29.01.2018, 12:50 - Baxış sayı: 1711

“Azərbaycan Xalq Cümhuriyyəti - milli dövlətçiliyin ideya əsasları və müasirlik” mövzusunda elmi konfrans keçirilib+VİDEO


“Azərbaycan Xalq Cümhuriyyəti - milli dövlətçiliyin ideya əsasları və müasirlik” mövzusunda elmi konfrans keçirilib+VİDEOYanvarın 29-da Azərbaycan Milli Elmlər Akademiyasının (AMEA) Fəlsəfə İnstitutunda Azərbaycan Xalq Cümhuriyyətinin 100 illiyinə həsr edilmiş “Azərbaycan Xalq Cümhuriyyəti - milli dövlətçiliyin ideya əsasları və müasirlik” mövzusunda elmi konfrans keçirilib.
Tədbirdə AMEA-nın vitse-prezidenti, akademik İsa Həbibbəyli çıxış edərək Şərqdə ilk parlamentli respublikanın – Azərbaycan Xalq Cümhuriyyətinin (AXC) yaradılmasının 100 illik yubileyinin dövlət səviyyəsində geniş qeyd olunduğunu bildirib. AXC-nin yaranma tarixindən, onun süquta uğramasının səbəblərindən danışan akademik müstəqilliyimizin bərpasından sonra dövlətçiliyimizin qurulmasında və inkişafında, ölkəmizin beynəlxalq aləmdə tanınmasında ümummilli lider Heydər Əliyevin misilsiz xidmətlərini, Ulu Öndərin siyasi xəttinin Prezident İlham Əliyev tərəfindən əzmlə həyata keçirildiyini vurğulayıb.
AMEA-nın İctimai Elmlər Bölməsinin akademik-katibi, akademik Nərgiz Axundova dövlətimizin başçısının imzaladığı Sərəncamın əhəmiyyətini vurğulayıb, AXC-nin mövcud olduğu qısa müddətdə həyata keçirdiyi tədbirlərdən, müxtəlif illərdə cümhuriyyət tarixinin öyrənilməsinə laqeyd münasibətdən danışıb.
Fəlsəfə İnstitutunun direktoru, professor İlham Məmmədzadə çıxış edərək Fəlsəfə İnstitunda bununla bağlı görülən işlər barəsində məlumat verib. İ.Məmmədzadə qeyd edib ki, bundan sonra da Cümhuriyyət ili ilə bağlı bir sıra tədbirlər həyata keçirləcək və AXC dövrü alimlərimizin tədqiatlarında fəlsəfi yöndə araşdırlacaqdır.
Sonra Bilik Fondunun aparat rəhbəri hüquq elmləri doktoru, professor İsaxan Vəliyev, Fəlsəf İnstitutunun elmi işlər üzrə direktor müavini, f.ü.f.d. Eynulla Mədətli “Heydər Əliyevin siyasi irsində Azərbaycan Xalq Cümhuriyyətinə münasibət və varislik məsələsi”, AMEA-nın müxbir üzvü, f.ü.e.d. Könül Bünyadzadə “Azərbaycan Xalq Cümhuriyyətinin müqəddəs üçlüyü: Millət, Qərb mədəniyyəti və İman”, f.ü.f.d. Faiq Ələkbərli “Azərbaycan Milli ideyasının təcəssümü: Azərbaycan Cümhuriyyəti” mövzusunda məruzələri ilə çıxış ediblər.
Sonda çıxış edənlər tariximizin bu səhifəsinin tədqiqinin məhz ümummilli lider Heydər Əliyev tərəfindən dövlət siyasəti səviyyəsinə qaldırıldığını və bu siyasətin Prezident İlham Əliyev tərəfindən uğurla davam etdirildiyini konkret faktlarla əsaslandırıblar.