“Süni intellektin fəlsəfəsi” mövzusunda Beynəlxalq seminar keçirilib
AMEA Fəlsəfə və Sosiologiya İnstitutunda “Süni intellektin fəlsəfəsi” mövzusunda Beynəlxalq seminar keçirilib.
Seminarı açıq elan edən f.e.d. Füzuli Qurbanov mövzu ilə bağlı məlumat verdikdən sonra sözü Fəlsəfə və Sosiologiya İnstitutunun baş direktoru, f.e.d., professor İlham Məmmədzadəyə verdi.
“Süni intellektin fəlsəfəsinə dair” mövzusunda məruzə ilə çıxış edən İlham Məmmədzadə süni intellektin bir problem kimi bir çox elmi araşdırmaların aktual mövzusu olduğunu qeyd edib: “Filosofları süni intellektin mahiyyəti, onun şüur və təfəkkürlə münasibəti, intellekt və süni intellekt arasındakı fərq məsələləri maraqlandırır. İndiki halda ondan istifadənin fəlsəfəni necə dəyişdirdiyi, hansı problemləri aktuallaşdırdığı və nəticədə fəlsəfənin necə dəyişdiyi əhəmiyyət kəsb edir. Prinsipcə, süni intellekt kompüter sistemləri və proqramlarına, rəqəmsal texnologiyalara, qeyri-səlis və qeyri-konkret məlumatlar əsasında işləmə və nəticələrə, biliklərdən istifadə və onların toplanmasına aid ideyalara, tədrisə, yəni insan intellektinin funksiyalarının əvəzləməsi deyilən proseslərə aid olan bütün fenomenlərdir”.
Alimin fikrincə çox vaxt filosoflar bu problemlər barəsində düşüncələrində gənc nəsli “kompüterlərin, internetin vurduğu zərərdən müdafiə edən ekspertlər kimi çıxış edirlər: “Ancaq aydın olur ki, əhəmiyyət daşıdığına baxmayaraq bu funksiya bütün fəlsəfə üçün kifayət etmir. Bu məsələlərin təhlili bizə fəlsəfənin və digər elmlərin hansı istiqamətdə inkişaf edəcəyini və onların hansı funksiyalarına diqqət yetirilməyin zəruri olduğunu müəyyənləşdirməyə və proqnozlaşdırmağa imkan verəcəkdir. Fəlsəfi araşdırmalarda çox vaxt fəlsəfə tarixinə xüsusi əhəmiyyət verilir. Lakin gəlin görək fəlsəfə tarixi ilə işləyən tədqiqatçılar süni inttellektlə məşğul olurlarmı? Ümumiyyətlə fəlsəfə tarixi süni intellektlə məşğul ola bilərmi? Düşünürəm ki, bu suallara cavab tapılmalıdır”.
Sonra f.e.d. Füzuli Qurbanov “Süni intellektin fəlsəfəsinə fənlərarası yanaşma”, Türkiyə Respublikasında onlayn qatılan Qazi Universiteti müəllimi dr. Səlcuk Özdəmir “Dönüşün əmək və eğitimi”, f.e.d., professor Adil Əsədov “Rəqəmsal incəsənət, gen mühəndisliyi və post insan”, Ankara Yıldırım Bəyazit Universitetinin müəllimi dr. Mehtap Doğan “Güçlü yapay zeka” və f.e.f.d. Hüseyn İbrahimov “Süni intellekt – idarəetmə sosiologiyasının predmeti kimi” mövzusunda məruzə ilə çıxış etdilər.
Məruzələrdən sonra seminar iştirakçıları mövzu ilə bağlı fikirlərini bölüşdülər, müzakirələr apardılar.