18.11.2022, 09:26 - Baxış sayı: 872

Professor İlham Məmmədzadə “Türk Xalqlarının Fəlsəfi Cəmiyyəti” adlı onlayn konfransda iştirak edib


Professor İlham Məmmədzadə “Türk Xalqlarının Fəlsəfi Cəmiyyəti” adlı onlayn konfransda iştirak edib18 noyabr 2022-ci ildə fəlsəfə elmləri doktoru, professor Tursın Qabitovun 75 illiyi ilə əlaqədar “Türk Xalqlarının Fəlsəfi Cəmiyyəti” adlı onlayn konfransı keçirilib.
Konfransda AMEA Fəlsəfə və Sosiologiya İnstitutunun baş direktoru, f.e.d., professor İlham Məmmədzadə da iştirak edib. Professor “Azərbaycan fəlsəfəsi” mövzusunda məruzə ilə çıxış edərək Azərbaycan fəlsəfəsi, onun yaranması və inkişafı haqqında ərtaflı məlmumat verdi.
Atılan bu addımın tük xalqlarının fəlsəfəsinin bir-birinə inteqrasiya olunması baxımından müsbət qiymətləndirib: “Düşünürəm ki, bu çox müsbət bir addımdır və bu kimi elmi tədbilər daha sıx keçirilməlidir. Bunun sayəsində də xalqlarımız bir-birinin fəlsəfəsi haqqında yaxından tanış olma imkanı əldə edə biləcək”.