01.06.2022, 13:06 - Baxış sayı: 449

“Pakistan: Qısa tarixi-siyasi oçerklər” adlı kitabı nəşr olunub


“Pakistan: Qısa tarixi-siyasi oçerklər” adlı kitabı nəşr olunubAMEA Fəlsəfə və Sosiologiya İnstitutunun icraçı direktoru, tarix elmləri doktoru, fövqəladə və səlahiyyətli səfir Eynulla Mədətlinin “Pakistan: Qısa tarixi-siyasi oçerklər” adlı kitabı (“Turxan” NPB, 2022,-384 səh.) nəşr olunmuşdur.
Kitabda qardaş Pakistan xalqının və onun dövlətçilik tarixinin ən ümdə məsələləri qələmə alınmışdır. Müəllif 2002-2010-cu illərdə Azərbaycanın Pakistanda fövqəladə və səlahiyyətli səfiri vəzifəsində çalışdığı zaman yazdığı gündəliklərdən, şəxsi müşahidələrindən , keçirdiyi görüşlərdən , eləcə də müxtəlif tarixi mənbələrdən və ədəbiyyatlardan faydalanmaqla qardaş ölkənin qısa tarixi-siyasi mənzərəsini yaratmağa çalışmışdır.
Kitab tarixçilər, filoloqlar, politoloqlar, beynəlxalq münasibətlər sahəsinin mütəxəssisləri və tələbələri daxil olmaqla geniş oxucu dairəsi üçün nəzərdə tutulmuşdur. Kitabın elmi redaktoru Milli Məclisin deputatı AMEA-nın müxbir üzvü Musa Qasımlı, rəyçi Dövlət İdarəçiliyi Akademiyasının Beynəlxalq münasibətlər və xarici siyasət kafedrasının rəhbəri, hüquq elmləri doktoru, professor Natiq Əliyevdir. Kitab Azərbaycan Respublikası ilə Pakistan Islam Respublikası arasında diplomarik əlaqələr qurmasının 30 illiyinə həsr olunub.
Kitab AMEA Qafqazşünaslıq İnstitunun Elmi Şurasının 29 Aprel 2022-ci il, 4 saylı qərarı ilə nəşr edilib.