30.09.2022, 11:54 - Baxış sayı: 350

“Axundov irsinə fəlsəfi baxış” adlı Beynəlxalq konfrans keçirilmişdir


“Axundov irsinə fəlsəfi baxış” adlı Beynəlxalq konfrans keçirilmişdirBu gün AMEA Fəlsəfə və Sosiologiya İnstitutu və Nizami adına Ədəbiyyat İnstitutunun birgə təşkilatçılığı ilə “Axundov irsinə fəlsəfi baxış” adlı Beynəlxalq konfrans keçirilmişdir.
Fəlsəfə və Sosiologiya İnstitutunun baş direktoru, f.e.d., professor İlham Məmmədzadə tədbiri açaraq M.F.Axundovun elmi yaradıcılığına diqqət çəkmişdir. Alim qeyd etmişdir ki, Axundovun fəlsəfi düşüncələrinin formalaşmasında yaşadığı mühitin, dövrünün ziyalılarının, oxuduğu klassik və dünya ədəbiyyatı nümunələrinin böyük təsiri olmuşdur. Axundov topladığı bu bilikləri cəmləyərək öz müasir tipli fəlsəfi konsepsiyasını ortaya qoymuşdur. Bu gün də istər ədəbiyyat nümayəndələri, istərsə də filosoflar Axundovun bu görüşlərindən bəhrələnirlər.
“Axundov irsinə fəlsəfi baxış” adlı Beynəlxalq konfrans keçirilmişdirAMEA-nın vitse-prezidenti, akademik İsa Həbibbəyli giriş nitqi ilə çıxış edərək M.F.Axundovun XIX əsr Azərbaycan ədəbiyyatına gətirdiyi yenilikləri vurğulayaraq onun Azərbaycan ədəbiyyatı nəsrinin və dramaturgiyasının əsasını qoyduğunu göstərdi. Akademik qeyd etdi ki, Azərbaycan ədəbiyyatyının klassik ənənələrindən çıxış edərək Molla Pənah Vaqif və Qasım Bəy Zakir ənənələrini, realizmi inkişaf etdirərək Azərbaycan ədəbiyyatı tarixində fəlsəfi baxışların da əsasını qoymuşdur. Məhz onun “Kəmallüdövlə məktubları” traktatı XIX əsrin ortalarında demokratik fikir inkişafının özülünü təşkil edir. O, bu fikrini “Aldanmış Kəvakib” əsərində sanki nəzəriyyədən təcrübəyə gətirmiş və cəmiyyətdə xalq hakimiyyətinin – demokratik hakimiyyətin təntənəsini göstərmişdir. M.F.Axundovun ictimai-siyasi görüşləri, fəlsəfi baxışları onun dram əsərlərində də öz əksini tapmışdır. Belə ki, bədii fəndlərlə cəmiyyətdə gedən inqilabi prosesləri “Müsyo Jordan” və “Dərviş Məstəli şah” əsərində bədii obrazlarla ifadə etmişdir. Axundovun poeziyasını təhlil edərkən klassik şeir ənənələrindən yeni üsluba keçid, yəni əruz vəznindən heca vəzninə keçid yollarını göstərir. Odur ki, Axundovun əsərləri Azərbaycanda XIX əsrdən başlayaraq bu günümüzə qədər öz ictimai-siyasi-fəlsəfi baxışları ilə həmişə yaşardır və müasir ictimai zərurətin alternativi kimi səsləşir və həmişə müasirdir.
Sonra fil.e.d., dos. Nizami Gəncəvi adına Ədəbiyyat İnstitutunun aparıcı elmi işçisi Şahbaz Musayev “M.F.Axundzadə həyatı və mühiti”, AMEA Fəlsəfə və Sosiologiya İnstitutunun elmi işlər üzrə “Axundov irsinə fəlsəfi baxış” adlı Beynəlxalq konfrans keçirilmişdirdirektor müavini, t.e.d., dosent Eynulla Mədətli “ İran ictimai siyasi fikrində M.F.Axundzadəyə münasibət”, f.e.d. Arzu Hacıyeva “Mirzə Fətəli dühası əlifba islahatı kontekstində”, Əl-Fərabi Universitetinin professoru Naqima Baytenova “M.F.Axundov-dramaturq, filosof”, f.e.d., prof. Rəfail Əhmədli “XIX əsrdə Azərbaycanda milli şüurun formalaşmasında Mirzə Fətəli Axundovun fəlsəfi ideylarının rolu”, Sorbon Universitetinin professoru Zarkone Tiyeri “M.F.Axundzadə: İslam və təsəvvüfün tənqidi”, f.e.d., dos. Afaq Əsədova “M.F.Axundzdə və din”, Nizami Gəncəvi adına Ədəbiyyat İnstitutunun şöbə müdiri, fil.e.d., prof., İslam Qəribli “ Mirzə Fətəli Axundzadənin şeir yaradıcılığı”, Atatürk Universitetinin professoru Kerem Karabulut “M.F.Axundzadə irsi Türkiyə araşdırmalarında”, Əlcəzair Milli Elmi Araşdırmalar Mərkəzinin professoru Zaim Xənşələvi -“Azərbaycanda 19-cu əsrin sonu-20-ci əsrin əvvəllərində mədəni və intellektual mühit”, f.ü.f.d. Zöhrə Əliyeva “Qərb dünyasında M.F.Axundzadə irsinə olan marağın yeni mərhələsi”, f.ü.f.d.,dos. Faiq Ələkbərov “M.F.Axundzadənin fəlsəfi və dini görüşləri”, f.ü.f.d. Zaur Rəşidov “M.F.Axundzadənin “Həkimi-ingili Yuma cavabı”, ya qeyri-mütabiq iki Yuma Yek cavab məktubu”, f.ü.f.d. Əli İbrahimov ""Aldanmış Kəvakib" əsərində M.F. Axundzadənin ədalətli düşüncələri" və f.ü.f.d., dosent Rəşad Əsgərov "M.F. Axundov və Azərbaycan maarifçilik fəlsəfəsi" mövzusunda məruzə ilə çıxış etmişlər.
“Axundov irsinə fəlsəfi baxış” adlı Beynəlxalq konfrans keçirilmişdir
“Axundov irsinə fəlsəfi baxış” adlı Beynəlxalq konfrans keçirilmişdir
“Axundov irsinə fəlsəfi baxış” adlı Beynəlxalq konfrans keçirilmişdir