“Mirzə Kazım bəyin irsində dil və tarixin fəlsəfəsi problemləri” adlı Respublika konfransı keçirildi
14 iyun 2022-ci il tarixində АМЕА Fəlsəfə və Sosiologiya İnstitutunda “Azərbaycan Fəlsəfə tarixi” şöbəsinin təşkilatçılığı ilə “Mirzə Kazım bəyin irsində dil və tarixin fəlsəfəsi problemləri” adlı Respublika konfransı keçirildi.
Konfransda Fəlsəfə və Sosiologiya İnstitutunun baş direktoru, f.e.d., professor İlham Məmmədzadə çıxış edərək M.Kazımbəyin elmi-fəlsəfi görüşlərini, onun həyatı və elmi pedaqoji fəaliyyətini, o cümlədən alimin Rusiya şəqrşünaslıq elminə xidmətlərini ətraflı şərh etdi. XIX əsr Rusiya siyasi fəlsəfəsinin təşəkkül tapmasında Kazım bəyin böyük xidmətlərinin olduğunu və bu fəlsəfənin dövrümüzədək öz aktuallığını qoruyub saxladığını vurğuladı.
Azərbaycan şərqşünaslıq elminin və fəlsəfə tarixinin keşməkeşli yollar keçdiyini deyən İlham Məmmədzadə qeyd edib ki, yaranan elmi problemlərin yeni tərəflərini araşdırmalı və yaranmış bu problemlərə yeni baxış sərgiləməliyik. Professor bu durumdan çıxış yolu kimi yaranmış problemlərin fəlsəfi tərəflərini tədqiq edib ortaya qoyulmasının vacibliyini bildirib.
“Azərbaycan Fəlsəfə tarixi” şöbəsinin müdiri, f.e.d., Arzu Hacıyeva “Mirzə Kazım bəyin şəxsiyyəti və irsi: bu günümüzdən baxış”, tarix elmləri doktoru Eynulla Mədətli “Mirzə Kazım bəyin tarix sahəsində tədqiqatlarında tarixin təlsəfi məsələləri”, f.ü.f.d., dosent Faiq Ələkbərov “Mirzə Kazım bəyin siyasi-fəlsəfi və dini baxışları”, elmi işçi Zaur Rəşidov “Mirzə Kazım bəyin xristianlığın Şotland presbiterian məzhəbini qəbul etməsi məsələləri”, f.e.f.d. Radif Mustafayev “Mirzə Kazım bəyin “Bab və babilər” kitabında şiəliyin müqayisəli təhlili” mövzusunda məruzə ilə çıxış etmişlər.
Sonda f.e.d., professor Rəfiqə Əzimova, Qabil Camalov, f.ü.f.d. Əli İbrahimov, f.ü.f.d. İradə Zərqanayeva və digər çıxışçılar mövzu ətrafında fikir və mülahizələrini bölüşdülər.