26.10.2022, 14:10 - Baxış sayı: 191

İlham Məmmədzadə: “Azərbaycançılıq ideologiyası tarixdir və keçmişimizdir"


“Azərbaycançılıq ideologiyası tarixdir və keçmişimizdir, biz də tariximizi yaxşı bilirik".
İlham Məmmədzadə: “Azərbaycançılıq ideologiyası tarixdir və keçmişimizdir""Report"un xəbərinə görə, bunu AMEA-nın Fəlsəfə və Sosiologiya İnstitutunun direktoru, fəlsəfə elmləri doktoru, professor İlham Məmmədzadə "Böyük millət - güclü dövlət: müasir Azərbaycanın yeni ideoloji xətti” mövzusunda keçirilən dəyirmi masada deyib.
Onun sözlərinə görə, Azərbaycan tarazlı siyasət aparır: "Bu da ölkəmizə inkişaf gətirir. Azərbaycan bütün dünyaya bəyan edir ki, hamımız müttəfiq olmalıyıq və birgə işləməliyik. Bu gün Qarabağda bərpa-yenidənqurma işləri aparır. Bu onu göstərir ki, Azərbaycan kommunikasiyaların açılmasını istəyir. Ölkəmiz bilir ki, inkişaf çoxtərəfli olmalıdır".
İ.Məmmədzadə bildirib ki, “Böyük millət” dialoqsuz ola bilməz: "Dialoq ölkəmizin içində də qurulmalıdır. Bəzən bir dildə danışanlar dialoq apara bilmirlər. Rusiya ilə Ukrayna kimi. Məntiqsiz də dialoq olmur. İdeoloji işdə qeyri-formal məntiqi tətbiq etmək lazımdır. Biz bunu tətbiq etməliyik”.