“Ümumdünya Fəlsəfə Günü”nə həsr olunmuş beynəlxalq konfrans keçirildi
Bu gün AMEA Fəlsəfə və Sosiologiya İnstitutunda “Azərbaycan fəlsəfəsi və universal dəyərlər” mövzusunda Beynəlxalq elmi konfrans keçirildi.
YUNESKO-nun təsis etdiyi “Ümumdünya Fəlsəfə Günü"nə həsr olunmuş konfransda Azərbaycan alimləri ilə yanaşı, Əlcəzair, Bolqarıstan və Mərakeşdən olan alim və mütəxəssislər iştirak edirdilər.
Tədbiri giriş sözü ilə açan İnstitutun baş direktoru, fəlsəfə elmlər doktoru, professor İlham Məmmədzadə hər il ənənəvi olaraq keçirilən konfransın əhəmiyyətindən danışaraq, AMEA-nın prezidenti akademik İsa Həbibbəylinin təbrikini tədbir iştirakçılarına çatdırdı. Bu gün münasibətilə hər il Azərbaycanda fəlsəfə elminin inkişafına töhfə verəcək beynəlxalq konfransların təşkil edildiyini bildirən İ.Məmmədzadə fəlsəfə elminin öyrənilməsinin, fəlsəfi biliklərin cəmiyyətin mənəvi saflığının və sabitliyin qorunmasındakı rolundan danışmış və maarifçiliyin geniş inkişaf etdirilməsində fəlsəfənin rolunun zəruriliyini də vurğulayıb.
Fəlsəfənin problemlərinə diqqət çəkərək bu istiqamətdə bir sıra işlərin həyata keçirilməsinin vacibliyini qeyd etdi. Fəlsəfə və ideologiya haqqında danışan İlham Məmmədzadə fəlsəfəni ideologiyasız və ideologiyanı da fəlsəfəsiz təsəvvür etməyin mümkün olmadığını bildirdi.
Tədbirdə, həmçinin Fəlsəfə və Sosiologiya İnstitutunun şöbə müdiri, AMEA-nın müxbir üzvü Könül Bünyadzadə “Fəlsəfə və müasirlik”, Əlcəzair Elmi Araşdırmalar Mərkəzi, YUNESKO-nun eksperti, f.e.d., professor Uiza Gallez “Əlcəzairdə fəlsəfə: siyasiləşmiş tarix”, Bolqarıstan Elmlər Akademiyası, Fəlsəfə və Sosiologiya İnstitutu, f.e.d., professor Bogdana Todorova Şərq və Qərb arasında dialoqun inkişafı haqqında Azərbaycan fəlsəfi ideyaları”, AMEA Fəlsəfə və Sosiologiya İnstitutu, f.e.d., professor Rəna Mirzəzadə “İlham Əliyev strategiyasında universal dəyərlərə baxış”, Bolqarıstan Elmlər Akademiyası, Fəlsəfə və Sosiologiya İnstitutu, f.e.d., dosent Albena Nakova “Müasir bolqar cəmiyyətində dəyərlərin dinamikası”, f.e.d., professor Əbülhəsən Abbasov “Müasir islahatların ümumfəlsəfi əsasları”, Mərakeşin Azərbaycanda sabiq səfiri, siyasi.e.d. Hami Hassan “Xüsusiyyətçilik və universalizm: istəklə düşünmək və universal dəyərləri həqiqətdə həyata keçirmək”, f.e.d. Arzu Hacıyeva “Azərbaycan fəlsəfə tarixi elminin başlanğıcında: bəşəri dəyərlər prizmasından baxış”, f.e.d., professor Azər Mustafayev “Abbasqulu aga Bakıxanovun fəlsəfi irsi Zakir Məmmədov yaradıcılığının prioritet istiqamətlərindən biri kimi” mövzularda məruzələr dinlənildi, f.e.d., professor Rəbiyyət Aslanova və f.ü.f.d. İradə Zərqanayeva çıxış edərək Fəlsəfə Günü münasibəti ilə fikirlərini bölüşdülər.