17.11.2022, 11:35 - Baxış sayı: 504

“Müasir fəlsəfə, süni intellekt və qeyri-səlis məntiq” adlı monoqrafiya işıq üzü görmüşdür


“Müasir  fəlsəfə, süni intellekt və qeyri-səlis məntiq” adlı monoqrafiya işıq üzü görmüşdürAzərbaycan Milli Elmlər Akademiyası Fəlsəfə və Sosiologiya İnstitutunda İlham Məmmədzadə, Əbülhəsən Abbasov, Əli Abasov, Füzuli Qurbanov və Arif Bünyatovun müəllifliyi ilə “Müasir fəlsəfə, süni intellekt və qeyri-səlis məntiq” adlı monoqrafiyası (Bakı, “Elm və təhsil” 2022, 364 səh. ) işıq üzü görmüşdür.
Müəlliflər monoqrafiyada Süni intellektin fəlsəfi reaksiyası aspektində olan bir çox problemlərə kreativ yanaşaraq sanballı tədqiqatlar aparmışlar. Süni intellekt və qeyri-səlis məntiq haqqında bir çox məsələlər təhlil olunmuş və müasir fəlsəfədə bu problemlərə yeni yanaşmalar analiz və tədqiq edilmişdir. Odur ki, Azərbaycan filosofları monoqrafiyadakı tədqiqatlarında həmin problemlərin vurğulanan istiqamətdə hərtərəfli tədqiqatların daha da genişləndirilməsinin və dərinləşdirilməsinin zəruriliyini göstərmişlər.
Monoqrafiyanın rəyçiləri Türkiyədən fəlsəfə elmləri doktoru, professor Kərəm Kara-Bulut, Rusiyadan fəlsəfə elmləri doktoru, professor - Taxir Maxamatov və texnika elmləri doktoru, professor Vaqif Qasımovdur.
Redaktoru isə Qabil Camalovdur.