Heydər Əliyevin ideya irsi və maarifçi vətənpərvərlik
İlham Məmmədzadə
Fəlsəfə elmləri doktoru, professor
Fəlsəfə və Sosiologiya İnstitutunun direktoru
(Ümummilli liderin 100 illiyinə həsr olunur)
Biz 44-günlük müharibədə Ermənistan üzərində qələbə çaldıqdan sonra aydın oldu ki, bugünkü dünyada yalnız güclü liderlər xalqla birlikdə ən böyük uğurların qazanılmasını təmin edə bilər. Həm də ki, bizim uğurlarımızın əsasını Heydər Əliyevin ideoloji irsi və onu düzgün dərk etməyimiz təşkil edir. Keçmişlə müasirlik arasındakı məhz bu cür uyğunluq nailiyyətlərimizin rəhnidir. Ümummilli Liderin irsi yalnız vətənpərvərliyin tərbiyəsi deyil, həm də işin, fəaliyyətin təşkil edilməsi, hər bir çətinliyin həlli və aradan qaldırılmasına istiqamətləndirmə nümunəsi kimi təsir qüvvəsinə malikdir. Fikrimizcə, müharibədən sonrakı hadisələr, xüsusən Ermənistandakı qisasçılıq meylləri, Ukrayna, Rusiya və NATO arasında baş verənlər göstərir ki, təkcə irs və vətənpərvərlik deyil, həm də onların bizim üçün nə dərəcədə müasir olması və ölkənin inkişafına xidmət etməsi önəmlidir. Ölkə Prezidenti İlham Əliyevin Cənubi Qafqaz, Qarabağ və Azərbaycanın inkişafı üzrə planları, Şuşa Bəyannaməsi, türk sivilizasiya birliyinin möhkəmləndirilməsi ölkəmizin inkişafının mütərəqqi olduğunu, onun yaxın dövlət və regionları da inkişafa cəlb etdiyini göstərir. Geosiyasətin müasirliyinin və çağdaş fəlsəfəsinin mahiyyəti bundan ibarətdir ki, inkişaf başqalarının hesabına deyil, onlarla əməkdaşlıqda həyata keçirilməli, ölkədən bölgəyə, qonşu regionlara və daha uzaqlara yönəlməlidir. Bu konsepsiya və onun gerçəkləşdirilməsi təcrübəsi Heydər Əliyev tərəfindən ərsəyə gətirilib, onun ideoloji irsinin əsas hissəsini təşkil edib və ölkəmiz onlara əməl edir.
Müasir ideologiyamızın əsasları Heydər Əliyevin irsində qoyulub
Bu əsaslar, ilk növbədə, tarixi yaddaşın bir qismi kimi onun irsində, vətənpərvərliyində və həm də onun ideyalarının artıq yeni şəraitdə rasional təfsir və inkişaf etdirilməsində öz əksini tapıb. Yeni şərait məsələsi əsla sadə nəsələ deyil. Dünya dəyişir və getdikcə daha sürətlə başqalaşacaq. Heydər Əliyevin ideyaları keçmişlə indini birləşdirən ideologiyamızın mahiyyəti və mənasını təşkil edir və vətəndaşların biliyə, elmə və həyata şövqlülüyünün dərin səbəblərini aydınlaşdırır. Fəqət zəmanəmiz hər an başqalaşır, bu təkcə siyasətdə deyil, elmdə də dəyişikliklərin, yeni iqtisadi modellərin yaranması deməkdir və onları yenidən mənalandırmaq və irsə yeni münasibət göstərmək zəruridir. Başqa sözlərlə, vətənpərvərliyin necə olmalılığını, cəmiyyət və dövlətin inkişafı üçün hansı yeni ideyaların lazımlılığını aydınlaşdırmadan inkişaf edən, yeni biliklərə əsaslanan cəmiyyət qurmaq, gələcəkdə qələbələrə nail olmaq mümkün deyil. Bugünkü qələbə və uğurların yeni müvəffəqiyyətlərə doğru aparması üçün indinin gələcəkdə necə olacağı və keçmişdən nə ilə fərqləndiyi barədə düşünmək gərəkdir.
Bu tezis heç də hamı tərəfindən və heç də hər yerdə qəbul edilmir. Lakin başqa ölkələrin, məsələn, bütün Avropanın, ABŞ-ın, hətta Çinin tarixinə nəzər salsaq, etiraf etməli olacağıq ki, vətənpərvərlik və ideoloji irs olmadan hətta rəqəmsallaşma və süni intellekt əsrində inkişafı təsəvvür etmək çətindir, amma bu dövrdə vətənpərvərlik başqalaşır, bəlkə də rasional-texnoloji olur. Bax bu dəyişikliklərin mənasını anlamağa Ümummilli Liderin vətənpərvərliyi kömək edir və irsə bu prizmadan baxmaq lazımdır .
Məlum oldyğu kimi, Heydər Əliyev həm sovet dövründə, həm də müstəqillik illərində öz ölkəsinin vətənpərvəri olub. Onun patriotluğu bəzən, Sovet dövründə olduğu kimi, ölkən ziyalılarını kommunist universalizmindən qorumaq lazım gəldikdə himayə xarakterli, Azərbaycanın iqtisadiyyatını inkişaf etdirmək, onun maraqlarına rəvac vermək və sonra, 90-cı illərdə, müharibə getdiyi və Vətəni ölkənin ərazi bütövlüyünə qəsd etmiş düşməndən qorumaq lazım olduğu üçün isə müəyyən mənada fəal idi.Onun vətənpərvərliyi həmişə maarifçi, biliyə, müasir elm və mədəniyyətin nailiyyətlərinə hörmətə əsaslanmış, cəmiyyətin tərəqqisinə yönəlmiş, amma başqa ölkə və xalqlara nifrətdən uzaq olmuşdur.
Onu da anlamaq lazımdır ki, o zaman yalnız düşməndən deyil, həm də qloballaşmanın universalizmindən, avrosentrizmdən, ikili standartlardan qorunmaq lazım gəlirdi. Yəni bilik əldə etmək, xarici dilləri öyrənmək, başqa xalqların mədəniyyətini bilmək, lakin bu biliklərdən öz maraqlarını müdafiə etmək üçün yararlanmaq lazım idi. Həmin illərdə onun vətənpərvərliyi, zəkasının qüdrəti və nüfuzu ciddi sınaqlardan uğurla keçdi, onlara tab gətirdi, yəni Azərbaycan möhkəm dayandı. “Əsrin müqaviləsi” imzalandı, iqtisadiyyatımız və ordumuz yaradıldı, ölkənin yeni Konstitusiyası qəbul edildi və xeyli başqa işlər görüldü. Bizcə, bu zəhmətin əsasında vətənpərvərlik, Azərbaycan xalqına, onun təbii sərvətlərinə ümid və inam dayandığı aydındır.
Heydər Əliyevin patriotluğunun çoxşaxəliliyi onun mənəvi irsinin mahiyyətini, inkişafımız üçün əhəmiyyətini vicdanla dərk etməyə çalışan tədqiqatçılarn bir çox əsərlərində göstərilib. Onun irsini təhlil edərkən Ümummilli Liderin gənclərə, yəni konkret gələcəyə, başqa sözlə, indinin gələcəyinə diqqətini xüsusi qeyd etmək istərdik. Gəncliyə diqqət yalnız böyüyən və inkişaf edən nəslə rəğbətlə yanaşmaq deyil, həm də onların şüuruna təsir etmək, ölkəni yeniləmək, müasirləşdirmək təşəbbüsü deməkdir. Ümummilli Lider yaxşı bilirdi ki, şüuru yalnız təlimlə, müasir biliklərə yiyələnməklə, ən qabaqcıl texnika və texnologiyalardan istifadə etməklə, həm də şəxsi nümunə ilə dəyişdirmək mümkündür.
Heydər Əliyevin vətənpərvərliyi haqqında
Əlbəttə, vətənpərvərlik özlüyündə dəyişkən fenomendir, amma o da aydındır ki, onsuz dövlət və cəmiyyətin inkişaf etməsi mümkün deyil. Təbii ki, müstəqilliyimizin təşəkkülünün ilk illərində patriotluq indikindən bir qədər seçilirdi. O, əvvəllər də, məsələn, Həsənbəy Zərdabi və M.F.Axundzadə, Nəriman Nərimanov dövründə bu gün olduğundan təvafütlü idi və fəlsəfə elə bunun üçündür ki, biz məhz nələrin bu qədər müxtəlif dövr və parlaq şəxsiyyətləri birləşdirdiyini və fərqləndirdiyini anlayaq.
Görkəmli şəxsiyyətlərin və indiki halda Ümummilli Liderin iradə və zəkası, onun şəxsi vətənpərvərliyi, vətəndaşları Vətən və dövlətin müdafiəsi ideyası ətrafında birləşdirə bilməsi vətəndaşların fikir ayrılığından daha önəmli idi. Xatırladaq ki, o, azərbaycanlı olmağı ilə fəxr etdiyini bəyan etmişdi. Bu gün çox adam da bunu təkrarlayaraq azərbaycanlı olduğundan qürur duyduğunu deyir. İndi qələbədən sonra çoxları haqlı olaraq bununla fəxr edir, ancaq Liderin çətin illərdə Vətənlə fəxr etdiyini deyərək məsuliyyəti öz üzərinə götürdüyünü dəyərləndirmək gərəkdir. Mahiyyət etibarı ilə, bu, artıq yüksək missiyadır: ondan çox şeyin asılı olduğu, dahilik vergisi verilmiş insan bunu bəyan edəndə əsrlər boyunca örnək olur.
Azərbaycan vətəndaşları vətənpərvərdirlər. Hər növ sosioloji sorğu göstərir ki, müstəqil dövlətimiz, onun ərazi toxunulmazlığı bizim üçün ən önəmli dəyərdir. Ancaq patriotluğun fərqli ola bilməsini anlamaq daha çətindir. O, həm birləşdirə, həm də ayıra bilər, istedadlı alimlər, incəsənət xadimləri və müəllimlərin köməyi ilə, nəsillər arasında etimad, dialoq mühiti yaratmaqla cəmiyyəti, onun iqtisadiyyatı və mədəniyyətini inkişaf etdirə, fəqət həm də mədəniyyəti anklavlığa və hətta cırlaşmağa məhkum edə bilər. Buna oxşar vəziyyəti biz öz tarixini mifləşdirən, uydurma tarixlə ört-basdır edilmiş barbarlığa haqq qazandıran qonşularımızda görürük.
Əlbəttə, vətənpərvərlik təəssürlər, hisslər, poeziya və musiqi ilə bağlıdır. Duyğu və emosiyaların tərbiyəsi gözəl işdir. Ancaq vətənpərvərlik təkcə hisslər deyil, həm də müəyyən bilik, məntiq, prosesləri qabaqcadan görmək duymaq bacarığı və ehsası ehtiva edir. Ümummilli Liderin vətənpərvərliyi məhz belə idi. Yəqin ki, buna görə də cəmiyyətdə gənc nəsildə vətənpərvərliyin təşəkkülü və tərbiyəsi üçün lazım olan məna, fəlsəfə və dəyərlərlə, yüksək davranış standartları ilə dolu ideya və biliyin lazım olmasının anlayışı formalaşır.
Dövlət, cəmiyyət və ölkənin keçmişi, bu günü və təhlil edilə bilən yaxın gələcəyi haqqında biliklərə əsaslanan (Təməlinə dövlət, cəmiyyət və ölkənin keçmişi, bu günü və təhlil edilə bilən yaxın gələcəyi haqqında biliklərin qoyulduğu patriotluq artıq biliklərə söykənən, maarifçi vətənpərvərlikdir. Görkəmli şəxsiyyətlərə, liderlətə gəldikdə bu cür patriotluqda istedadlı insanlara qayğı ilə yanaşma xüsusi yer tutur. Adi insanlar arasında paxıl, rəqabətə dözümsüz və s. bu kimi mənfi sifətləri olanlara çox rast gəlmək olar. Bu kontekstdə xatırlatmaq istərdik ki, Ümummilli Liderimiz yalnız biliyin əhəmiyyətini çox yaxşı bilməsi ilə deyil, həm də istedadlara, alimlərə, sənət adamlarına və s. xüsusi hörmət bəsləməsi ilə başqalarından fərqlənirdi. Belə ki, 1993-cü ildə, Azərbaycanın müstəqilliyinin taleyi təhlükə altında olan zaman, hakimiyyətə qayıtdıqdan sonra Heydər Əliyevin ilk baş çəkdiyi qurumlardan biri də Azərbaycan Elmlər Akademiyası oldu. O, əvvəllər də elmə bu cür münasibət bəsləyirdi və onu ömrünün sonuna qədər də saxladı. Əlbəttə, söhbət ondan getmir ki, güya elm yenilənməməli və onda islahatlar aparılmamalıdır, amma onsuz inkişaf da ola bilməz.
Yeri gəlmişkən, inkişaf haqqında. Heydər Əliyevin bütün fəaliyyəti, siyasi kursu, qəbul etdiyi qərarlar Azərbaycanın inkişafı ilə bağlı idi. Qeyd etmək lazımdır ki, onun bu münasibətində ictimai elmlərə və hər şeydən əvvəl, fəlsəfəyə, əxlaqi ənənələrə, tarixə xüsusi yanaşma özünü göstərirdi. Onun etika və əxlaqa böyük maraq göstərməsi, onların problemləri ilə bağlı konfranslar keçirməsi, hələ sovet illərində məşhur alimləri Bakıya dəvət etməsi yaxşı yadımızdadir.
Ümummilli lider tarixçiləri, şərqşünasları şəxsən tanıyır, onların əsərləri ilə maraqlanırdı. Sosiologiya və siyasi elmləri ölkəmizin bütün ictimai elminin inkişafı üçün zəruri hesab edərək onları bizim Fəlsəfə İnstitutunun çərçivəsində inkişaf etdirməyi vacib sayırdı. Onun 2002-ci ildə İnstitutun yenidən təşkili ilə bağlı məlum qərarını, onun sosiologiyaya göstərdiyi diqqəti xatırlayıram. O, hamıdan çox əmin idi ki, inkişaf üçün diskussiyalar, müxtəlif mövqelərin toqquşması və s. gərəkdir. Biz filosoflar yaxşı xatırlayırıq ki, o, hələ sovet illərində alimlərimizi SSRİ-nin ən yaxşı elmi qurumlarında keçirilən konfranslarda iştirak etməyə çağırır, gənc əməkdaşlarımızı Moskvaya və ittifaqın digər şəhərlərinə aspiranturaya, doktoranturaya göndərilməsini zəruri hesab edirdi.
Müstəqilliyimiz bərpa edildikdən sonra elmin inkişafı üçün Rusiyanın elmi təsisatları ilə əlaqələrin kəsilməməsini, eyni zamanda, dünyanın ən yaxşı elmi mərkəzləri ilə əlaqələrin inkişaf etdirilməsini vacib sayırdı. Xarici olkələrin ali məktəblərinin məzunlarına diqqətini göstərdiyini xatırlayıram. Geyd edək ki, onun bu siyasəti ölkənin indiki rəhbərliyi tərəfindən uğurla davam etdirilir. Belə ki, biz konfranslarımızdan təkcə bir çox illər ərzində dünyanın tanınmış alimlərinin, Nobel mükafatı laureatlarının iştirak etdiyi Bakı Beynəlxalq Humanitar Forumunu xatırlatmaq kifayətdir. Ölkənin Birinci Vitse-Prezidenti, Birinci Xanımının bu istiqamətdə olduqca çox işlər gördüyü xüsusilə qeyd edilməlidir. Bütün bunlar onu göstərir ki, ideoloji irs nəinki yaşamaqdadır, həm də yeni dövr və imkanlara uyğun olaraq yeni çalarlar, istiqamətlər kəsb edir.
Beləliklə, Umumilli Liderin biliklə, xüsusi humanist şüurla birləşməyə qadir olan vətənpərvərlik hissinin xüsusi xarakteri və hətta unikallığı tam aşkardır aydındır.
Bir təəssür və hiss kimi vətənpərvərlik təhrifedici təsir göstərə bilər. Ayrıca bir insanda da başqasına rəğbət onun əksinin, yəni mənfi münasibətin təzahürü ilə nəticələnə bilər. Etiraf etmək lazımdır ki, başqa xalqların tarixində dəfələrlə Vətənə məhəbbət, öz xalqına şəfqət, öz doğma mədəniyyətinə, dilinə heyranlıq yadlara nifrətə, onların sıxışdırılmasına və məhv edilməsinə çevrilib. Bununla belə, etiraf etmək lazımdır ki, belə patriotluq müəyyən dərəcədə, ənənəvi xarakter daşıyır və müdafiə, hərbi münasibətlər kontekstinə uyğundur. Bu, bizə 90-cı illərin əvvəllərində, hərbi əməliyyatların qızğın vaxtında, ermənilərin bizə hücumu zamanı lazım idi. Dövlət nöqteyi-nəzərindən o dövrdə əhalinin vəzifəsi düşmənə nifrət bəsləmək, işğalçının təcavüzünü, onun irsimizə hücumlarını dəf etməyə, mədəniyyət abidələrimizin dağıdılmasının qarçısını almağa və s. hazır olmaq idi. Və iddia etmək olmaz ki, bu cür vətənpərvərlik artıq tükənib. Amma qeyd etmək lazımdır ki, düşmənə münasibət son həddən kənara çıxmamalıdır, yəni düşmənə münasibətdə belə ölçü olmalıdır. Bu həddi biz müharibə zamanı, bizə qarşı törədilən sonrakı təxribatlar vaxtı göstərdik. Həmin ölçünü təyin etməkdə bilikləlr və mədəniyyət, eyni zamanda, nəciblik kimi keyfiyyət sifət də öz rolunu oynamalıdır. Heydər Əliyevin bir çox müasirləri ona xas olan alicənablığı qeyd edirlər. Yeri gəlmişkən, bu, ölkə Prezidentinin siyasətində də davam etdirilir. Diqqət yetirək ki, o, qələbədən dərhal sonra öz müsahibələrində, əslində, obrazlı desək, məğlub olmuş düşmənə kömək əlini uzadır. Cənubi Qafqazın inkişafı Ermənistanın da iştirakını nəzərdə tutur, hələ də revanşist qisasçılıq şüuruna malik rəqibin bunu anlamaması başqa məsələdir.
Vətənpərvərlin bu cür başa düşülməsi, onun maarifçilik, bilik və alicənablıqla birləşdirilməsi nisbətən yaxın çağda yaranmışdır. Belə ki, məsələn, məşhur fransız yazıçısı E.Zolya vaxtilə antisemitizmi pisləyərək Dreyfusu müdafiə edirdi, lakin bir çox ölkələrdə belə patriotluğun cəmiyyət üçün əhəmiyyəti yalnız ХХ əsrdə və təəssüf ki, insanların yalnız bir qismi tərəfindən dərk olunmağa başlayıb. Bu, bir qayda olaraq, izolyasionizmin başa çatması, qlobal proseslərə qoşulma ilə əlaqədardır: bu zaman vətənpərvərlik artıq müharibə dilində ifadə olunmur, o, iqtisadiyyat, elm və mədəniyyətin inkişafındakı qüvvətli sıçrayış, təhsil sistemində ciddi dəyişikliklər nəticəsində yaranır və s. Təəssüf ki, çox vaxt qloballaşma milli hisslər və emosiyaların həm yüksəlişi və həm də əksinə, inkarını, ifrat qlobalizmi, ayrı-ayrı dövlətlərin mənafeyinin inkar edilməsini, imperializmə ümid bəslənməsini doğurur. Lakin Ümummilli Liderimiz ona əsaslanırdı ki, bizim inkişafımız başqa mədəniyyətlərin inkişafı, biliklərə yiyələnmək, adət-ənənələrin qorunub saxlanması, rasionalizmlə (əqlə və idraka əsaslanma) ilə sıx bağlıdır.
Bəli, bəzən patriortluq təhlükəli də olur və vətənpərvərlik nəğməsi (Bob Fossun “Kabare” filmini xatırlayaq) millətçiliyə, ksenofobiyaya, faşizmə çevrilə bilər ki, bu da təkcə Holokost, əsir düşərgələri deyil, həm də Ermənistanın Azərbaycana təcavüzü, Xocalı soyqırımı ilə nəticələnir. Fəqət vətənpərvərlik olmadan poziriv bir şey yaratmaq mümkün deyil. Nəticə etibarı ilə dünyanın ən inkişaf etmiş ölkəsi olan ABŞ-ın nailiyyətləri özünəməxsus Amerika vətənpərvərliyinə söykənirr. Məşhur amerikalı alimlərdən biri Amerika millətçiliyi və patriotluğu haqqında yazır ki, bu, özünü misilsiz dərəcədə öz ölkəsi ilə eyniləşdirmək deməkdir. Belə vətənpərvərliyin təməlində bəzən cəmiyyətin bütün etnosları və qruplarına qarşı tolerant, məntiqə uyğun milli siyasət, hər bir vətəndaş və ilk növbədə, sahibkarlar üçün böyük imkanlar, elm və texnologiyaların inkişafı üçün nəhəng imkanlar yerləşir, yəni, bu zaman vətənpərvərlik zəka və uğur əldə etmək imkanı ilə ayrılmaz şəkildə bağlıdır. Bu patriotluğun çox vaxt başqa ölkələrin təbii sərvətləri, onların istismarı üzərində qurulması isə başqa bir məsələdir.
Qələbə və müasir vətənpərvərlik haqqında
Ümummilli Liderin işini yaradıcı surətdə davam etdirən İlham Əliyevin prezidentliyi dövründə respublikada sosiomədəni və iqtisadi modernləşmə başlandı və bu, qələbəni təmin etdi. Təbii ki, onun iradəsi və zəkası, müasir iqtisadiyyat və siyasətin gerçəkliklərinə bələd olması bu proseslərə təkan verdi. Onun müharibə gedən zaman verdiyi müsahibələri “Dəmir yumruq” strategiyasının necə hazırlandığını göstərdi. Bu müsahibələrdə liderlə xalqın birliyinin önəmliliyi, həmçinin partiyalar arasında siyasi mükalimənin vacibliyi vurğulanırdı. Yeri gəlmişkən, bu, müharibədən sonra da davam edir, başqa sözlə, müxtəlif vətənpərvərlik anlayışları arasında dialoq sürməkdədir, bu mükalimənin hüquqi cəhətdən müəyyən şəklə salınması prosesi gedir. Yeri gəlmişkən, dialoqa səmtləşmə partiyalararası münasibətlərdə məntiq və ümumi dəyərlərin inkişafına, ümumi milli konsensusa gətirib çıxarır. Biz bilirik ki, qələbənin sirri, Президентин “İlham Əliyev: Mən Azərbaycanıma inanıram” kitabında vurğuladığı kimi, həm də ondadır ki, “...Mən həyatımızın əsasını təşkil edən ləyaqətli davranışa əsaslanıram” . Ölkə Prezidenti tərəfindən güclü, iqtisadi cəhətdən özünü təmin edən dövlətin yaradılması üçün çoxlu qüvvə sərf olunub, orduya ciddi diqqət yetirilir, o, ən müasir ordudur. Tədqiqatçılar İlham Əliyevin həyata keçirdiyi Azərbaycanın indiki müasirləşdirilməsi xüsusiyyətlərini göstərmək üçün “dinamik islahat”, “hərtərəfli modernləşdirmə” məfhumlarından istifadə edirlər. Amma aydındır ki, məsələ anlayışlarda deyil, islahatlar və transformasiyaların bir-birini tamamlamalı, dövlət və cəmiyyətin inkişafına təkan verməli olmasındadır, onlar ölkə vətəndaşları üçün həyata keçirilir və gələcəkdə onların daha da fəal iştirakı ilə gerçəkləşdirilməlidir. Əbəs yerə deyil ki, İlham Əliyevin prezidentliyi dövründə bizə fəal stratların lazım olduğunu nəzərdə tutan “sosial və insan kapitalı” ideyasından fəal istifadə olunur, elmi-sənaye inqilabının həyata keçirilməsi üçün axtarışlar aparılır.
Hər hansı bir sahədəki fəaliyyətə görə cəmiyyətdə mövqe tutmaq, müvəffəqiyyət əldə etmək, mənsəbə çatmaq, təşəbbüskarlıq, işgüzarlıq və zənginləşmək istəyi ilə Vətən ideyasını, intellekti bir-birindən müxtəlif tərəflərə ayırmaq olmaz. Bu əsas müddəaları birləşdirilmədən bu gün ölkədə konstruktiv heç nə etmək mümkün deyil. Hərçənd etiraf edək ki, onları birləşdirmək müşkül işdir. Müasir bazar həyatı mürəkkəbdir, ziddiyyətlərlə doludur, amma onların mövcudluğu o demək deyil ki, bu birləşməyə nail olmaq mümkün deyil və ya buna can atmaq lazım deyil. Yeri gəlmişkən, bazar, müharibələr və inteqrasiya vətənpərvərliyi inkar etmir, əksinə, onu daha mürəkkəb, yəni zamana adekvat edir.
Ölkə Prezidenti İlham Əliyevin iqtisadi və sosiomədəni islahatlar kursu bir tərəfdən əhalinin daha geniş təbəqələrinin ictimai proseslərə cəlb olunmasını, digər tərəfdən isə yeni maarifçi, zəka və biliyə söykənən vətənpərvərliyin, mədəni, siyasi və vətəndaş məsuliyyətli fəallığının (bu, tərbiyə edilməsə belə cəlbedilmə destruktiv olar) lazım olduğunun dərk edilməsini nəzərdə tutur. Bu cür vətənpərvərliyin yayıcısı, ğördüyümüz kimi, siyasi hakimiyyət oldu. Təbii ki, çox şey ölkənin siyasi hakimiyəti və milli elitasından, onun qabiliyyətindən asılıdır. İlham Əliyev hesab edir ki, vətəndaşa, onun qabiliyyət və mənəvi keyfiyyətlərinin inkişafına sərmayə qoyuluşu yeni idarəçilər sinfinin, yeni menecer elitasının yaranmasına gətirib çıxaracaq.
Bizcə, belə şəraitin yaradılmasında çox şey maarifçi vətənpərvərliyə yönəlişlikdən, cəmiyyətdə xüsusi yaradıcılıq və mənəvi ab-havanın yaradılmasından asılıdır. Yönəlişliyi hakimiyyət müəyyən edir, lakin onu ziyalı, alim və müəllimlər, konkret desək, Azərbaycan Elmlər Akademiyası, universitetlər, məktəblər gerçəkləşdirməlidir. Heç bir izahı olumayan belə bir bir fikir yaranıb ki, guya Azərbaycana elm lazım deyil və bir halda ki, ölkə alimləri Nobel mükafatı ala bilmirlər, deməli, onlar bizə lazım deyil və s. Eyni ilə, çox mənasız miskin, əhəmiyyətsiz bir tezis də var: başqa ölkələrdə Akademiyalar yoxdur, deməli, bizdə də o olmamalıdır, o, dövlətə “ağır yük”dür və s. Əslində isə elm, yaradıb topladığı materialların tətbiqinin səmərəliliyini heç də həmişə təmin edə bilmədiyinə baxmayaraq, bununla belə, cəmiyyətdə biliyə, fəlsəfəyə, müzakirələrin aparılması məntiqinə maraq yaradır və yüksək intellektual səviyəyə malik ziyalıların formalaşmasına, xüsusi maarifçi vətənpərvərlik mədəniyyətinin tərbiyəsinə kömək edir.
Ölkə Prezidentinin Elmlər Akademiyasının islahatı haqqında fərmanı göstərir ki, iqtidar elmin cəmiyyətin və ölkənin inkişafı üçün nə qədər əhəmiyyətli olduğunu yaxşı bilir. Bununla belə, fərmanın maddələri və ruhu çox vaxt kəmiyyət baxımından şərh təfsir edilir: guya Akademiyanın bu və ya digər elmi bölmələrini ixtisar etmək, birləşdirmək və ya ayırmaq, elmin idarə edilməsi sistemi dəyişdirdırmək lazımdır. Əslində, söhbət yeni bilikləri əldə edən elmə, biliklərin təkcə elmin özündə deyil, həm də ideoloji təcrübədə, tərbiyə işində tətbiqi prosesinə baxışın ciddi surətdə dəyişməsindən gedir. Sabit inkişaf edən, maariflənmiş ölkədə yaşamaq istəyiriksə, bizə təkcə iqtisadiyyatın yox, mədəniyyət və təhsilin inkişafına təkan verməyə qadir olan elm lazımdır.
Nəticə əvəzi
İndi isə, konkret olaraq, bu məsələlərin həllində fəlsəfənin necə faydalı ola biləcəyi barədə. Bu gün Azərbaycanda fəlsəfənin gərəkli, olub-olmadığı, onun şüura, dəyərlərə, cəmiyyətin inkişafına necə təsir göstərdiyi və s. xüsusunda çox müzakirələr aparılır. Filosoflar, bir qayda olaraq, əmindirlər ki, o, mədəniyyət, elm və təhsilin inkişafına kömək edir. İctimai rəy sorğularına əsasən, bazar iqtisadiyyatı, kapitalizm və s. dövründə fəlsəfənin faydasızlığını düşünən xeyli adam vardır. Bizcə, ekspert rəyi ilə ictimai rəy arasındakı bu uyğunsuzluq haqqında düşüncələr ona görə səmərəlidir ki, fəlsəfənin elmdə, mədəniyyətdə, tərbiyə işində və s. rolunun yenidən dərk olunmasını nəzərdə tutur.
Bu cür yenidən mənalandırma bizə lazımdır. Aydındır ki, fəlsəfə əvvəllər olduğu kimi qala bilməz. Bununla belə, dəyişikliklərin labüdlüyünə baxmayaraq o, dünyanı, şüuru, cəmiyyəti və insanı dərk etmək vasitəsi olaraq qalacaq və buna görə də mədəniyyətin anlanması və transformasiyasına imkan yaradacaqdır. Fəqəty bu gün süni intellektin inkişafı şəraitində fəlsəfə yalnız mədəniyyətə deyil, həm də insanın şüuruna, o cümlədən iqtisadi şüuruna və davranışına, sosial praktikaya təsirini dərinləşdirə bilər. Beləliklə:
1. Əlbəttə, fəlsəfə dünyaya və mədəniyyətə xüsusi idraki münasibəti ilə seçilən spesifik bir elmdir. O, dindən fərqlənir, çünki dünyanı, mədəniyyəti, insan azadlığını rasional surətdə, zəkaya, məntiqə əsaslanaraq,məqsədəuyğun şəlikdə dərk etməyə çalışır. Digər tərəfdən o, konkret, buna görə də məhdud biliklər hasil əldə edən elmlərdən fərqlənir. Fənlərarası tədqiqatların və ilk növbədə sosiologiya, iqtisadiyyat, hüquq və siyasi elmlərin köməyi ilə o, konkret biliklər əldə edərək, mədəniyyətdəki real vəziyyəti anlaya, maarifçi (mədəni) vətənpərvərliyin yayılmasının qabağını alan amilləri müəyyən edə və konkret tövsiyələr verə bilər.
2. Fəlsəfə mədəniyyətin, şübhəsiz, yüksək mədəniyyətin bir hissəsidir və ona görə də hamı üçün maraqlı olmaya da bilər. Fəlsəfənin hələ Hegelin göstərdiyi xüsusiyyətləri məlumdur: fəlsəfə mədəniyyətin qanıdır, onun kvintessensiyasıdır (əsas mahiyyəti, cövhəri) və s. Mədəniyyət insanların fəaliyyəti, davranışı və ünsiyyətinin bioüstü (bilogiyanın fövqündə duran) proqramların mürəkkəb sistemi kimi başa düşülə bilər. Bu proqramlar biliklər, ideallar, etik normalar, davranış nümunələri və s. ilə bağlıdır. Onu da vurğulayaq ki, fəlsəfə mədəniyyətin yeni ideallar, dünyagörüşü mənaları, davranış standart və modelləri yaradaraq insanı dəyişdirən, onu daha kamil edən bir hissəsidir.
3. Yeni mənalar, köhnə məfhumların yeni anlayışını (anlamını) yaradaraq, fəlsəfə mədəniyyətin bir bütövlük, sistem kimi dərk edilməsini modelləşdirir. O, keçmişdə də bu cür mövcud idi, indi də bu cür vardır. Lakin əgər o, keçmişdə mütləq həqiqət fəlsəfəsi sistemini qurmağa çalışırdısa, indi o, məsələn, bir çox həqiqətlərin birgə mövcudluğunun labüdlüyünü etiraf edə bilər. Fəlsəfənin müasir mədəniyyəti müxtəlif lokal mədəniyyətlərin cəmiyyət daxilində qarşılıqlı təsiri kimi başa düşməsi ölkəyə inkişaf üçün və ya təhlükələri dəf etmək üçün lazım olur.
4. Keçmişdə bizdə fəlsəfə varlıq və şüur arasında vasitəçi görmür, qəbul etmirdi (elə bu gün də belə filosoflar çoxdur). İndi fəaliyyət varlıq və zəka arasında vasitəçi kimi başa düşülür. Ona görə də fəaliyyətin varlıqda bu cür kök salmış, möhkəmlənmiş olması marksist “inikasından” əsaslı surətdə fərqlənir, çünki ehtiva olunmaq şüurun ilkin şərtsiz olmadığını göstərir, o, sosiomədəni surətdə şərtləndirilmişdir.
5. Madam ki, mütləq həqiqət yoxdur, mükalimənin keçmişdə və bu gün fərqli müxtəlif cür başa düşüldüyü aydın olur. Müasir dövrdə mədəniyyətlərarası qarşılıqlı təsirin (əlaqənin) rolunun dərki olunması dialoqu necə başa düşdüyümüzü dəqiqləşdirməyi nəzərdə tutur. Əgər əvvəllər mükalimə aşkar olunmasının dialoqa son qoyduğu həqiqəti tapmağa çalışırdısa, yəni vahid nöqteyi-nəzərə qayıdış baş verirdisə, indi biz anlayırıq ki, mükalimə arasıkəsilməz, fasiləsiz prosesdir, çünki heç bir nöqteyi-nəzər mütləq dərəcədə həqiqi, doğru olmur və müzakirəyə son qoymaq iddiasında ola bilməz. Başa düşmək lazımdır ki, fəlsəfi dialoqun əsas ilkin başlanğıc prinsipi öz biliyimizi rəqibimizə sırımaq deyil, nəyisə öyrənmək, bilmək istəməyimizdən ibarətdir. Əlbəttə, nə isə sarsılmaz, mütləq bir şeyi bilmək istəyindən imtina etmək əl çəkmək çətindir. Mütləq biliyə yiyələnmək arzusu və ona inam hələ də çox yayılıbdır, lakin onu tapmaq və sübut etmək müşkül işdir.
6. Fəlsəfədən bəhs edərkən onun ümummetodoloji statusu və etik əsasını görmək lazımdır. Həm də nəzərə alınmalıdır ki, onlar bir-biri ilə bağlıdır. Hər hansı biliyin sosiomədəni mahiyyəti bu əlaqəni xüsusi olaraq qabardır, o, yaradıcı və fəal şəxsiyyətin azadlığının artan əhəmiyyəti ilə vurğulanır. Fəlsəfə dünyanın ideal obrazını yaradaraq insan və cəmiyyətin həyatının intellektual və mənəvi perspektivini təşkil edir. Mədəniyyətin hər bir konkret formasının (teatr, kino və s.) özünün təsbit edilmiş məkanı var, lakin həyat, elm bütövlükdə fəlsəfənin məkanıdır, ola bilər, insanın mənalı və mənəvi həyatı üçün məkandır.
7. Prinsipcə, bütün bundan əvvəlki tezislər maarifçi və mədəni vətənpərvərliyin tərbiyəsi problemlərinin həllində fəlsəfənin faydalı olduğuna dəlalət edir. Fəlsəfənin guya lazım olmadığı barədə hələ də mövcud olan iddialara gəldikdə, onlar fəlsəfi biliyin öz inkişafında dayandığı yerdə mövcuddur. Bu cür dayanma, yeri gəlmişkən, elmin inkişafının də ləngiməsinə gətirib çıxarır. İndi aydın olur ki, elmin dəyər neytrallığı mifdir, elmdə həllər mümükündür, çünki bir dərəcəyə qədər müəyyən paradiqma və aksiomalardan irəli gəlir. Fəlsəfə onların yenidən nəzərdən keçirilə biləcəyinə əsaslanır və onların başqa bir şəkildə baxılmasının mümkünlüyünü göstərir.
Beləliklə, fəlsəfə cəmiyyət, ideologiya və insan üçün faydalıdır, o, bilik və şüur üfüqlərinin genişlənməsinə imkan yaradır, eyni zamanda, insanın azadlığını əxlaqi proqramların vasitəsi ilə onun həyat təcrfübəsi ilə əlaqələndirir, yəni düşüncəsizliyin, təcavüzün artmasını məhdudlaşdıra, maarifçi və mədəni vətənpərvərliyin yayılmasına kömək edə bilər və s.