19.01.2018, 12:47 - Baxış sayı: 1087

20 Yanvar faciəsi qurbanlarının xatirəsi Fəlsəfə İnstitutunda yad edildi


20 Yanvar faciəsi qurbanlarının xatirəsi Fəlsəfə İnstitutunda yad edildi20 Yanvar faciəsi qurbanlarının xatirəsi Fəlsəfə İnstitutunda yad edildi. Bu münasibətlə AMEA Fəlsəfə İnstitutunda 20 Yanvar faciəsinin 28-ci ildönümü ilə əlaqədar anım tədbiri keçirilib. Əvvəlcə ölkəmizin müstəqilliyi və ərazi bütövlüyü uğrunda canlarından keçmiş Vətən övladlarının xatirəsi bir dəqiqəlik sükutla yad edildi.
Tədbiri giriş sözü ilə açan institutun direktoru, fəlsəfə üzrə elmlər doktoru İlham Məmmədzadə çıxış edərək bildirdi ki, 28 il əvvəl yanvarın 19-dan 20-nə keçən gecə sovet ordusunun zirehli texnika və müasir silahlarla təchiz olunmuş əsgərləri dinc insanları - qocaları, gəncləri, qadınları və uşaqları qətlə yetirmişlər. Xalqımızın qan yaddaşında əbədi yaşayacaq bu faciə respublikamızda hər il ümumxalq hüzn günü kimi geniş qeyd edilir.
İ. Məmmədzadə onu da qeyd etdi ki, 20 Yanvar faciəsi Azərbaycan xalqının tarixinə milli birliyimizin və milli özünüdərkin, xalqımızın müstəqillik uğrunda apardığı mübarizənin qəhrəmanlıq səhifəsi kimi daxil oldu. Bu hadisə Azərbaycan xalqının milli birliyi və həmrəyliyini təsdiqləyən ən mühüm hadisədir.
Sonra elmi işlər üzrə direktor müavini, f.ü.f.d. Eynulla Mədətli 20 Yanvar hadisəsinin siyasi əhəmiyyətindən danışaraq Ulu öndər Heydər Əliyevin bu hadisəyə ali kürsüdən siyasi qiymət verən ilk siyasətçi olduğunu qeyd edərək Ulu öndərin 1990-cı il noyabrın 20-də Naxçıvan Muxtar Respublikasının Ali Məclisindəki bəyanatını da tədbir iştirakçılarının diqqətinə çatdırdı. Həmçinin 20 Yanvar faciəsi ilə əlaqədar tarixi yaddaşımızla bağlı məsələlər və filosoflarımızın bu sahədə qarşısında duran vəzifələrindən danışdı.
Sonra İnstitut əməkdaşları öz çıxışlarında sovet imperiyasının törətdiyi bu qanlı cinayəti bəşəriyyətə, insanlığa qarşı yönəldilən terror aktı kimi səciyyələndirərək qeyd etmişlər ki, 1990-cı ilin qanlı yanvar faciəsi heç vaxt unudulmayacaq və bu qanlı cinayət daim lənətlənəcəkdir. Bu yolda canlarından keçən Şəhidlərimiz isə daim qəlblərdə yaşayacaq, hörmət və ehtiramla yad ediləcəklər.
20 Yanvar faciəsi qurbanlarının xatirəsi Fəlsəfə İnstitutunda yad edildi20 Yanvar faciəsi qurbanlarının xatirəsi Fəlsəfə İnstitutunda yad edildi