Fəlsəfə və Sosialogiya İnstitunun elmi işçisi Yasəmən Qaraqoyunlu simpoziumda iştirak etmişdir

Mövzu barədə qısa tezislər:
Sivilizasiya - Məkan-mədəniyyət əlaqələri və bağları, təfəkkür və düşüncı hinterlandı, iqlim-topoqrafiya-coğrafiya-insan əlaqələri, istehsal-istehlak münasibətləri, sosial psixologiya, inanc, kosmologiya, davranış ənənələri, Kainat-təbiət və əşyanı qavrama biçimlərinin bütününü ifadə edən sosio-mədəni super sistemdir. İdentikliyin ən ali səviyyəsidir.
- Azərbaycan Türk-İslam siviluzasiyasının bir parçası kimi, TDT-nı quran Türk dövləti kimi XXI əsrdə Türk sivilizasiyasının bərpa edilməsində və qurulmasında fəal iştirak edir.
- Türk sivilizasiyası Çindən - Adriatikə qədərki 10 milyon kv.km ərazidə 350 milyon türkün yaşadığı coğrafiyada qurulmuş Turan mədəniyyətini təmsil edir. Türk sivilizasiyası 16 imperatorluq, 38 dövlət, 37 xaqanlıq, 33 bəylik, 10 cümhuriyyət, 4 Atabəylik dövlət qurumıarı ilə təmsil olunaraq orta çağlarda kürəsəl super sistem olaraq islam sivilizasiyasının yüksəlişində və dünya mədəniyyətinin inkişafında böyük rol oynamışdır.
- XXI əsr Kürəsəl Güc olan Qərbi Avropa sivilizasiyasının Qərb sərhədlərinə çəkilməsi, lokalizə edilməsi çağıdır. Qərb sivilizasiyası universal deyil, unikal sivilizasiyadır. Eyni zamanda müstəqil mədəni-tarixi tip, lokal sivilizasiya olan Türk-Turan sivilizasiyasının yenidən güclənərək sosio-mədəni super sistem kimi kürəsəl siyasətdə yenidən öz sözünü demək çağıdır.
- Məhz buna görə də Türk dövlətlərinin bütün ictimai-siyasi-mədəni sistemlərinin dərin transformasiyası - Siyasət, təhsil, mədəniyyət, iqtisadiyyat, təhlükəsizlik, hərbi quruculuq, ortaq gömrük, ortaq dil, ortaq əlifba, ortaq tarix hafizəsi sahələrində birlik yaratmaq, səfərbərlik etmək vacibdir.