06.10.2022, 08:46 - Baxış sayı: 239

“Fəlsəfə və süni intellekt problemi” adlı beynəlxalq seminar keçirilmişdir


“Fəlsəfə və süni intellekt problemi” adlı beynəlxalq seminar keçirilmişdirAMEA-nın Fəlsəfə və Sosiologiya İnstitutu Türkiyənin Ankara, Qazi və digər Universitetlərinin alimləri ilə birgə “Fəlsəfə və süni intellekt problemi” onlayn beynəlxalq seminar keçirmişdir.
Seminarda Fəlsəfə və Sosiologiya İnstitutunun baş direktoru f.e.d., professor İlham Məmmədzadə “Süni intelelkt və fəlsəfəyə yeni baxış” mövzusunda çıxış etmişdir. Çıxışında fəlsəfənin əsas problemlərinə toxunan professor “Süni intellektin fəlsəfəsi nədir?”, “Fəlsəfə və neyrotor”, “Müasir və yeni fəlsəfənin müqayisəli təhlili”, “Neyrotor və dialoq” və s. suallara aydınlıq gətirmişdir.
Sonra seminar iştirakçıları mövzu ilə bağlı müzakirələr aparıblar və mövuzya aid Türkiyə və Azərbaycan elmi fəlsəfi məqalələr toplusunun hazırlanmasına dair razılığa gəlinib.