19.10.2022, 10:02 - Baxış sayı: 333

“Elmi əsərlər” jurnalının növbəti sayı çap olunub


“Elmi əsərlər” jurnalının növbəti sayı çap olunubAMEA Fəlsəfə və Sosiologiya İnstitutunun Beynəlxalq elmi-nəzəri jurnalı olan “Elmi əsərlər” jurnalının növbəti (№ 1 (38) (2022) sayı çap olunub.
Jurnalda İlham Məmmədzadə, Eynulla Mədətli, Füzuli Qurbanovun (Azərbaycan) “İpək Yolu boyunca mədəniyyətlərin qarşılıqlı təsirinin fəlsəfəsinə dair maraqlı tədqiqat”, Seymur Talıbovun (Azərbaycan) “Liderlikdə şəxsiyyətin rolu: siyasi təlimlərdəki yanaşmalar və pandemiya dönəmi reallıqlarının təhlili”, Denis Qril (Fransa) “İbn Ərəbi və kateqoriyalar”, Aydın Əlizadə (Azərbaycan) “Azərbaycan dilinin dövlət dili elan edilməsi və onun xalq təsərrüfatı sahələrində tətbiqi (1956–1959)”, Имре Пачаи (Венгрия) “Общие элементы менталитета венгерского и тюркских народов в обычаях, верованиях и народных изречениях”, Dilarə Müslümzadə (Azərbaycan) “İmmanuil Kant etikasının formal xarakteri məsələsinə dair”, Quido Amoretti (İtaliya) “Müharibədən sonrakı təcridin psixoloji nəticələri”, Məhəmməd Cəbrayılov (Azərbaycan) “Geosiyasi nəzəriyyələrin inkişafında imperializm və Cənubi Qafqaz”, Aygül Demeuova (Qazaxıstan) “Türk dini dünyagörüşlərində ümumvəhdət və harmoniya prinsipinin qoyuluşu problemi”, Анар Багиров (Azərbaycan) “Cущность политического Kарла Шмитта”, Şölət Zeynalov (Azərbaycan) “Kommunikasiya və dialoq mədəniyyəti problemi: zaman və məkan paralelliyi kontekstində”, Nailə Əsədova (Azərbaycan) “Qərb intibahı və antroposentrik paradiqma”, Ляман Караева (Azərbaycan) “Энергетичеcкая cфера двуcторонних Aзербайджано - Pоссийских взаимоотношений”, Günel Heydərova (Azərbaycan) “Dövlət, qanun və ədalət probleminin əsaslarına dair”, Şahin Bağırov (Azərbaycan) “ABŞ-da siyasi elitaların tədqiqinin tarixi-siyasi aspektlərinin öyrənilməsi”, Fərəh Sadıqova (Azərbaycan) “Bəzi Şərq xalqlarının dini-fəlsəfi dünyagörüşündə həyatın mənası məsələlərinə fəlsəfi baxış”, Fəxriyyə Məmmədzadə (Azərbaycan) “İnformasiya etikası və İKT: pandemiya mərhələsinin etik problemləri kontekstində”, Arzu Nadirzadə (Azərbaycan) “Sosial ünsiyyət anlayışı və onun müasir növlərinin yaranmasını şərtləndirən amillər” və Adil Əsədovun “İzzət Rüstəmov-90. Azərbaycan fəlsəfəsinin müdrik ağsaqqalı: İzzət Rüstəmov” məqalələri yer alıb.