“Müstəqillyin tarixi fəlsəfəsi” mövzusunda konfrans keçirilib

18 Oktyabr Müstəqilliyin Bərpası Gününün fəlsəfi mahiyyətinə toxunan professor bildirib ki, ölkəmiz müstəqilliyini bərpa etdikdən sonra Azərbaycan xalqının milli-mədəni inkişafı, millətin gələcəyi naminə öz əvvəlki mövqeyini bərpa etməsi uğrunda bir çox addımlar atılıb. Aparılan uğurlu daxili və xarici siyasətin nəticəsində Azərbaycan dünya dövlətləri içərisində öz sözü və mövqeyi olan bir dövlətə çevrilib.
Ümummilli lider Heydər Əliyev və Prezident İlham Əliyev bu parlaq səhifəni yaradan, Azərbaycan xalqının və dövlətinin taleyüklü problemlərini həll edən yeni siyasi sistemdə yeni tarixi reallıqları yaradanlardır – deyə, İlham Məmmədzadə qeyd edib.

Həm 28 May Müstəqllik Gününü, həm də 18 Oktyabr Müstəqilliyin Bərpası Günü tarixi və siyasi nöqteyi nəzərdən təhlil edərək, bu barədə fikirlərini tədbir iştirakçıları ilə bölüşdü.
Tədbirdə f.e.d, professor Adil Əsədov, YAP Ərazi Partiya Təşkilatının sədri s.e.f.ü.d., dosent Sənan Həsənov, f.e.d. Füzuli Qurbanov, f.ü.f.d., dosent Məhəmməd Cəbrayılov, və digər iştirakçılar Müstəqilliyin Bərpası Günü ilə bağlı ətraflı çıxış ediblər.


