kontekstində orijinallığının üzə çıxarılmasında hermenevtikanın fəlsəfi metodologiya kimi böyük potensialı nəzərə çatdırılır. Monoqrafiya mənəvi irsimizə müəllifin yeni baxış və yanaşmasını əks etdirir.
Kitabın elmi redaktoru fəlsəfə elmləri doktoru, professor İlham Məmmədzadədir.