07.06.2022, 13:39 - Baxış sayı: 436

“Milli Qurtuluşdan Zəfərə: Qalib ideologiyada ictimai təşkilatlanmanın, qadınların və gənc alimlərin rolu” mövzusunda tədbir keçirildi

“Milli Qurtuluşdan Zəfərə: Qalib ideologiyada ictimai təşkilatlanmanın, qadınların və gənc alimlərin rolu” mövzusunda tədbir keçirildi7 iyun 2022-ci il tarixdə AMEA Fəlsəfə və Sosiologiya İnstitutunda Yeni Azərbaycan Partiyasının Yasamal rayon Təşkilatının AMEA Fəlsəfə və Sosiologiya İnstitutu üzrə Ərazi Partiya Təşkilatının, İnstitutun Qadınlar Şurasının və Gənc Alimlər Şurasının birgə təşkilatcılığı ilə “Milli Qurtuluşdan Zəfərə: Qalib ideologiyada ictimai təşkilatlanmanın, qadınların və gənc alimlərin rolu” mövzusunda 15 iyun Milli Qurtuluş Gününə həsr olunmuş tədbiri keçirildi.
Azərbaycanın dövlət himni səsləndikdən sonra Vətənimizin azadlığı uğrunda canlarından keçən şəhidlərin əziz xatirəsi bir dəqiqəlik sükutla yad edildi.
Tədbiri giriş sözü ilə açan AMEA Fəlsəfə və Sosiologiya İnstitutunun baş direktoru, fəlsəfə elmləri doktoru, professor İlham Məmmədzadə 1993-cü il iyun ayında müstəqil Azərbaycanın rəhbərliyinə qayıdan, məsuliyyətli bir missiyanı çiyinlərinə götürməkdən çəkinməyən ulu öndər Heydər Əliyevin qısa zamanda dövlətçiliyin xilasına, ictimai-siyasi sabitliyin, qanunçuluğun, hüquq qaydalarının bərpasına, iqtisadi tənəzzülün qarşısının alınmasına nail olmaqla yanaşı, həm də milli-mənəvi, əxlaqi dəyərlərin deqredasiyası təhlükəsinin qarşısını aldığını qeyd etdi.
“Milli Qurtuluşdan Zəfərə: Qalib ideologiyada ictimai təşkilatlanmanın, qadınların və gənc alimlərin rolu” mövzusunda tədbiri keçirildi
“Milli Qurtuluşdan Zəfərə: Qalib ideologiyada ictimai təşkilatlanmanın, qadınların və gənc alimlərin rolu” mövzusunda tədbir keçirildiTədbirdə çıxış edən YAP Yasamal rayon Təşkilatının sədri Bəxtiyar Nəbiyev YAP-ın müasir Azərbaycan tarixində oynadığı mühüm roldan bəhs edərək, Azərbaycanın mövcudluğu, müstəqilliyi təhlükə altında olduğu bir zamanda Ulu öndərin hakimiyyətə yenidən qayıdışının Azərbaycanın böyük təhlükələrdən xilasının, stabilliyə, əmin-amanlığa açdığı yol olduğunu diqqətə çatdırdı. 15 iyun Qurtuluş Gününün Azərbaycan dövlətçiliyinin tarixindəki dərin mahiyyətinin davamlı ideoloji iş kimi qiymətləndirdi.
YAP Yasamal rayon Təşkilatının AMEA Fəlsəfə və Sosiologiya İnstitutu üzrə Ərazi Partiya Təşkilatının sədri, siyasi elmlər üzrə fəlsəfə doktoru, dosent Sənan Həsənov çıxış edərək 15 iyun Qurtuluş Gününün mahiyyətindən irəli gələn vəzifələrin tərkib hissəsi kimi bu zəngin irsin dərk olunması istiqamətində aparılan işlərin səmərəsinin artırılmasında və gəncliyimizə verdiyi tövhədə ictimai təşkilatların rolunu qeyd etdi.
“Milli Qurtuluşdan Zəfərə: Qalib ideologiyada ictimai təşkilatlanmanın, qadınların və gənc alimlərin rolu” mövzusunda tədbir keçirildiÇıxışı zamanı Sənan Həsənov Yeni Azərbaycan Partiyasına üzv olmaq üçün institutun beş nəfər əməkdaşının partiya sıralarına qəbul olunması ücün müraciətlərini YAP Yasamal rayon Təşkilatının sədri Bəxtiyar Nəbiyevin və partiya üzvlərinin diqqətinə çatdırdı, onların səmərəli fəaliyyətlərinə olan etimadı qeyd etdi. Namizədlərin yekdilliklə partiya sıralarına qəbul olunması dəstəkləndi.
Fəlsəfə üzrə fəlsəfə doktoru, dosent Təzəgül Qasımovanın, “Vətən müharibəsi güclü siyasi təcrübənin və strateji hədəfin qələbəsi kimi”, elmi işçi Xanımağa İsmayılovanın “Milli birlik: Qurtuluşdan Zəfərə çatan yolda Azərbaycan qadını”, İnstitutun Gənc Alimlər Şurasının sədri müavini Humay İsayevanın “Vətən müharibəsindəki qələbənin gənclərimizin vətənpərvərlik tərbiyyəsi işində əhəmiyyəti” və elmi işçi Vüsalə Gülmalıyevanın “Hümanizm və nəciblik nümunəsi sayılan qadın” mövzusunda məruzələri dinlənilmişdir.
Sonra Fəlsəfə və Sosiologiya İnstitutunun icraçı direktoru, tarix elmləri doktoru Eynulla Mədətli, fəlsəfə elmləri doktoru Füzuli Qurbanov, fəlsəfə üzrə fəlsəfə doktoru Şölət Zeynalov, fəlsəfə üzrə fəlsəfə doktoru Məhəmməd Cəbrayılov və digər çıxış edənlər, Ulu öndərin qayıdışının Azərbaycanı siyasi oyunlardan, daxili çəkişmələrdən, vətəndaş müharibəsi təhlükəsindən xilas etdi, onun yürütdüyü müdrik daxili və xarici siyasət nəticəsində müstəqilliyimizin dönməz xarakter aldığı, hüquqi, demokratik və dünyəvi dövlətin yarandığını bildirdilər.