Professsor İlham Məmmədzadə Beynəlxalq konfransda iştirak edib
Qazaxıstan Respublikasının Almatı şəhərində 19 sentyabr 2022-ci il tarixində YUNESKO-nun nəzdində Beynəlxalq Mədəniyyətlərin Yaxınlaşdırılması Mərkəzinin təşkilatçılığı ilə “Elmi biliklər və tarixi yaddaş problemləri: lokal və universal” mövzusunda bilik mədəniyyətinə dəstək üzrə III Beynəlxalq konfrans keçirilib.
Konfransda AMEA Fəlsəfə və Sosiologiya İnstitutunun baş direktoru, f.e.d., professsor İlham Məmmədzadə “Yaddaş və tarixi-mədəni epistemologiyanın problemləri” mövzusunda məruzə ilə çıxış etmişdir.
Konfransda dünyanın bir çox ölkələrindən alimlər, həmçinin, şair, yazıçı-ədəbiyyatşünas və siyasi xadim Oljas Süleymanov da iştirak etmişdir.
Qeyd edək ki, konfransın işinin ümumi nəticələri haqqında məruzə də məhz İ. Məmmədzadəyə həvalə olunmuşdur. Alim öz çıxışında demişdir: “Nəzərə çatdıraq ki, müasir şəraitdə tarixi yaddaş problemləri həm elmi tədqiqat obyekti kimi, həm də bir faktor kimi siyasi əhəmiyyət kəsb edir. Müharibələr və konfliktlər çox hallarda məhz onunla, yəni tarixi yaddaşla, onun mifləşdirilməsi ilə əlaqədardır”. Məruzədə bu da qeyd olunub ki, erməni tarixi yaddaşının mifləşdirilməsi elə buna bariz nümunədir. Lakin tarixi yaddaş obyektiv elmi araşdırmaların, tədqiqatların aparılmasını tələb edir və bu, müəyyən mənada elmdən, tarixi-mədəni epistemoloji yanaşmadan asılıdır.