12.02.2018, 13:51 - Baxış sayı: 1243

“1918-ci il azərbaycanlıların soyqırımı və Holokost: müasir ideya-nəzəri yanaşmalar” mövzusunda elmi konfrans keçirilib

“1918-ci il azərbaycanlıların soyqırımı və Holokost: müasir ideya-nəzəri yanaşmalar” mövzusunda elmi konfrans keçirilibBu gün AMEA Fəlsəfə İnstitutunda “1918-ci il azərbaycanlıların soyqırımı və Holokost: müasir ideya-nəzəri yanaşmalar” mövzusunda elmi konfrans keçirilib. Konfransı giriş sözü ilə açan Fəlsəfə İnstitutunun direktoru, f.ü.e.d., professor İlham Məmmədzadə tarixdə baş verən soyqırımlar haqqında danışaraq qeyd edib ki, bu soyqırımlar içərisində amansızca törədilən iki soyqırım var ki, bunlardan biri 1918-ci ildə erməni-daşnak qüvvələri tərəfindən azərbaycanlılara, ikicisi isə Hitler Almaniyası tərəfindən yəhudilərə qarşı törədilən soyqırımlardır. 1918-ci ilin 31 martında və Holokost faciəsi zamanı qadınlara, körpələrə, yaşlılara belə rəhm etmədən onları amansızcasına qətl ediblər. Mahiyyətində faişizm olan qüvvələr tarixdə misli görünməmiş bir soyqırıma imza atdılar. Törədilən bu soyqırımlarda həm azərbaycanlılar, həm də yəhudilər tarixin amansız sınaqları ilə qarşılaşdılar. Azərbaycanlılara qarşı ermənilər tərəfindən bir çox soyqırımlar törədildiyini deyən İ.Məmmədzadə 1905, 1918 və 1992-ci il Xocalı soyqırımı haqqında konfrans iştirakçılarına ətraflı məlumat verdi.
Sonra çıxış edən AMEA İctimai Elmlər bölməsinin akademik katibi, AMEA-nın həqiqi üzvü Nərgiz Axundova belə tədbirlərin keçirilməsinin vacibliyini vurğulayaraq qeyd etdi ki, həm yəhudi, həm də Azərbaycan xalqı eyni taleyi yaşamışlar. Hər iki xalq faşizm ideyasının daşıyıcıları tərəfindən ən ağır işgəncələrə məruz qalaraq, soyqırımlara uğradılıblar.
Daha sonra f.ü.e.d. Xatirə Quliyevanın “Soyqırım – tarixə müasir fəlsəfi-etik yanaşma”, A.A.Bakıxanov adına Tarix İnstitutunun Soyqırım şöbəsinin aparıcı elmi işçisi t.ü.e.d. Vaqif Abışovun “XX əsrin əvəllərində azərbaycanlılara qarşı ermənilərin törətdikləri soyqırımları”, AMEA İnsan Haqları və Hüquq İnstitutunun şöbə müdiri Moisey Bekkerin “Millətçiliyin faciəsi”, f.ü.e.d Afaq Rüstəmovanın “Holokost – XX əsrdə bəşəriyyətə qarşı cinayətdir”, f.ü.e.d. Ziba Ağayevanın “Soyqırım – sosial-fəlsəfi təhlil” və f.ü.f.d Zeynəddin Şabanovun “Beynəlxalq hüquqi sənədlərdə soyqırım məsələsi – fəlsəfi-siyasi aspekt” mövzusunda məruzələri dinlənilmişdir.
Sonda konfrans mövzu ətrafında müzakirələrlə davam etmişdir.